"44 günlük müharibədə Ermənistan ordusunda 10 min fərari olub" - Korotçenko

01 may, 2021 23:05

Belə təsəvvür yaranır ki, burada sanki atom bombası partladılıb. Dağıdılmış Ağdam atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladır. Lakin ermənilər burada atom bombası partlatmayıblar, onların atom bombası yox idi. Ermənilər burada Azərbaycan xalqına nifrət bombası partladıblar”.

Azsiyasət.com xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyada çıxan “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə müsahibəsində söyləyib.

İ.Korotçenko qeyd edib ki, törədilmiş dağıntıların miqyası ağlasığmazdır:

“Dünyada, bəlkə, ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil.

Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, bir milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”.

“Əlbəttə, biz başa düşürük ki, bu dəhşətli yaraların sağalması, Azərbaycan şəhərlərinin, digər yaşayış məntəqələrinin bərpa edilməsi üçün çox böyük zaman, onilliklər lazım olacaq. Lakin Azərbaycanın siyasi əzmkarlığı var.

Biz tam əminik ki, işğaldan azad edilmiş ərazilər bir müddətdən sonra yenidən Azərbaycanın incilərinə çevriləcək. Azərbaycan xalqı çox əməksevər, səbirli və inadkar xalqdır.

O, dağıntıları bərpa edəcək və bu, öz ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün canlarından keçmiş azərbaycanlılara ən yaxşı abidə olacaq. Bərpa edilmiş şəhərlər, bərpa edilmiş Qarabağ öz ölkəsinin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara abidə olacaq”, - baş redaktor əlavə edib.

İ.Korotçenko sözünə davam edərək deyib ki, burada aparılmış “Dəmir yumruq” əməliyyatı hərb sənəti baxımından XXI əsrin müasir yüksək texnoloji müharibə nümunəsidir:

“Azərbaycan Ordusu çox yaxşı hazırlıq keçmiş düşmənlə döyüşürdü. Bu düşmən 30 ilə yaxın müddətdə bir neçə istehkam xətti qurmuşdu. Yerevanda hesab edirdilər ki, bu istehkam xətləri Azərbaycan Silahlı Qüvvələri üçün keçilməz olacaq.

Lakin biz yeni texnoloji müharibənin, XXI əsr müharibəsinin yeni nümunələrini gördük. Azərbaycan Ordusu, XXI əsrin ordusu bu görkəmli Zəfəri qazanmağa nail oldu”.

İ.Korotçenko vurğulayıb ki, bu gün “Dəmir yumruq” əməliyyatı dünyanın ən müxtəlif dövlətlərinin – Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın aparıcı hərbi akademiyalarında, ərəb dünyasında öyrənilir:

“Bu əməliyyatı Rusiyada da tədqiq edirlər. Ona görə ki, bu, müasir hərb sənətinin zəfər nümunəsidir. Bu gün belə əməliyyatların sayı çox olmasa da, Azərbaycan müasir silah növlərindən geniş istifadə etməklə nəyə qadir olduğunu göstərdi. Mən hesab edirəm ki, bu Qələbə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sayəsində qazanılıb.

Bu hərbi qələbə sayəsində Azərbaycan İkinci Qarabağ müharibəsini keçən il dünyada baş vermiş ən mühüm hadisələrin siyahısına daxil edib. Azərbaycanın qələbəsi 2020-ci ilin başlıca hərbi-siyasi hadisəsidir.

Bu faktla heç kəs, hətta erməni təbliğatçıları da mübahisə edə bilməz, ona görə ki, bir daha təkrar edirəm, 44 günlük müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olub.

Bilirsinizmi, bu da hərb tarixində misli olmayan nümunədir. Azərbaycan öz iradəsi, əzmkarlığı, iqtisadiyyat və siyasət sahəsində malik olduğu üstünlüklər sayəsində qalib gəlib. Şübhəsiz, bu, həm də dövlətlərin liderlərinin mübarizəsi idi.

Miskin görkəmli, kəkələyə-kəkələyə danışan, özünü itirmiş, kapitulyasiya aktını imzalayan Paşinyanın fonunda Prezident Əliyev müasir dünyanın liderlərindəndir”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru bildirib ki, bu gün dünya paytaxtlarının çoxu Azərbaycana etimad göstərir, hörmət edir, onu dostluğa layiq ölkələrdən biri sayır:

“Ona görə ki, bu dövlət çox mühüm siyasi qərarlar qəbul edilməsi məsələlərində tamamilə suverendir. Bu gün belə ölkələrin sayı çox deyil. Azərbaycan məhz öz iqtisadi qüdrətinə və ordusunun gücünə güvənərək öz suverenliyini təmin edən dövlətlərdəndir”.

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror11:42 - Rusiya SSRİ kimi dağılacaq - Aleksey Venediktov11:29 - Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət etdi