Lavrovun Bakı səfərinin pərdəarxası: "Sürprizlər var"

03 may, 2021 10:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana işgüzar səfər edəcək.

Azsiyasət.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, S.Lavrov Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Mayın 5-6-da isə o, İrəvana yollanacaq.

Sergey Lavrov Azərbaycana nə üçün səfər edəcək? Bu səfər Azərbaycana nə vəd edir?

Milli Məclisin və Rusiya Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü Elman Məmmədov Turana bildirib ki, Azərbaycan-Rusiya münasibətləri geniş spektrlidir. «Cənab Lavrov da Xarici İşlər naziridir. Bu səfər yəqin ki, dövlətlərarası müəyyən diplomatik məsələlərlə bağlıdır. Məlumat var ki, S.Lavrov bura gəlməmişdən qabaq İrəvana gedəcəkdir. Sonra qayıdacaq Moskvaya, sonra isə Azərbaycana gələcək».

Deputatın fikrincə bu gediş-gəliş onu deməyə əsas verir ki, bu, birbaşa Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səfərdir. «Qarabağda bu gün mövcud olan vəziyyət, orada qalan silahlı birləşmələr və yaxud da orada hələ də fəaliyyətini davam elətdirən cinayətkar separatçı qurum və bu qurumun sülhməramlılarla əlaqələri, rəsmi olmasa da, qeyri-rəsmi qaydada Moskvanın bu qurumu bir növ müdafiə edib öz himayəsi altında saxlaması kimi məsələlər təbii ki, müzakirə olunacaq».

E.Məmmədov hesab edir ki, çox ciddi məsələlər müzakirə olunacaq. «Xüsusilə də Ermənistandakı vəziyyət, revanşist qüvvələr, onların hələ də düzgün yol seçməmələri, Rusiyanın siyasətində, hətta Rusiyanın Dumasında bəzi qruplaşmaların onları müdafiə etməsi müzakirə predmeti ola bilər».

Deputat qeyd edib ki, həmçinin Fransanın bu məsələdə mövqeyi, Amerika Birləşmiş Ştatları prezidentinin «soyqırım» deməsi məsələsi, eyni zamanda ABŞ-Rusiya arasında olan gərginliyinin artması xətt üzrə inkişaf etməsi və Azərbaycanın bu məsələyə münasibəti, Rusiyaya qarşı yeni sanksiyaların tədbiq olunması müzakirə oluna bilər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Sergey Lavrovun səfər trayektoriyası çox maraqlıdır. «O, mayın 5-6-sı İrəvana gedib qayıdır Moskvaya, sonra isə Bakıya gəlir. Yəni, o birbaşa İrəvandan Bakıya gələ bilərdi və bu vaxt baxımından daha sərfəli olardı».

Politoloqun fikrincə, bu onu göstərir ki,  müəyyən sürprizlər var. «Rusiya prosesi yenə də nəzarətdə saxlamaq istəyir. O görür ki, Azərbaycan onun siyasətindən narazıdır və bəzi məsələləri yəqin ki, Azərbaycanı sakitləşdirmək üçün nəzərdən keçirir».

Ekspert qeyd edib ki, digər tərəfdən Rusiya Türkiyə planlarından ehtiyat edir. «Çünki Lavrovdan bir neçə həftə sonra Türkiyə başçısı Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələcək və Ərdoğan anons verib ki, Azərbaycanla birgə addımlar üzərində iş gedir».

E.Şahinoğlu vurğulayıb ki, zaman göstərdi ki, Azərbaycan heç vaxt Lavrovun səfərlərindən fayda görməyib. «2016-cı ildə aprel savaşları zamanı Bakıya gəlib bizi inandırıb ki, döyüşlər dayandırılsa Ermənistan lazım olan addımları atacaq. Amma heç bir iş olmadı. Mən bu səfərdən bir fayda olacağını zənn etmirəm».

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar