Növbə "baronlar"a çatır - Eldar Mahmudov və digərləri üçün sayılı günlər qaldı

07 aprel, 2021 10:11

Eldar Mahmudovun rəhbərliyi altında işləmiş daha iki generalın - MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsi sabiq MTN nazirinin nədən hələ də azadlıqda qalmasına dair məntiqi sualı yenidən gündəmə gətirir. Artıq sözügüdən iki general da daxil olmaqla, indiyə qədər Mahmudovun yaxın ətrafından həbs olunan generalların sayı 6-ya çatıb. 

Buraya sonradan azadlığa buraxılan MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, eləcə də MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da daxildir. Daha bir xanım general isə şərti cəza alıb.

Ümumilikdə həbs olunan yüksək rütbəli MTN əməkdaşlarının sayı 30-a yaxındır. Eləcə də Mahmudova yaxın onlarla şəxs işdən qovulub. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var...

Ən əsası odur ki, yuxarıda adları çəkilən və çəkilməyən MTN-çilər ağır cinayətlərdə ittiham olunublar, ortada danılmaz sübutlar, faktlar, çoxlu sayda zərərçəkənlər var. Azərbaycanda bütün bu cinayətlərin nazir Eldar Mahmudovun rəhbərliyi və tapşırığı ilə icra olunduğuna şübhə edəcək qədər sadəlövh adam çətin ki, tapıla. Elə Mahmudovun özü də istintaqa cəlb olunub, ifadə verib. Ancaq bu adam hələ də həbs olunmayıb.

Baxmayaraq ki, MTN rəhbərliyində demək olar həbs olunmayan, ağır cinayətləri üzə çıxmayan kimsə qalmadı. Belədə sual yaranır ki, görəsən daha kim, yaxud kimlər həbs olunmalıdır ki, növbə nəhayət Eldar Mahmudova da çatsın?

Əslində, “nazir yaxşıdır, ətrafındakılar pis” tendensiyası təkcə MTN-ə yox, digər nazirlik və icra strukturlarına da aiddir. Ən yaxın keçmişişimizdə çoxlu sayda buna oxşar nümunə tapmaq olar.

Məsələn, Ramiz Mehdiyevin birbaşa kurasiyasında olan bir neçə icra başçısı həbs olundu, onların uzun illər Prezident Aparatının rəhbərinə “işlədikləri” heç kimə sirr deyildi. Ancaq R.Mehdiyev azadlıqda və Azərbaycan elminin başındadır.

Yaxud, “Rabitə işi”ndə Əli Abbasovun rəhbərlik etdiyi nazirliyin üst idarəetməsində az qala həbs olunmayan məmur qalmadı. Ancaq Əli Abbasov azadlıqda və öz kefindədir.

Ya da olsun XİN-dəki məlum korrupsiya cinayətlərinin üzə çıxması. Rəhbər vəzifəli şəxslər həbs olundu, ancaq təkcə ABŞ-da milyonlarla dollar qiymətində mənzilləri olduğu üzə çıxan Elmar Məmmədyarova kimsə “gözün üstə qaşın var” demədi.

Eynilə də Mədəniyyət Nazirliyindəki məlum korrupsiya cinayətləri, həbslər və sair – Əbülfəz Qarayev azadlıqda və yığdıqlarını xərcləməkdədir.

Hələ son olaraq, Hacıbala Abutalıbovun “sağ əli” sayılan BŞİH-in Aparat rəhbərinin həbsini, sabiq merinsə özünü mələk sifətində təqdim etməsini və “diqqətdən kənarda” qalmasını demirik. Bu siyahıya Ziya Məmmədovu, Fazil Məmmədovu və digərlərini də əlavə edərək, onu xeyli uzatmaq olar.

Mahmudov kimi, elə bu şəxslərlə bağlı da soruşmaq olar ki, onların tabeliyində və ətrafında olanlardan daha kimlər həbs olunmalıdır ki, növbə bunların özünə də çatsın?

Belə çıxır ki, bu adamların hamısı rəhbərlik etdikləri qurumlarda baş verən cinayətlərdən, oğurluqlardan, korrupsiyadan xəbərsiz və bir növ “süddən çıxmış ağ qaşıq” olublar? Əslində, onların Azərbaycanda və xaricdə malik olduqları varidatdan, cah-cəlaldan, bizneslərdən və s. xəbəri olmayan kimsə yoxdur...

Ancaq maraqlıdır ki, sadalanan və siyahı uzun olduğundan sadalamadığımız iri ranqlı məmurlardan fərqli olaraq, yalnız Səlim Müslümov həbsə atılıb. Görəsən qeyd etdiyimiz məmurların nəyi Səlim Müslümovdan artıq, yaxud əskikdir? Müslümov da daxil olmaqla, bu adamların hamısı eyni bezin qırağı deyillərmi? Axı bu adamlar eyni cinayətləri törədiblər, eyni oğurluqla məşğul olublar – biri beş manat az, biri beş manat çox...

azpolitika.info

Şübhəsiz, ədalət mühakiməsi o zaman əsl mənada ədalətli olur ki, hamıya eyni dərəcədə tətbiq olunur. İndiki halda isə, yəni mahmudovlar, abbasovlar, abutalıbovlar, mehdiyevlər və digərləri azadlıqda öz lyuks həyatlarını davam etdirirlərsə, artıq “haqq-ədalətin bərpası”, “ədalət mühakiməsi” və s. kimi ifadələr öz mənasını itirir və sınıq-salxaq, yarımçıq anlayış təsiri bağışlayır... /Azpolitika

12 aprel

18:02 - "Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi