Türkiyədən Ermənistana daha bir sərt mesaj

17 avqust, 2020 13:48

Rəsmi Ankara Ermənistana qarşı daha bir sərt mesaj verib. Azsiyasət.com saytı virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə Türkiyə dövlətini qəzəbləndirən Ermənistan Xarici İşlər Nazirliyinin Şərqi Ağ dənizdə Yunanıstanla Türkiyə arasında neft-qaz kəşfiyyatı ilə bağlı yaranan gərginliyə burunu soxmasıdır. Hansı ki, rəsmi Yerevan bu regionda Türkiyənin hərəkətlərini qınayan bəyanatla çıxış edib.

Ermənistan XİN-in bəyanatına Türkiyə XİN dərhal sərt cavab verib. XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bəyan edib: “Birləşmiş Ərəb Əmirlikləri və Fransanın ardınca hər hansı dənizə çıxışı olmayan Ermənistanın da özünü bölgədə söz haqqı sahibi hesab etməsi Türkiyəyə qarşı qurulan məkrli ittifaqın miqyaslarını göz önünə sərir. Şərqi Ağ dəniz haqqında mövqe bildirməyə cəsarət göstərən Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair kökündən yanıldığını nümayiş etdirir. Burada müzakirə mövzusu Sevan gölü yox, Şərqi Ağ dənizdir”.

Hami Aksoy əlavə edib ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sərkisyan Sevr anlaşmasının qüvvəsini itirmədiyi haqda təxribatçı bəyanatla çıxış edib. Bunun ardınca rəsmi Yerevanın Şərqi Ağ dənizlə əlaqəli mövqe bildirməsi həddini bilməməyin və məsuliyyətsizliyin daha bir nümunəsidir.

“Hər nə olursa olsun, Türkiyə Şərqi Ağ dənizdə özünün və Kipr türklərinin beynəlxalq hüquqdan qaynaqlanan hüquqlarını qətiyyətlə qorumaqda davam edəcək. Bunu əngəlləməyə heç bir şər ittifaqının gücü yetməz. Əksini düşünənlər deməli tarixdən dərs almayıblar. Bu münasibətlə bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduğumuzu da bir daha xatırlatmaq istərdik ”,-Türkiyə XİN-in rəsmi nümayəndəsi deyib.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?