Suriyanın şimalında vəziyyət pisləşir, Rusiya "İsgəndər" zərbələri endirir - FOTOLAR

23 mart, 2021 15:45

Suriyanın şimalında, Türkiyə ilə Rusiya arasında razılaşdırılmış deeskalasiya zonasında vəziyyət pisləşir, son günlər Rusiya bu bölgədə Əsəd rejiminə müxalif qüvvələrin bazalarına tez-tez raket və bomba zərbələri endirir. Nəticədə mülki insanlar da həlak olur, vurulan obyektlər arasında mülki xəstəxana da var.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Vaşinqton Suriya münaqişəsinin bütün tərəflərini atəşin dayandırılmasına çağırıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays martın 22-də deyib ki, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin artilleriya atəşlərini və Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyir.

Suriyanın şimalında, Türkiyə ilə Rusiya arasında razılaşdırılmış deeskalasiya zonasında vəziyyət pisləşir, son günlər Rusiya bu bölgədə Əsəd rejiminə müxalif qüvvələrin bazalarına tez-tez raket və bomba zərbələri endirir. Nəticədə mülki insanlar da həlak olur, vurulan obyektlər arasında mülki xəstəxana da var.

Virtualaz.org xəbər verir ki, yaranmış vəziyyətlə bağlı Vaşinqton Suriya münaqişəsinin bütün tərəflərini atəşin dayandırılmasına çağırıb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays martın 22-də deyib ki, Birləşmiş Ştatlar Suriyada Əsəd rejiminin artilleriya atəşlərini və Rusiyanın hava zərbələrini qətiyyətlə pisləyir.

Dövlət Departamentinin nümayəndəsi xəbərdarlıq edib ki, mülki şəxslər, tibb heyəti və tibb müəssisələri heş vaxt hərbi əməliyyatların obyekti olmamalıdır. Bundan əvvəl “Reuters” agentliyi xəbər vermişdi ki, Rusiya təyyarələri martın 21-də Surya-Türkiyə sərhədinə yaxın qaz qurğusuna, sement zavoduna və bir neçə şəhər və kəndə zərbələr endirib. Eyni vaxtda Suriya ordusunun artilleriya atəşləri nəticəsində bu ərazidəki xəstəxanada 7 xəstə həlak olub və 14-dək tibb işçisi yaralanıb.

Bəzi mənbələr bildirirlər ki, Qah şəhəri Rusiyanın istehsalı olan “yer-yer” raketləri ilə atəşə tutulub, Rusiya isə Türkiyə sərhədində qaçqınların sıx yerləşdiyi düşərgəyə yaxın əraziləri bombardman edib.Qaz qurğusu Sarmada şəhəri yaxınlığında hədəflənib və Bab əl-Həva sərhəd keçidində qaçqınlara yardım daşıyan yük maşınları od tutub.

Qərb kəşfiyyatı mənbələri bunu da bildirirlər ki, martın əvvəllərində onlarca neftayırma qurğusunda yanğına səbəb olmuş ballistik raket zərbələrinin də arxasında Rusiya olub. Əl-Bab və Carablus şəhərlərinin yaxınlığında olan bu ərazilər Türkiyənin nəzarətindədir. Türkiyə tərəfindən dəstəklənən üsyançı alyansı - Suriya Milli Ordusu bildirib ki, Rusiya qiyamçıların nəzarətində olan sonuncu ərazidə xaos yaratmağa cəhdlər göstərir.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya atəşin dayandırılmasına dair tələbnamə göndərilib və Türkiyə ordu birləşmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Moskva bu xəbərlərə hələki heç bir reaksiya verməyib. “Reuters” yazır ki, Suriya ordusu və üsyançılar arasında döyüşlər ötən il Rusiya və Türkiyə arasında əldə edilmiş razılaşmadan sonra səngiyib, lakin sakitliyi yenə də Rusiyanın hava zərbələri pozur.

Rusiya mənbələri də  ölkənin Hava-Kosmik Qüvvələrinin Suriyaya bir neçə gün əvvəl göndərilmiş 4 Su-34 qırıcı-bombardmançısının yaraqlıların mövqelərinə raket-bomba zərbələrini təsdiqləyir. Avia.pro saytı Hmeymim aviabazasından İdlibə “İsgəndər” raketi ilə zərbə endirildiyini bildirir. Sayt yerli sakinlər tərəfindən çəkilmiş fotonu-raketin kvaziballistik trayektoriya ilə uçduğunu təsdiqləyən tüstü izi görüntülərni də təqdim edir.

Müdafiə Nazirliyinə yaxın olan “Russkaya vesna” saytı isə Rusiyanın Hava-Kosmik Qüvvələrinin İdlibdə yaraqlıların hərbi texnikasını və yüz milyonlarla dollarlıq qaçaq malını məhv etdiyini bildirir. Belə ki, Rusiya təyyarələri “içərisi silahla və hərbi texnika ilə dolu” TIR-ların dayanacağına zərbə endirib, nəticədə onlarla maşın məhv olub. Yaraqlılar isə həmin maşınların humanitar yardım daşıdığını bildirir.

Habelə “Watad Petroleum” şirkətinin neft infrastrukturuna da zərbə endirilib. Bu şirkəti “Hayat Təhrir əş-Şam” qruplaşmasının səhra komandirləri və şəxsən başçısı Məhəmməd Culani yaradıb. Rusiya tərəfi iddia edir ki, şirkət Suriyadan neft qaçaqmalçılığı həyata keçirir.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar