Rusiya erməniləri müharibəyə hazırlayır? - Ekspertlərdən açıqlama

04 may, 2021 10:48

Gürcüstan sərhədində Rusiyadan Ermənistana göndərilən zirehli (gülləkeçirməz) gödəkçələr tutulub. Ötən ilin avqust ayında isə Rusiyadan Ermənistana təyyarələrlə qanunsuz yollarla silah daşınırdı. Bu yaxınlarda Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Rusiyadan Ermənistana silah daşınmasını ağır formada tənqid etmişdi. Prezident bir neçə ciddi faktlar da sadalamışdı.

İndi də Ermənistana hərbi “bronjiletlər”in göndərilməsi bir daha təsdiq edir ki, Rusiya öz işindədir, Ermənistana hər cür hərbi dəstək verməkdə davam edir? Belə iddialar da səslənir ki, Rusiyada müəyyən dairələr Ermənistanı yeni müharibəyə hazırlayır. Bu, nə dərəcədə əsaslıdır?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, hələ ötən ilin iyul hadisələrindən sonra Rusiyadan Ermənistana beş yüz min tondan artıq silah və hərbi sursat daşınması barədə məlumatlar ictimailəşmişdi. Azərbaycan Prezidenti də həmin vaxt bununla əlaqədar məsələyə sərt münasibət bildirmişdi. O zaman hərbi yüklərin ilkin olaraq Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılması faktı ortada olduğu üçün Gürcüstan rəhbərliyinə irad bildirilmişdi. Sonradan Gürcüstan öz ərazisindən hərbi yüklərin daşınmasına icazə vermədi və bu səbəbdən də Ermənistan üçün nəzərdə tutulmuş silahlar Türkmənistan, Qazaxıstan və İran üzərindən keçməklə düşmən dövlətə daşınmağa başladı: “Biz, AMİP olaraq iyul ayında bununla əlaqədar həmin 3 dövlətin Azərbaycandakı səfirliklərinə etiraz məktubları da təqdim etmişdik. 

Arzuxan Əlizadə: “Ermənilərin silah-sursatlarla təchiz edilməsi reallığı dəyişməyəcək, çünki artıq zaman o zaman deyil”

44 günlük Vətən savaşı dönəmində də, ondan sonra da Rusiyanın bu qondarma və marionet erməni dövlətinə müxtəlif çaplı silahlar da daxil olmaqla, hərtərəfli dəstək verdiyi sirr deyil. Bunu Rusiyanın bir sıra rəsmi və qeyri-rəsmi yetkililəri özləri də dəfələrlə etiraf ediblər. Müharibədə qəhrəman Azərbaycan Ordusunun sıradan çıxardığı və qənimət olaraq əldə etdiyi silahların də böyük əksəriyyəti Rusiya hərbi sənayesinin istehsalıdır. Həmçinin, martın 15-də Şuşa yaxınlığında tapılan “İsgəndər M” raketinin qalıqları da dediklərimizi bir daha sübut edir. Həm də ən əcaibi odur ki, bu silahlar terrorçu ermənilərə havayı verilir, çünki bu qondarma və səfil dövlətin həmin silahları pulla ala bilmək imkanı da yoxdur.

Hazırda Azərbaycan tərəfinin real faktlara söykənən iradlarını cavablandırmaq əvəzinə Rusiya yenə də öz ampluasındadır və terrorçu erməni dövlətini, eləcə də Qarabağın dağlıq hissəsinə gətirib yerləşdirdiyi erməni separatçılarını silahlandırır, onlara hər cür dəstək verir. Məqsəd isə aydındır, bölgədə Azərbaycanın güclənməsinə mane olmaq və bəslədiyi erməni vandalları vasitəsilə bizi təzyiq altında saxlamaq".

A.Əlizadə hesab edir ki, ermənilərin silah və digər hərbi sursatlarla təchiz edilməsi reallığı dəyişəsi deyil: “Çünki artıq nə zaman o zaman deyil, nə də Azərbaycan bir neçə il əvvəlki dövlət deyil. Azərbaycan dövləti olaraq biz 44 günlük Vətən müharibəsində bunu təkcə Rusiyaya və Ermənistana deyil, bütün dünyaya sübut etdik. Əgər ehtiyac yaranacaqsa, bir daha dəmir yumruq kimi birləşərək düşmənin başını əzməyə gücümüz də yetərincədir.

O da danılmaz faktdır ki, Azərbaycanla yanaşı qardaş Türkiyə də bu bölgədə söz sahibidir. O səbəbdən də bölgədə siyasi, iqtisadi və digər maraqları olan qonşularımız, eləcə də yaxın və uzaq dostlarımız, həm də düşmənlərimiz bunun fərqində olmalıdırlar".

Fikrət Yusifov: “Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq”

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, artıq 44 günlük müharibədən ötən dövr ərzində ruslar bizə yetərincə problemlər yaşada biliblər. Bundan sonra onların daha eybəcər oyunlara imza atacaqlarına şübhə olmamalıdır. Bu səbəbdən bizim bir yolumuz qalır: “Biz Rusiya qarşısında geri çəkilməməliyik, xüsusilə də Türkiyə kimi qardaş dövlətin bizimlə bir yerdə olmasından maksimum yararlanmalıyıq. Əks halda, Rusiya bizim üzərimizə gəlməkdə davam edəcək. Bu həyasızlığın bir  nümunəsi də onların durmadan Gürcüstan  üzərindən müxtəlif əyri yollarla Ermənistana silah-sursat daşımaq cəhdləridir. Bu durumda bizim geriyə yolumuz yoxdur.

Gəlin hadisələrə bir qədər başqa müstəvidən baxaq. Sovetlər birliyi dağıldıqdan sonra ermənilər Ermənistanda olan azsaylı rusları oradan qovdular, erməni vətəndaşlarına Ermənistanda qeyri-dildə, o cümlədən rus dilində təhsil almağı qanunla qadağan etdilər və bu gün Rusiyanın oksigen yastığı ilə nəfəs alan Ermənistanda çoxluq ruslara “buradan rədd olun” deyirsə, biz nə üçün bundan nəticə çıxarmamalıyıq? Ancaq biz hələ ki bunun əksini edirik. Yüzlərlə rus məktəbi, az qala evdə də hamımız rus dilində danışırıq, məktəb və uşaq bağçalarında rus bölməsində yer tapmaq cəmiyyətin “ən müşkül işinə” çevrilibsə, ruslara Qarabağda etiraz etməyimizin nə mənası var? Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq və onun da bədəlini ödəməkdəyik. Ən təhlükəli işğal mədəni işğaldır. Silahla, top-tüfənglə olan bütün işğallar müvəqqətidir-erməni işğalı kimi.

Vəziyyətdən gerçək çıxış yolları varmı? Əlbəttə var. Bu yolların ən yaxşı nümunəsi Ermənistanda, Gürcüstanda, Ukraynada və Baltikyanı respublikalardadır. Gəlin konstitusiyamızda vətəndaşlarımızın qeyri dildə təhsil almasını yasaqlayan dəyişikliyi ümumxalq müzakirəsinə çıxaraq, onda görün Rusiya hakimiyyəti və bu hakimiyyətin trolları nə hala düşəcəklər. Hələ mən demirəm ki, Ukraynada olduğu kimi rus dilində danışığa görə cərimələr tətbiq edək. Hər bir tərəflə onların başa düşdüyü dildə danışmağı bacarmalıyıq. Əks halda, rus da, qeyriləri də durmadan bizim üzərimizə gələcəklər. Erməniləri silahlandırmağın başqa adı yoxdur-Rusiya erməniləri Azərbaycanla savaşa hazırlayır".

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov11:29 - Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi