"Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"

10 aprel, 2021 19:02

Ukrayna sərhədinin hər iki tərəfində və qondama “respublikalarda” deyil, dünyanın hər yerində ciddi şəkildə müzakirə edilir.

Əgər əvvəllər narahatlığa Kiyevin Donbass ətrafına çox sayda hərbi texnika və şəxsi heyət cəlb etməsi barədə xəbərlər səbəb olmuşdusa, son günlər Moskvanın da sərhəddə qoşun toplaması gerginliyi bir qədər də artırıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak ölkə parlamentində bəyan edib ki, Rusiya ən azı 25 batalyon-taktiki qrupu ölkə sərhədi yaxınlığında toplayıb. Bu isə Donbasda müharibənin reallığa yaxınlaşması deməkdir.Yalnız indi bir sual açıq qalır: tətiyi ilk kim çəkməyə cəsarət edəcək?

Donbasdakı hadisələrin inkişafı barədə sobesednik.ru-ya danışan politoloq və publisist Leonid Radzixovski maraqlı açıqlamalar verib. 

Politoloq düşünür ki, mümkün müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq: “Qərb bunun nəticələrinin ağır olacağını açıq şəkildə söyləyir. Bu dəfə 20 Kremlin məmuru və onlarla əlaqəli 10 nəfər üçün sanksiyalarla məhdudlaşmayacaq. Bu müharibə hər şeydən əvvəl “Şimal azxını-2” qaz kəmərinin sonu olacaq. Rus qoşunlarının Ukraynaya girəcəyi təqdirdə, Rusiya neftinin alınmasına embarqo da qoyula bilər. Avropa Birliyi hətta bir müddət də olsa, Rusiya nefti və qazını almağa son qoyarsa, bu, heç vaxt yaşanmayan sosial-iqtisadi fəlakət olacaqdır”.

Politoloq deyib ki, Kremldə də bu barədə ciddi düşünürlər: “Rusiyanın Ukraynaya niyə hücum etməli olduğunu anlamıram. Hipotetik olaraq bu hücum baş verərsə, Kremlin deməyə sözü var: “Ukrayna Donbassa hücum etdi, biz kənara dura bilmərik və Donbass sakinlərini qorumalıyıq...” Bu müharibənin Rusiyada vətənpərvərlik hisslərinin artması, “Vahid Rusiya”Partiyası üçün Dövlət Dumasına seçkilərdə müsbət təsiri olacağı haqda danışırlar. Bu acı bir zarafatdır. Dövlət Dumasına seçkilərə görə toplardan atəş etmək və bunun əvəzində sanksiyalar almaq... Üstəlik, bu asan bir müharibə olmayacaq. Aydındır ki, Rusiya və Ukrayna ordularının ümumi potensialı müqayisəedilməzdir. Ancaq biz Ukraynanın bütün silahlı qüvvələrini göndərə biləcəyi müəyyən bir ərazidə hərbi əməliyyatlardan danışırıq. Belə dar bir ərazidə Rusiyanın asan bir qələbə qazana biləcəyi çətin ola bilər. Ukrayna ordusu artıq 2014-cü ildəki kimi deyil, bu faktla da hesablaşmaq lazımdıır".

Politoloq deyib ki, 2014-cü ildə Putinin reytinqi artdı və Krımdan sonra başı gicəlləndi və Ukraynanın şərqinə də əl atdı. Şərqi Ukraynanın rus xilaskarları gözlədiyi barədə mif vardı. Ancaq bu gün düşünürəm ki, Kremldə heç kimdə bu mif yoxdur”.

Onun bildirdiyinə görə, Rusiya “rusdilli əhalini müdafə edirik” bəhanəsi ilə münaqişəyə qoşulması üçün Ukraynanın ən azından Donbasa bombalaması, tanklarla irəliləməsi lazımdır”.

Radzixovski bildirib ki, Ukrayna “Şimal axını”nı işə salınmasında maraqlı deyil: “Rusiya üçün bu iddialı layihə qaz tədarük həcmini bir qədər artıracaq və Ukrayna böyük ölçüdə tranzitdə məhrum olacaq. Ancaq Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var. Elektron müharibə, düşmən qərargahının məhvi, bombalama...Bütün bunlara başlamaq asandır, amma bir fit ilə dayandırmaq çox çətindi. Bundan əlavə, Zelenski seçkiqabağı vədlərində Donbasda müharibə olmayacağını vəd etmişdi. Donbasda döyüş əməliyyatları baş verərsə, müharibə edən tərəflərin sərhədlərinin dəyişdirilməsi ehtimalı azdır. Amma çox sayda qurban olacaq. Qurbanların sayını Rusiyada gizlətmək olacaq, amma bu, Ukraynada mümkünsüzdür. İtkilərə və vədinə əməl etmədiynə görə, müxalifət Zelenskini asar...”

Yeri gəlmişkən, gərginlik yaranandan bəri müharibənin hansı tarixdə başlaya biləcəyi ilə bağlı xeylıi iddialar var.

Məsələn, məşhur rus iqtisadçısı və publisist Mixail Delyaqinə görə, genişmiqyaslı hərbi əməliyyatların 22 apreldən tez başlamasını gözləməyə dəyməz. Çünki dünya liderlərinin iştirakı ilə iqlim zirvəsinə hazırlıq gedir. “Ancaq mənə elə gəlir ki, bu baxımdan ən təhlükəli gün 9 maydır ”deyə, Delyaqin “Teleqram” kanalında yazıb.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar