Bu gün Rusiyaya sanksiyalar elan olunacaq - Aktivlər dondurulacaq, viza qadağaları qoyulacaq

22 fevral, 2021 13:48

Fevralın 22-də Avropa Birliyinin müxalifətçi Aleksey Navalnının həbsinə, onun müttəfiqlərinə divan tutulmasına görə Rusiyaya yeni sanksiyaları təsdiqləməlidir. AB-nin 27 üzvünün aparıcı diplomatları Brüsseldə bir araya gələrək Rusiya rəsmilərinə, qurumlarına qarşı tədbirləri işə salacaq. Onların aktivləri dondurula, viza qadağaları qoyula bilər.

Navalnı ötən ay Almaniyadan Moskvaya qayıdarkən saxlanandan sonra AB-də daxili müzakirə keçirilmişdi. Müxalifətçi ötən avqustda Rusiyada zəhərlənmədən Berlində müalicə alırdı. 

Özü və tərəfdarları zəhərlənməyə görə Rusiya Prezidenti Vladimir Putini ittiham edir. Oktyabrda AB Navalnının Noviçok sinir qazıyla zəhərlənməsinəgörə Rusiyanın altı rəsmisinə sanksiyalara açıqladı.

Həftəsonu isə Moskvada məhkəmə Navalnıya fevralın əvvəlində kəsilmiş 2 il yarım həbs cəzasını qüvvədə saxladı. O, daha öncəki mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilinib. Kremlin tənqidçisi başqa bir iş üzrə isə cərimələnib, 2-ci Dünya müharibəsi veteranını təhqir etdiyi iddia olunub. Hər iki məhkəmə işi siyasi motivli hesab olunur.

Təxminən iki həftə öncə AB-nin xarici siyasət rəhbəri Jozep Borrel Moskvaya səfəri zamanı elə də xoş hisslər yaşamayıb, daha sonra Avropanın üç diplomatı Moskvadan qovulub.

Borrel fevralın 21-də qeyd edib ki, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsini qərarını yerinə yetirmir, Navalnını azad etmir.
Polşa və Baltik ölkələri daxil olmaqla AB üzvləri Rusiyaya qarşı sərt mövqe tutmağa, əlavə iqtisadi sanksiyaların tətbiqinə çağırırlar. Brüssel görüşü ərəfəsində Navalnının müttəfiqlərindən ikisi Belçikanın paytaxtında AB-nin səkkiz xarici işlər naziri, AB səfirləri ilə görüşüblər.

Onlardan biri, Leonid Volkov “AFP”yə deyib ki, onlar “Putinin yaxın müttəfiqlərinə, böyük insan haqları pozuntularında günahkar olanlara hədəfli şəxsi sanksiyalar barədə danışıblar”.

Görüşü Litvanın Xarici işlər naziri Qabrielius Landsberqis təşkil edib. Fransa və Almaniya daxil AB üzvlərinin başqa bir qrupu isə daha hədəfli yanaşmaya çağırır, iqtisadi sanksiyaları istisna edir. 

Sanksiyaların qoyulmasından ötrü blok üzvləri arasında yekdil fikir lazımdır. Brüssel görüşü öncəsi Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberq deyib ki, AB-dən Navalnı işi üzrə Rusiyaya yeni sanksiyaların qəbulunu gözləyir. Rusiyaya yeni sanksiyalarla bağlı qərar verilərsə, xarici işlər nazirləri AB-nin diplomatik xidmətinə göstəriş verəcəklər ki, Navalnının təqsirli bilinməsi, ona qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyan fərdlərə qarşı sanksiyalar siyahısı hazırlansın.

Azadliq.org

28 fevral

11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI 14:32 - Prezident İlham Əliyevdən sensasiyalı açıqlama - VİDEO 13:07 - Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ12:03 - Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTOLAR 11:59 - Bakı metrosu nə vaxt açılır? - Sərnişinləri hər an qarşılamağa hazırıq10:46 - Rusiyanın işğal planı - Turçinov şok faktlar açıqladı10:39 - Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - SƏBƏB10:36 - "Krımı təcili surətdə qaytarın!" - ABŞ dövlət katibi Rusiyadan tələb edib10:33 - ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...10:30 - Narın hansı faydaları var? 10:27 - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dəyişiklik - FOTO09:13 - Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ08:29 - "ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq" - Co Bayden08:20 - "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski08:18 - "Şuşanın alınması ayrıca dastandır" - Prezident XTQ-dən danışdı

26 fevral

19:38 - Rusiya hərbçiləri Qarabağı tərk edəcək 13:38 - İranlı jurnalistin təxribatçı sualına Prezident sərt cavab verdi 12:34 - "Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - İlham Əliyev12:18 - Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO 12:07 - "Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?" - İlham Əliyevdən sərt tənqid