"Kommersant" Ermənistana "İsgəndər-M" raketlərinin verildiyi haqda nə yazmışdı... - Rusiya mənbələri təsdiqləyir

16 aprel, 2021 10:03

Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan “İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir. Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub göndərərək ixrac üçün nəzərdə tutulmayan operativ-taktiki raketlərin Ermənistana necə gedib çıxmasına izahat verməyə çağırıb. Lakin hələ Rusiya tərəfindən cavab yoxdur. Hərçənd Putinin sözçüsü Dmitri Peskov bildirib ki, məsələni iki ölkə hərbçiləri “sıx dialoqun gedişində” müzakirə edirlər.

Əslində isə Ermənistana məhz “İsgəndər-M” raketlərinin verilməsi Rusiya mənbələri tərəfindən hələ 3 il əvvəl-2018-ci ildə Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində mətbuata sızdırılmışdı. “Kommersant” qəzeti Rusiya hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazmışdı ki, Ermənistana 2016-cı ildə bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksi (9М723 raketləri ilə) verilib.

Qəzet Rusiyanın Ermənistana ayırdığı güzəştli silah kreditləri barədə bəhs edərək yazırdı ki, 2016-cı ildə, Qarabağda vəziyyət kəskinləşəndə Yerevan onlarla “Smerç” reaktiv-yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radioelektron mübarizə sistemləri (cəmi 200 milyon dollarlıq müqavilə) alıb.

“Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə “Kommersant”a bildirib ki, 2016-cı ildə Ermənistan bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksləri (9М723 raketləri ilə) alıb. Mənbə etiraf edir ki, de-yure bu, raket texnologiyalarının yayılması barədə müqaviləni pozur, çünki həmin raketlərin mənzili ixrac üçün icazə verilən 300 kilometrdən çoxdur. Lakin Moskvada bu addıma məcburən gediblər: operativ-taktiki raket kompleksləri Ermənistana daha böyük hücum silahları potensialına malik olan Azərbaycanla hərbi pariteti dəstəkləmək üçün təcili lazımdır. “İsgəndər-E” ixrac modifikasiyasının hazırlanmasına zaman tələb olunur, hansı ki, Bakı Dağlıq Qarabağda hücuma keçəcəyi halda belə zaman yox idi”,-qəzet 2018-ci il sentyabrın 8-də dərc edilmiş məqaləsində bildirir.

Qəzet əlavə edirdi ki, Ermənistan hakimiyyətinin addımları Rusiya məmurları tərəfindən heç də həmişə anlaşılmasa da silah əməkdaşlığını kəsməyə heç kim hazırlaşmır. “Biz gedən kimi yerimizi başqaları tutacaq. Və belə addımın nəticələrini bizim hamımız hiss edəcəyik”,-rusiyalı hərbi mənbə o vaxt belə deyib.

Göründüyü kimi, “İsgəndər-M” raketləri Ermənistana heç də təsadüfən gedib çıxmayıb və mənzili 300 kilometrdən çox olan raketlərin yayılmasını qadağan edən beynəlxalq müqavilənin ziddinə olaraq bu ölkəyə ötürülüb. Əlbətdə, Azərbaycan tərəfində hələ o vaxtdan Ermənistana bu raketlərin verildiyi haqda şübhələr var idi, amma indi dəlillər açıq-aşkar ortadadır və rəsmi Bakının izahat tələb etmək üçün tam qanuni əsasları var.

Virtualaz.org

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar