Paşinyan Azərbaycanla sərhəddəki "məxfi işlərdən" danışdı - " - "Bəlkə Əliyev kəşfiyyata pul xərcləməsin..."

03 may, 2021 16:51

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün parlamentdə deputatların Azərbaycanla sərhəddə baş verənlər barədə sualları ilə üzləşib. Və bərk hirslənib.

Belə ki, parlamentin müstəqil deputatı Taqui Tovmasyan Azərbaycanla sərhədin Sünik (Zəngəzur) və Qeqarkunik vilayətləri istiqamətindən keçən hissəsində sərhəd postlarının zəruri avadanlıqlarla təchiz olunmadığını, səngərlər, tranşeylər qazılmadığını deyib.

Paşinyan isə əsəbləşərək deyib ki, sərhədlər etibarlı şəkildə qurulur, amma bütün bu işlər “məxfi şəkildə” həyata keçirilir. 

“Bəlkə Əliyev kəşfiyyata pul xərcləməsin, ona hər şeyi biz çatdıraq? Bir az da keçsə koordinatları da göstərməyə başlayacaqlar: baxın, burada yaxşı səngərlər var, amma orada səngərlər yoxdur, əlverişli dəhliz var...Ümumiyyətlə, biz başa düşürük ki, nə edirik?”, - o, əsəbi halda bildirib.

Tovmasyan ona cavab verərək deyib ki, sərhəddə tərəflərin mövqeləri bir-birlərindən cəmi bir neçə metr aralıda yerləşir. 

Və səngərlərin, tranşeylərin vəziyyəti, hətta forması qarşı tərəfdən adi gözlə də görünür.

Paşinyan isə etiraz edib: “Əgər sərhəd adi gözlə görünürsə deməli pis sərhəddir”.

Onun sözlərinə görə, sərhədi möhkəmləndirmək üçün görülən işlər məxfidir. 

“Elə işlər var ki, açıqlanmır, nə sizlərə görünür, nə rəqibə”,-o deyib.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar