Rusiya erməniləri müharibəyə hazırlayır? - Ekspertlərdən açıqlama

04 may, 2021 10:48

Gürcüstan sərhədində Rusiyadan Ermənistana göndərilən zirehli (gülləkeçirməz) gödəkçələr tutulub. Ötən ilin avqust ayında isə Rusiyadan Ermənistana təyyarələrlə qanunsuz yollarla silah daşınırdı. Bu yaxınlarda Prezident İlham Əliyev AzTV-yə müsahibəsində Rusiyadan Ermənistana silah daşınmasını ağır formada tənqid etmişdi. Prezident bir neçə ciddi faktlar da sadalamışdı.

İndi də Ermənistana hərbi “bronjiletlər”in göndərilməsi bir daha təsdiq edir ki, Rusiya öz işindədir, Ermənistana hər cür hərbi dəstək verməkdə davam edir? Belə iddialar da səslənir ki, Rusiyada müəyyən dairələr Ermənistanı yeni müharibəyə hazırlayır. Bu, nə dərəcədə əsaslıdır?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, hələ ötən ilin iyul hadisələrindən sonra Rusiyadan Ermənistana beş yüz min tondan artıq silah və hərbi sursat daşınması barədə məlumatlar ictimailəşmişdi. Azərbaycan Prezidenti də həmin vaxt bununla əlaqədar məsələyə sərt münasibət bildirmişdi. O zaman hərbi yüklərin ilkin olaraq Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılması faktı ortada olduğu üçün Gürcüstan rəhbərliyinə irad bildirilmişdi. Sonradan Gürcüstan öz ərazisindən hərbi yüklərin daşınmasına icazə vermədi və bu səbəbdən də Ermənistan üçün nəzərdə tutulmuş silahlar Türkmənistan, Qazaxıstan və İran üzərindən keçməklə düşmən dövlətə daşınmağa başladı: “Biz, AMİP olaraq iyul ayında bununla əlaqədar həmin 3 dövlətin Azərbaycandakı səfirliklərinə etiraz məktubları da təqdim etmişdik. 

Arzuxan Əlizadə: “Ermənilərin silah-sursatlarla təchiz edilməsi reallığı dəyişməyəcək, çünki artıq zaman o zaman deyil”

44 günlük Vətən savaşı dönəmində də, ondan sonra da Rusiyanın bu qondarma və marionet erməni dövlətinə müxtəlif çaplı silahlar da daxil olmaqla, hərtərəfli dəstək verdiyi sirr deyil. Bunu Rusiyanın bir sıra rəsmi və qeyri-rəsmi yetkililəri özləri də dəfələrlə etiraf ediblər. Müharibədə qəhrəman Azərbaycan Ordusunun sıradan çıxardığı və qənimət olaraq əldə etdiyi silahların də böyük əksəriyyəti Rusiya hərbi sənayesinin istehsalıdır. Həmçinin, martın 15-də Şuşa yaxınlığında tapılan “İsgəndər M” raketinin qalıqları da dediklərimizi bir daha sübut edir. Həm də ən əcaibi odur ki, bu silahlar terrorçu ermənilərə havayı verilir, çünki bu qondarma və səfil dövlətin həmin silahları pulla ala bilmək imkanı da yoxdur.

Hazırda Azərbaycan tərəfinin real faktlara söykənən iradlarını cavablandırmaq əvəzinə Rusiya yenə də öz ampluasındadır və terrorçu erməni dövlətini, eləcə də Qarabağın dağlıq hissəsinə gətirib yerləşdirdiyi erməni separatçılarını silahlandırır, onlara hər cür dəstək verir. Məqsəd isə aydındır, bölgədə Azərbaycanın güclənməsinə mane olmaq və bəslədiyi erməni vandalları vasitəsilə bizi təzyiq altında saxlamaq".

A.Əlizadə hesab edir ki, ermənilərin silah və digər hərbi sursatlarla təchiz edilməsi reallığı dəyişəsi deyil: “Çünki artıq nə zaman o zaman deyil, nə də Azərbaycan bir neçə il əvvəlki dövlət deyil. Azərbaycan dövləti olaraq biz 44 günlük Vətən müharibəsində bunu təkcə Rusiyaya və Ermənistana deyil, bütün dünyaya sübut etdik. Əgər ehtiyac yaranacaqsa, bir daha dəmir yumruq kimi birləşərək düşmənin başını əzməyə gücümüz də yetərincədir.

O da danılmaz faktdır ki, Azərbaycanla yanaşı qardaş Türkiyə də bu bölgədə söz sahibidir. O səbəbdən də bölgədə siyasi, iqtisadi və digər maraqları olan qonşularımız, eləcə də yaxın və uzaq dostlarımız, həm də düşmənlərimiz bunun fərqində olmalıdırlar".

Fikrət Yusifov: “Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq”

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, artıq 44 günlük müharibədən ötən dövr ərzində ruslar bizə yetərincə problemlər yaşada biliblər. Bundan sonra onların daha eybəcər oyunlara imza atacaqlarına şübhə olmamalıdır. Bu səbəbdən bizim bir yolumuz qalır: “Biz Rusiya qarşısında geri çəkilməməliyik, xüsusilə də Türkiyə kimi qardaş dövlətin bizimlə bir yerdə olmasından maksimum yararlanmalıyıq. Əks halda, Rusiya bizim üzərimizə gəlməkdə davam edəcək. Bu həyasızlığın bir  nümunəsi də onların durmadan Gürcüstan  üzərindən müxtəlif əyri yollarla Ermənistana silah-sursat daşımaq cəhdləridir. Bu durumda bizim geriyə yolumuz yoxdur.

Gəlin hadisələrə bir qədər başqa müstəvidən baxaq. Sovetlər birliyi dağıldıqdan sonra ermənilər Ermənistanda olan azsaylı rusları oradan qovdular, erməni vətəndaşlarına Ermənistanda qeyri-dildə, o cümlədən rus dilində təhsil almağı qanunla qadağan etdilər və bu gün Rusiyanın oksigen yastığı ilə nəfəs alan Ermənistanda çoxluq ruslara “buradan rədd olun” deyirsə, biz nə üçün bundan nəticə çıxarmamalıyıq? Ancaq biz hələ ki bunun əksini edirik. Yüzlərlə rus məktəbi, az qala evdə də hamımız rus dilində danışırıq, məktəb və uşaq bağçalarında rus bölməsində yer tapmaq cəmiyyətin “ən müşkül işinə” çevrilibsə, ruslara Qarabağda etiraz etməyimizin nə mənası var? Qarabağda rusların özbaşınalığına şəraiti biz mülayimliyimizlə özümüz yaratmışıq və onun da bədəlini ödəməkdəyik. Ən təhlükəli işğal mədəni işğaldır. Silahla, top-tüfənglə olan bütün işğallar müvəqqətidir-erməni işğalı kimi.

Vəziyyətdən gerçək çıxış yolları varmı? Əlbəttə var. Bu yolların ən yaxşı nümunəsi Ermənistanda, Gürcüstanda, Ukraynada və Baltikyanı respublikalardadır. Gəlin konstitusiyamızda vətəndaşlarımızın qeyri dildə təhsil almasını yasaqlayan dəyişikliyi ümumxalq müzakirəsinə çıxaraq, onda görün Rusiya hakimiyyəti və bu hakimiyyətin trolları nə hala düşəcəklər. Hələ mən demirəm ki, Ukraynada olduğu kimi rus dilində danışığa görə cərimələr tətbiq edək. Hər bir tərəflə onların başa düşdüyü dildə danışmağı bacarmalıyıq. Əks halda, rus da, qeyriləri də durmadan bizim üzərimizə gələcəklər. Erməniləri silahlandırmağın başqa adı yoxdur-Rusiya erməniləri Azərbaycanla savaşa hazırlayır".

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar