Tanınmış hakim polis rəislərindən Seyfulla Əzimova şikayət etdi

03 may, 2021 14:59

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev Sumqayıt və Abşeron polis rəislərinin məhkəmə qərarlarını icra etməməsi barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova müraciət edib. O bildirib ki, son 8 ayda 6 qərar çıxarsa da, sözügedən rəislər bu sənədlərə laqeyd yanaşırlar. 

Azsiyasət.com qafqazinfo.az-a istinadla xəbər verir ki, məsələ 2019-cu il avqustun 16-da Sumqayıt şəhərində “Metallurq” kafesində baş vermiş hadisə ilə bağlıdır.

Belə ki, həmin gecə saat 23 radələrində fəhlə işləyən Xaqani Quliyev və Vüqar Tağıyev kafeyə gələrək pivə sifariş ediblər. Daha sonra həmin şəxslər tum yeyərək qabığını yerə töküblər. Ofisiantlar bir neçə dəfə onlara bu barədə xəbərdarlıq etsələr də, Xaqani və Vüqar tum yeməyə davam ediblər. Daha sonra kafenin mühafizəçisi Sabir Əskərovu çağırıblar. O da bir dəfə xəbərdarlıq etdikdən sonra Xaqani və Vüqarı söhbət etmək üçün çölə çağırıb.

İttihama görə, bu zaman Xaqani söyüş söydüyü üçün Sabir Əskərov onu yumruqla vurub yerə yıxıb, ardınca həmin kafedə ofisiant işləyən Bəxtiyar Fərəcov yerdə olan stolu götürərək Xaqaninin üzündən zərbə vurub. Stolun dəmir ayağı Xaqaninin gözünü çıxarıb. Daha sonra kafedə ilk iş günü olan ofisiant Tural Sadıqov yerdən götürdüyü taxta parçası ilə söyüş söyən Vüqar Tağıyevin sifətinə vurub. Sabir Əskərov isə yerdən götürdüyü daşı yaralı halda söyüş söyən Xaqaninin başından vurub.

Bu işlə bağlı cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zeynal Ağayevin icraatında olan cinayət işi üzrə məhkəmə prosesi 8 aydır ki, şahidlərin dindirilmə mərhələsini yekunlaşdıra bilmir. Buna səbəb isə Sumqayıt və Abşeron polis idarələri rəislərinin hakimin şahidlərin məcburi gətirilməsi barədə qərarı icra etməməsidir. Şahidlərin biri həmin kafenin sahibi Vasif Quliyevdir. Digər şəxslər isə kafenin xidmətçiləri – Aynur Ağazadə, Zenfira Cəfərova, müştəri Günel İsmayılzadə, kafenin “DJ”i Teymur Qurbanov, ofisiantlar – Kənan Vəliyev və Sübhan Abdulrəhimovdur.

Hakim Zeynal Ağayevin Seyfulla Əzimova etdiyi sözügedən müraciətdə bildirilir ki, o, sentyabrın 11-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimova 3 dəfə müraciət edərək polis idarələrinin rəislərinin şahidləri məhkəməyə gətirtmədiyini bildirib və bunun məhkəmə prosesinin lüzumsuz uzadılmasına səbəb olduğunu bildirib.

Lakin general-mayor da bu şahidlərin gətirilməsini təmin edə bilməyib. Bundan sonra, hakim Zeynal Ağayev 2020-ci il oktyabrın 27-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimova rəsmi məktubla müraciət edib. Lakin bu məktub da cavabsız və hərəkətsiz qalıb.

Sonuncu dəfə Zeynal Ağayev Seyfulla Əzimova təkrar məktub ünvanlayaraq polis rəislərinin hansısa səbəblərdən məhkəmə qərarını icra etmək marağında olmadığını bildirib: “Sumqayıt şəhər Polis İdarəsi və Abşeron rayon Polis Şöbəsi bu günədək məhkəmənin qərarını icra etmir. Dəfələrlə bu barədə Abşeron və Sumqayıt Polis idarələrinin vəzifəli şəxslərinə bildirilsə də, müxtəlif bəhanələr gətirilərək qərarı icra etməyiblər. Bu polis idarələri tərəfindən məcburi gətirilmə qərarlarına belə etinasız münasibət ilk dəfə deyil. Demək olar ki, digər cinayət işləri ilə bağlı da eyni hallarla hər dəfə rastlaşırıq.

Hörmətli Seyfulla müəllim, Abşeron rayon və Sumqayıt şəhər polis İdarələri məcburi gətirmə qərarını icra etmək iqtidarında (ya marağında) olmadığı üçün qərarın icrasını digər rayon Polis İdarələrinə həvalə etməyinizi xahiş edirəm”.

Hakim Zeynal Ağayev bütün məktublara şahidlərin yaşadığı ünvanları və telefon nömrələrini qeyd edib.

 

 

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar