Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"

12 aprel, 2021 14:33

“Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub. MTN dağılanda həbs edilməli olan ilk adamlardan biri o olmalı idi. Bizə qarşı işgəncələrdən, təzyiqlərdən, qeyri-insani davranışlardan istifadə edərək, saxta işimizin ssenarisini yazanların biri idi”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında MTN tərəfindən şərlənən 14 ilə yaxın məhbəs həyatı yaşayan Səid Dadaşbəyli bildirib.

Səid Dadaşbəylinin iddiasına görə, Mövlam Şıxəliyevin onunla birlikdə həbs edilən və sonra MTN-də işgəncələrədən vəfat edən Emin Məmmədovun qətlində birbaşa əli var: 

“Emini işgəncə ilə öldürdülər. Ona işgəncələrin verilməsinə Mövlam rəhbərlik edib. Eminə verilən işgəncələri videoya çəkib, Mövlan mənə nümayiş etdirirdi. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlardan biri də bu olmalıdır. O, vəzifə səlahiyyətini aşıb, işgəncə verib, nəticədə adam ölüb. Təəssüflər olsun ki, bu cinayətlərdə Baş Prokurorluğun o zamankı rəhbərliyi də məsuliyyət daşıyır. Bu gün Rüstəm Usubov azadlıqda olmamalıdır. Bilirsiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi mənim qanunsuz həbsimlə bağlı şikayətimi təmin edib. Bu fakt kifayyət edir ki, bizim həbsimizin qanunsuz olması araşdırılsın və bu adamlara ittihamlar verilsin”.

İstintaq dövründə Mövlam Şıxəliyevin şəxsi göstərişi ilə ağır işgəncələrə məruz qalan Səid Dadaşbəyli bildirir ki, MTN-də ona yaşadılanların izi bədəninin müxtəlif yerlərində qalıb: “Mənə mənşəyi bilinməyən iynələr vurdururdu. Ozü də ironiya ilə “onun iynəsini vurun” deyirdi. Bizim istintaqımızı aparan müstəntiqləri də sonradan mükafatlandırdılar. Bunlardan biri Eldar İsmayılov və Novruz Kərimov idi. Pərviz Həşimlinin işini Novruza verəndə həbsdə idim. Əmin oldum ki, onu da qurama ittihamla tutublar. Hesab edirəm ki, “MTN işi” obyektiv araşdırılsa bu adamların hər biri həbs olunmalıdır”.

Qeyd edək ki, Mövlan Şıxəliyev bu günlərdə həbs edilib.

Bununla bağlı Baş Prokurorluğun rəsmi açıqlamasında deyilir:

Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

 

İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar