"Lələtəpə"yə hücum: Paşinyan erməni ordusunun belini qıran əməliyyatdan danışdı

14 aprel, 2021 16:50

2020-ci il oktyabrın əvvəllərində, İkinci Qarabağ müharibəsinin şiddətlə davam etdiyi, Ermənistan ordusunun cəbhənin cənub istiqamətindəki müdafiə xəttinin çökdüyü haqda xəbərlərin gəldiyi bir vaxtda düşmən qüvvələri sonrakı döyuşlərin də gedişatına təsir edən uğursuz həmləyə cəhd etdi. Bu, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi “Lələtəpə” yüksəkliyini geri almaq cəhdi idi.

Sonradan Ermənistanda istefada olan generallar və müxalif siyasətçilər tərəfindən bu uğursuz əks-hücumun erməni tərəfi üçün dəhşətli təfərrüatları yayılmağa başladı. Məlum oldu ki, həmin əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edilib, 800-dən çox hərbçisi məhv olunub. Və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tutdular.

“Lələtəpə”ni geri almaq planı keçmiş Baş qərargah rəisi Movses Akopyana görə Paşinyanın həmin günlərdə Qarabağda olan arvadı Anna Akopyana məxsus idi. Məqsəd isə Paşinyanın  təbliğatına yönəlmişdi-yəni o, 2016-cı ildə Serj Sərkisyanın əldən verdiyini geri alır.

Bu gün Paşinyan özü də parlamentdə nəhayət həmin uğursuz əks-həmlə cəhdindən danışıb. Bildirib ki, həmin əməliyyatı hərbçilər hazırlamışdı, qərar da hərbçilər tərəfindən verilmişdi. Paşinyan həmin müzakirələrdə iştirak etdiyini desə də bildirir ki, sadəcə olaraq “moderatorluq” edib, hərbçilərin mövqeyini soruşub. O, “ən yüksək rütbəli hərbçinin” (keçmiş baş qərargah rəisi Onik Qasparyanı nəzərdə tutur,-red.) də mövqeyini soruşduğunu bildirib. Və “çox yaxşı ideyadır” cavabını alıb.

Daha sonra deputatlardan birinin sorğusuna cavab olaraq Paşinyan detalları da açıb, bildirib ki, əməliyyatın planı videorabitə ilə Onik Qasparyanla müzakirə edilmişdi və o da “faktiki olaraq” ideyanı bəyənmişdi. Lakin Paşinyanın sözlərinə görə, planın bütün mənası heç də təkcə “Lələtəpə”ni almaq deyildi, “daha qlobal” vəzifə qarşıya qoyulmuşdu-Cəbrayıla doğru irəliləyən Azərbaycan qoşun hissələrinin əsas qüvvələrlə əlaqəsini kəsmək və onları “meşoka salmaq”. Paşinyan əməliyyat planının “Birinci Qarabağ müharibəsinin tanınmış iştirakçılarından biri tərəfindən” irəli sürüldüyünü (qondarma “dqr müdafiə naziri” olmuş general Samvel Babayan nəzərdə tutulur,-red.) deyib.

Ermənistan baş nazirinin sözlərinə görə, əməliyyatın ilk bir neçə saatı uğurlu olmuşdu, amma daha sonra tank bölmələrindən biri öz döyüş vəzifələrini yerinə yetirmədi. Həmin bölməyə isə “hazırda fəal müxalifət fəaliyyəti ilə məşğul olan yüksək rütbəli hərbçinin oğlu” (keçmiş müdafiə naziri Seyran Ohanyan nəzərdə tutulur,-red.) komandirlik edirdi.

Daha sonra deputatlardan birinin sorğusuna cavab olaraq Paşinyan detalları da açıb, bildirib ki, əməliyyatın planı videorabitə ilə Onik Qasparyanla müzakirə edilmişdi və o da “faktiki olaraq” ideyanı bəyənmişdi. Lakin Paşinyanın sözlərinə görə, planın bütün mənası heç də təkcə “Lələtəpə”ni almaq deyildi, “daha qlobal” vəzifə qarşıya qoyulmuşdu-Cəbrayıla doğru irəliləyən Azərbaycan qoşun hissələrinin əsas qüvvələrlə əlaqəsini kəsmək və onları “meşoka salmaq”. Paşinyan əməliyyat planının “Birinci Qarabağ müharibəsinin tanınmış iştirakçılarından biri tərəfindən” irəli sürüldüyünü (qondarma “dqr müdafiə naziri” olmuş general Samvel Babayan nəzərdə tutulur,-red.) deyib.

Ermənistan baş nazirinin sözlərinə görə, əməliyyatın ilk bir neçə saatı uğurlu olmuşdu, amma daha sonra tank bölmələrindən biri öz döyüş vəzifələrini yerinə yetirmədi. Həmin bölməyə isə “hazırda fəal müxalifət fəaliyyəti ilə məşğul olan yüksək rütbəli hərbçinin oğlu” (keçmiş müdafiə naziri Seyran Ohanyan nəzərdə tutulur,-red.) komandirlik edirdi.

Belə olanda Azərbaycan qoşunları Araz çayı sahili boyu düşmənə təzyiqləri artırdı və Cəbrayıla gedən avtomobil yolu üzərində yerləşən erməni mövqelərini darmadağın edərək rayon mərkəzinə doğru irəliləməyə başladı, Füzuli istiqamətində hücum isə nisbətən səngidi. Azərbaycan qoşunları yol boyu irəliləyərək Cəbrayılın bir neçə kəndini işğaldan azad edəndən və rayon mərkəzinə yaxınlaşandan sonra görünür düşməndə belə primitiv plan meydana çıxdı-sağ cinahdan əks hücuma keçərək “Lələtəpə”ni götürmək və oradan Cəbrayıla doğru irəliləyən Azərbaycan qoşunlarını faktiki mühasirə vəziyyətinə salmaq.

 Əlbətdə, Azərbaycan ordusunun komandanlığı bu variantı hesablamışdı və düşmənin həmin əks hücumu onu darmadağın etmək üçün əla fürsət yaratdı. Çoxsaylı erməni bölmələri müdafiə mövqelərindən çıxaraq tankların dəstəyi ilə “Lələtəpə”yə tərəf irəliləməyə cəhd edəndə onlara belə şərait yaradıldı, ardınca Azərbaycan ordusunun hazır vəziyyətdə gözləyən artilleriya və reaktiv yaylım atəşi sistemləri düşmənin piyada bölmələrini darmadağın etdi. Onun tanklarını və digər zirehli texnikasını isə həm havadan, həm qurudan dəqiq zərbələrlə sıradan çıxardı. Cəmi bir neçə saat ərzində düşmən döyüş meydanında 800-dən çox meyit qoyub geri qaçmalı oldu,, ümumilikdə yaralılarla birlikdə 1500-2000-ə qədər itki verdi. Və erməni generallarının köhnəlmiş sovet hərb taktikasına əsaslanan bu planı tam iflasa uğradı, düşmənin döyüş ruhu xeyli dərəcədə sındı. İndi isə onlar günahı bir-birlərinin üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışırlar.

Virtualaz.org

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar