Ermənistanın "xəritə" oyunu: Qarabağa qayıdışımızı ləngitməyə çalışırlar

22 fevral, 2021 00:43

Müharibə bitdikdən sonra azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir.

Azsiyasət.com xəbər verir ki, Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbətdəki bu Ermənistan tərəfinin növbəti yalanıdır.

Məqsəd isə bəllidir: 1) Mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq. 2) Bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq.

Hərbi ekspert Şair Ramaldanov bildirib ki, minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb, Ermənistanın bu xəritələri verməməsi isə minatəmizləmə prosesini uzada bilər:

“Ərazi balaca deyil. Mina sahələri həddindən artıq çoxdur. Çətinlik törədən də odur ki, qarşı tərəf mina sahələrini döşəyəndə onların xəritələri olub. Həmin xəritələr bizdə olsa, bu proses daha da sürətlənərdi. İndi isə Azərbaycan dövləti əlində olan imkanlardan istifadə edərək mina sahələrini təmizləyir. Bununla əlaqədar təhlükəsizlik tədbirləri də görülür. Türkiyədən də bununla bağlı Azərbaycana heyət gəlib və onlar da mina təmizləmə prosesinə qoşulub. Dövlət tərəfindən beynəlxalq qurumlara müraciətlər olunub. Dövlət bütün tədbirləri görüb".

Minatəmizləmə Agentliyindən bildirilir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır. Xarici ekspertlər də bildirir ki, minalanmış ərazilərin xəritəsini Ermənistan Azərbaycana verməlidir, əks halda bu hərbi cinayət hesab olunur.

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var:

“Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.

Trend.az

28 fevral

11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI 14:32 - Prezident İlham Əliyevdən sensasiyalı açıqlama - VİDEO 13:07 - Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ12:03 - Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTOLAR 11:59 - Bakı metrosu nə vaxt açılır? - Sərnişinləri hər an qarşılamağa hazırıq10:46 - Rusiyanın işğal planı - Turçinov şok faktlar açıqladı10:39 - Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - SƏBƏB10:36 - "Krımı təcili surətdə qaytarın!" - ABŞ dövlət katibi Rusiyadan tələb edib10:33 - ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...10:30 - Narın hansı faydaları var? 10:27 - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dəyişiklik - FOTO09:13 - Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ08:29 - "ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq" - Co Bayden08:20 - "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski08:18 - "Şuşanın alınması ayrıca dastandır" - Prezident XTQ-dən danışdı

26 fevral

19:38 - Rusiya hərbçiləri Qarabağı tərk edəcək 13:38 - İranlı jurnalistin təxribatçı sualına Prezident sərt cavab verdi 12:34 - "Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - İlham Əliyev12:18 - Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO 12:07 - "Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?" - İlham Əliyevdən sərt tənqid