"Azərbaycanla Ermənistan arasındakı danışıqlar artıq bitib": "Türkiyə və Azərbaycan hərbi müttəfiqdir" - XİN-in keçmiş rəhbəri - MÜSAHİBƏ

13 avqust, 2020 16:40

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Azsiyasət.com saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Son günlərdə Türkiyə və Azərbaycan arasındakı ciddi hərbi-siyasi əlaqələrin daha da inkişaf etdirilməsi müharibəyə hazırlıq hesab oluna bilərmi? Türk qoşunlarının Azərbyacana gəlməsi, qarşılıqlı səfərlər və s. bütün bunlar müharibə anonsudur, yoxsa Azərbaycan-Türkiyə qardaşlığnı nümayiş etdirmək üçün ənənəvi mesajdır?

- Mən hesab edirəm ki, sadaladığınız məsələlərin hamısı movcuddur. Çünki Rusiya ilə olan təmaslar, Türkiyə ilə Azərbaycan arasında sürətlə inkişaf edən əlaqələr və münaqişənin həlli ilə bağlı vasitəçilərin fəaliyyətinin olmaması onu göstərir ki, artıq siyasi məsələlər gündəmdə deyil. Güc də tətbiq oluna bilər. Həmçinin, bütün bu məsələlər, Azərbaycan və Türkiyə arasındakı son münasibətlər həm də Ermənstana təzyiq vasitəsi kimi ciddi addımlardır.


- Türkiyə və Azərbaycan arasında hərbi ittifaqın yaradılması mümkündürmü?

- Təbii ki... Əslində belə bir ittihaf artıq movcuddur. Bunu təsdiq edən təkcə iki ölkə arasındakı hərbi, iqtisadi-siyasi əlaqələr deyil. Naxçıvanla bağlı Türkiyənin beynəlxalq sazişlərlə təsdiq olunmuş qarantiyaları var. Artıq bunu qəbul etməliyik ki, Türkiyə ilə Azərbaycan hərbi müttəfiqdir.


- Prezident seçkilərindən sonra Belarusiyada baş verən hadisələrə, hökumətə müxaifət qüvvələri arasındakı iğtişaşlar kənardan necə görünür?


- Burda bir vacib məqam var. Əsas məsələ ondan ibarətdir ki, hər hansı idarəetmə forması ölkənin iqtisadi-siyasi inkişafına, müstəqlliyin güclənməsinə xidmət edirsə, mən bunu proqressiv üslub hesab edirəm. Qəribə bir vəziyyət yaranıb. Lukaşenkoya qarşı həm liberal qüvvələr birləşiblər, həm də Moskva Belarusiyada baş verənlərə müxtəif yollarla öz narazılığını bildirir. Müxaifətin də bir hissəsi Moskvada özünə sığınacaq tapıb. Bu qəribə haldır. Çoxlu suallar ortaya çıxır. Belarusiyada baş verənlər bu dövlətin indiki idarəetmə formasından daha çox, bu dövlətin gələcəyi ilə bağlı məsələləri gündəmə gətirir. İnsanlar bunu anlamalıdırlar. Ukraynada baş verən hadisələri xatırlamaq lazımdır. İndiki məqamda mən hesab edirəm ki, bizim vətəndaşlar da qardaş belarus xalqına uğurlar və inkişaf arzulamalıdır.


- Tovuzda baş verən erməni təxribatlarından, baş verən son hadisələrdən sonra Ermənistanla danışıqları necə aparılacaq? Danışıqların bundan sonra perspektivi varmı?

- Danışıqlarda hansısa məntiq olmalıdır. Ermənistan rəhbərliyi o qədər radikal bəyanatlar verib ki, onun daxilində Azərbaycanla bağlı maraq kəsb edən hər hansı məsələ qalmayıb. Həmsədrlər də bunu başa düşürlər. Azərbaycanın mövqeyi isə bəllidir. Azərbaycan Prezidenti də bir tələb irəli sürüb: Ermənistan tərəfindən işğal olunan boşaldılmalıdır. Vəssalam, məncə danışıqlar artıq baş verib. 


- Livanın paytaxtı Beyrutda baş verən partlayışı müsəlman dövlətlərinə qarşı bir ssenarinin tərkib hissəsi adlandırmaq olarmı? Çünki 17 ildir sırf müsəlman dövlətlərində ardıcıl və sistemli faciələr, müharibələr baş verir.

 
- Livan mürəkkəb bir ölkədir, orada siyasi sistem də, əhalinin tərkibi də dini və etnik baxımdan çox mürəkəbbdir. Ümumiyyətlə, Livanda siyasi stabillik uzunömürlü olmur. Bundan qabaq orada vətəndaş müharibəsi baş vermişdi. İndi Livanda baş verənlər sanki bu ölkədə bu günə qədər baş verənlərin davamıdır. Livandakı hadisələrin nəyə gətirib çıxaracağını demək çətindir. Amma mən bir məsələni qeyd edim ki, bizə Livanı ermənipərəst ölkə kimi qələmə verirlər. Amma ermənilər orada etnik baxımdan elə də böyük faiz təşkil etmirlər. Livanda Azərbaycanın dostları, tərəfdarları çoxdur. Bu ölkə ilə gələcəkdə də əlaqələri inkişaf etdirmək lazımdır ki, oradakı ermənilər ölkənin imkanlarından bizə qarşı istifadə edə bilməsinlər.  

Samir FEYRUZOV 

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı