Rusiya acı gerçəyi etiraf edib üzrxahlıq istəyəcəkmi? - Kritik "İsgəndər" testi

15 aprel, 2021 10:21

"Ayağına güllə atan” Moskvanın qalmaqallı olayla bağlı 2 variantı var; Rusiya acı gerçəyi etiraf edib üzrxahlıq istəyəcəkmi? - “Kommersant” hələ 2018-cı ildə bu haqda yazıbmış...

Rəsmi Bakı Moskvadan cavab gözləyir. Haqq elədiyi bir cavabı. Söhbət Qarabağ bölgəsində bizim razılığımızla yerləşdirilmiş Rusiya sülhməramlılarının, yumşaq desək, bəzi qeyri-məqbul hərəkətlərindən getmir. Onlara da sıra çatacaq. Hələlik əsas sual Şuşa ətrafında, müharibə bitəndən sonra qalıqları tapılmış “İsgəndər M” taktiki raketlərindən gedir.

Nə barədə ki, srağagün Prezident İlham Əliyev sərt mövqe sərgilədi. Məsələni şəxsən həmkarı Vladimir Putinlə müzakirə elədiyini söylədi. “Ermənistan bu raketləri haradan alıb? Onlarda bu, olmamalı idi. Biz ölümcül silahın ermənilərin əlinə necə düşdüyünə dair suala cavab istəyirik. Bu suala hələ də cavab almamışıq, amma alacağıq” - dedi.

Məsələ ilə bağlı rəsmi Bakı Rusiyaya məktub da göndərib...

Düşünmək olar ki, bunun ardınca Moskva “ipin ucunu suda” çox saxlaya bilməyəcək. Ən əvvəl o səbəbə ki, qalıqları tapılan ballistik raketlər ixrac üçün nəzərdə tutulan “İsgəndər E”ə yox, daha dağıdıcı, ikiqat daha uzaq məsafəyə (500 km-dək) uça bilən və ixrac üçün nəzərdə tutulmayan “İsgəndər M”ə məxsusdur.

Kremlin bu xüsusda cavabı, yaxud izahını indi təkcə Bakı yox, bir çox başqa paytaxtlar, o sırada Ankara da gözləyir. Hətta Qərb, NATO cavabın necə olacağının intizarındadır. Daha bir səbəbə: sensasion olay Rusiyanın bölgədəki tərəfdaş ölkələrlə münasibətlərinə, hətta regiondakı təsir imkanlarına ciddi korrektə eləmək gücündədir. Eyni səbəbdən tanınmış rusiyalı analitiklər də narahatlıqlarını gizlətmirlər...

Şübhə yox ki, ABŞ başda olmaqla, Qərbin Rusiyaya qarşı az qala hər ay yeni-yeni sanksiyalar tətbiq elədiyi zamanda (proses hələ pik səviyyəyə çatmayıb) Moskva üçün azsaylı müttəfiqlərinin və tərəfdaşların önəmi artıb. Onların arasında Azərbaycanın məxsusi yeri var. Çünki o, Güney Qafqazın qeyd-şərtsiz açar dövlətidir. Ölkəmiz bu gün Rusiya üçün marionet Ermənistandan da vacibdir və onu itirmək, faktiki, strateji bir ölkəni, bölgəni itirmək, Azərbaycanla birgə isə Türkiyə kimi mühüm tərəfdaşla, regional supergüclə münasibətləri korlamaq anlamına gələrdi.

Bu xüsusda “İsgəndər M”lə bağlı qalmaqalın tezliklə aradan qalxmasında ən çox Moskvanın maraqlı olmalı olduğu ortaya çıxır. Belədirmi? Moskva acı da olsa, gerçəyi etiraf edib Bakıdan üzrxahlıq istəyəcəkmi, yoxsa problemi “yeşiyin uzaq küncünə” atmağa, malalamağa çalışacaq?

Hər necə olmasa, İlham Əliyevin siyasi qətiyyəti sonuncu variantı istisna edir. Nəzərə alanda ki, Azərbaycan liderinin Rusiya rəhbəri ilə şəxsi münasibətləri yetərincə istidir, o zaman Kremlin cavabı ikiqat maraq kəsb edir.

“İstənilən halda ”İsgəndər"lə bağlı məsələ sonsuzadək havada asılı qala bilməz".

Bunu Minval.az-a müsahibəsində rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu raket qalıqları ilə bağlı olayın tam araşdırılacağını söylədi. Bəlkə də bu anda Azərbaycan tərəfi son nöqtəyə çatmaq və açıq şəkildə siyasi hökm çıxarmaq üçün lazımi faktlara malik deyil. Lakin istənilən halda ”İsgəndər" məsələsi sonsuzadək havada asılı qalmamalıdır, çünki o zaman o çox da uzaq olmayan bir gələcək üçün zəruri faktora çevriləcək - nə vaxt ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması məsələsi bütün ciddiliyi ilə ortaya çıxacaq", - deyə ekspert qeyd edib.

Qriqori Trofimçuk

Üstəlik, onun fikrincə, bu olay Bakı və Moskvanı bir-birinə qarşı qoya bilər: “Bəlkə də süjetin əsas məqsədi budur. Buna görə də sürətli araşdırma hər iki paytaxt üçün faydalıdır. Ancaq indiki an üçün situasiya Moskvanın bu mövzuda lazımi məlumata sahib olmadığı barədə Rusiya nümayəndələrinin şərhləri nəzərə alınmadan da olduqca anlaşılan və şəffaf görünür. Belə ki, bir neçə il əvvəl hər kəs ”İsgəndər"lərin İrəvanda necə şütüdüyünü gördü. Sanki bu Bakını qorxutmaq üçün, amma tamamilə başa düşülən bir məqsədlə edilmişdi: mümkün Azərbaycan-Ermənistan müharibəsinin qarşısını almaq. Və bu raketlərin üstündə “M”, yoxsa “E” hərfləri idi, o vaxt az adamı narahat edərdi, çünki hamı əsas şeyə əmin idi: İrəvanın artıq lazımlı raketləri var. Beləliklə, mətbuatda güclü şəkildə qaldırılan “M-E” hərfləri probleminin heç də Ermənistana yox, birbaşa Rusiyaya dəxli var və bu hər kəsə aydındır. Odur ki, hər şey öz adları ilə çağrılımalıdır".

Maraqlıdır ki, Rusiyanın “Kommersant” nəşri 2018-ci ildə Trofimçukun versiyasını təsdiqləyən məlumat yayıbmış. Məlumatda deyilir ki, Ermənistan “İsgəndər-M” sistemini hələ 2016-cı ildə Rusiyadan alıb.

“Hərbi-texniki əməkdaşlıq sahəsinə aid bir qaynağın ”Kommersant“a verdiyi məlumata görə, 2016-cı ildə Ermənistan 9M723 raketləri ilə” İsgəndər-M" operativ-taktiki raket komplekslərinin (OTRK) bir divizionunu əldə edib. De-yure bu, raket texnologiyalarının yayılmasına dair razılaşmanı pozur, çünki belə raketlərin vurma hədəfi 300 km-i keçir - mənbə etiraf edib. Moskva bu addımı atmaq məcburiyyətində idi. Çünki Ermənistan təcili olaraq hücum silahlarının daha böyük arsenalına sahib olan Azərbaycanla hərbi bərabərliyi qorumaq üçün OTRK-ya ehtiyac duyurdu. Məhdudiyyətlər altına düşməyən “İsgəndər-E”nin ixrac modifikasiyasının yaradılması üçün isə vaxt tələb olunurdu ki, bu vaxt da Bakının Dağlıq Qarabağdakı erməni mövqelərinə hücum qərarı verəcəyi təqdirdə yetərli deyildi. Hərçənd Ermənistanın yeni hakimiyyətinin atdığı addımlar heç də həmişə Rusiya rəsmiləri arasında anlaşma yaratmasa da, “heç kim silah əməkdaşlığını pozmayacaq” deyə hərbi mənbə “Kommersant” a deyib: “Biz gedən kimi başqaları yerimizi tutacaq. Və belə bir addımın nəticələrini hamımız hiss edəcəyik”, - deyə qəzet Ermənistanın baş naziri Nikol Paşinyanın həmin il (2018) Moskvaya səfəri ərəfəsində yazıbmış.

Beləcə, “İsgəndər M” ətrafında mənzərə tədricən aydınlaşır. Bütün hallarda Putin üçün ciddi bir “İsgəndər” başağrısının yarandığını söyləmək olar. Onun necə aradan qalxması Azərbaycan sınağından Kremlin uğurla çıxıb-çıxmadığına da aydınlıq gətirəcək. Kreml üçün gerisayım başlayıb...

Musavat.com

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar