Döyüşmək üçün Türkiyədən Qarabağa gəldi - Erməni nəşrindən skandal etiraf

15 mart, 2021 11:26

Ovanes Mkrtçyan adlı Türkiyə vətəndaşı Qarabağdakı 44 günlük müharibədə Ermənistan ordusunun sıralarında döyüşüb.

Azsiyasət.com teleqraf.com-a istinadən verir ki, bu barədə Mkrtçyan “Sputnik Ermənistan”a danışıb. O, Türkiyədəki həmşinli ermənilərindən olduğunu bildirib. Mənbə Mkrtçyanı “Qərbi Ermənistandan olan könüllü” kimi təqdim edib.

Məlumatda qeyd olunub ki, Ovanes Mkrtçyan ötən il film çəkmək üçün Ermənistana gəlsə də, planları əvvəlcə koronavirus, sonra da Qarabağdakı 44 günlük müharibə səbəbindən pozulub. O, bundan sonra “könüllü” şəkildə erməni ordusunun sıraların qatılmaq qərarı verib.

İddiasına görə, müharibə vaxtı Qarabağa getmək istəsə də, Ermənistan vətəndaşlığı olmadığı üçün rədd edilib:

“Bir dostuma dedim ki, cəbhəyə getmək üçün gözləməyimiz lazım deyil, özümüz getməliyik. Ertəsi gün gediş təşkil etməyi bacardıq. Forma alıb saat 7-də getdik. Dəstədə müxtəlif ölkələrdən kömək üçün gəlmiş könüllülər vardı”.

Qeyd edək ki, müharibə vaxtı Ermənistan ordusunun sıralarında xarici ölkə vətəndaşlarının “könüllü” qismində Azərbaycana qarşı döyüşdüyü məlumdur. Bura Livan, İran, Fransa, ABŞ və digər ölkələrin erməni əsilli vətəndaşları daxildir. Artıq Fransada bununla bağlı cinayət işi açılıb.

Əlavə edək ki, ermənilər Türkiyənin Şərqi Anadolu bölgəsini “Qərbi Ermənistan” adlandırırlar və özlərinin “tarixi vətəni” hesab edirlər. Həmşin (Akçakoca) isə Türkiyənin Qara dəniz bölgəsində yerləşən bir mahaldır.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar