Rusiya sülhməramlıları ermənilər üçün bunu da etdilər - FOTOLAR

15 aprel, 2021 21:50

“Rusiya sülhməramlıları Dağlıq Qarabağda kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin edirlər”.

Azsiyasət.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, Qarabağın erməni sakinləri rusiyalı istehkamçılar tərəfindən partlayıcı maddələrdən təmizlənmiş tarlalarda kənd təsərrüfatı işlərini davam etdirirlər. Belə ki, Rusiya sülhməramlı kontingentinin hərbi heyəti, “sərhəd xəttinin” yaxınlığında yerləşən sahələrdə əkin əməliyyatlarının təhlükəsizliyini təmin edirlər.

“Səpin kampaniyası demək olar ki, başa çatır. Bu il sülhməramlılar sayəsində problemsiz bir şəkildə təşkil edildi. Hər iki tərəfin münasibətlərini tənzimləyə bildik, əkin kampaniyasının tərəflərin təmas xəttinin yaxınlığında rahat keçəcəyinə dair razılığa gəldik. Səpin kampaniyası üçün bütün tapşırıqlar yerinə yetirildi, ümid edək ki, payıza qədər bizim sayəmizdə yerli əhali layiqli və yaxşı məhsul alacaq” - deyə Rusiya sülhməramlı kontingenti komandirinin müavini general-mayor Sergey Jmurin bildirib.

Qeyd olunub ki, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 1960 hektar ərazini təmizləyib, 25,5 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

 

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar