ABŞ Dövlət katibi: "Ankaranı Rusiyadan uzaq tutmalıyıq..."

27 yanvar, 2021 17:28

“Anlaşılmazlıqları çözmək üçün dialoqa girəcəyik”

ABŞ-ın yeni dövlət katibi Entoni Blinken təyinatından əvvəl Türkiyə ilə bağlı daha çox tənqidi mövqeyilə tanınsa da, senatorların suallarına verdiyi yazılı cavablarda onun Türkiyə ilə əməkdaşlığın qaçılmaz və zəruri olduğunu bildirməsi məlum olub.

Bu mövzuya toxunan Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Ali Çınar, Blinkenin senatorların suallarına verdiyi cavabları əldə etdiyini bildirərək, onların 4 əsas hissədən ibarət olduğunu yazıb.

Məlum olub ki, Blinken ABŞ-ın yeni administrasiyasının əsas məqsədlərindən birinin Türkiyənin Rusiya ilə yaxınlaşmasının qarşısını almaq və onun NATO üzrə aparıcı rollarda qalmasına şərait yaratmaq olduğunu bildirib: “Blinkenin 4 kritik nöqtə üzərində durduğu və Konqresdə senatorlara yazılı olaraq təqdim etdiyi Türkiyə dəyərləndirməsi:

- Türkiyə çətin müttəfiqdir. Prezident seçilən Bayden beynəlxalq hüququ və ya bir NATO müttəfiqi olaraq, öhdəliklərini pozan Türkiyənin davranışlarının gündəmə gətiriləcəyinə söz verdi. Administrasiyamız insan haqları və hüququn üstünlüyünə önəm verir.

- Terrorla mübarizə, Suriyadakı münaqişəni sona çatdırma və regional sabitliyi təmin etmə məsələlərində ortaq maraqlarımız var. Türkiyə ilə ortaq prioritetlər mövzusunda işbirliyi arayacaq və anlaşılmazlıqları çözmək üçün dialoqa girəcəyik.

- Ümumiyyətlə, Türkiyəni Rusiya və digər düşmənlərə yaxınlaşdıracaq addımlar atmaqdansa, onu Qərbə meylli mövqedə tutmaq önəmlidir.

- Regional məsələlərdəki fərqliliklərilə Türkiyəni Transatlantik İttifaqa geniş ölçüdə yaxın tutmağa çalışacağıq.”

05 mart

20:04 - "Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil" - Elmar Vəliyevə nə olub? 16:31 - Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olundu15:37 - "Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil" - Prezident14:18 - Mübariz Mənsimov AZADLIQDA! 14:00 - Erməni polkovnik müharibə haqda sensasion məlumatlar açıqladı: "Bizi arxayın etmişdilər ki..." 13:08 - Əli Əhmədov YAP-da sədr müavini olaraq qaldı13:04 - YAP-ın qurultayı başa çatdı - İdarə Heyətinə 40 nəfər seçildi, Siyasi Şura ləğv edildi 12:58 - Arif Rəhimzadəyə YAP-da yeni vəzifə verildi11:47 - Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi hiss edir - FOTOFAKT10:39 - YAP sədri videokonfrans vasitəsilə qurultaya qoşuldu09:26 - YAP-ın qurultayı başlayır00:06 - "Bu halda rus ordusu oradan çıxmalıdır və biz..." - Araz Əlizadə00:04 - Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?

04 mart

22:57 - "Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib" - Prezident17:20 - Türklər Naxçıvan gömrüyündən şikayət edir: "Belə qardaşlıq olarmı?" - VİDEO 17:16 - Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: "Bir iki gün dözəcəklər, sonra Rusiya köməyə gələcək" 17:10 - İmran Xan Azərbaycanı torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib17:03 - Milli Qurtuluş Partiyası YAP-a qoşuldu15:06 - Tenderləri "udmaq" üsulu - Ötən il 1.2 milyardlıq tender kağız üzərində keçirilib14:39 - Gömrükdə "ilişib" qalan bağlamalar: Komitə deyir "bizlik deyil…"14:24 - YAP-ın qurultayı: Kimlər gedəcək, kimlər gələcək? - TƏHLİL11:26 - Siyasi partiyaların bərbad saytları11:18 - "YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar..." Sensasion müsahibə01:15 - Azərbaycan vətəndaşları İrana necə gedə bilər? - Səfirlik şərtləri açıqladı01:09 - "Qarabağın Rusiyanın tərkibinə keçməsi fantaziyadır" - Zatulin 00:01 - "Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq" - Rəşid Mahmudov

03 mart

21:29 - "ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı" - "Fox News" 17:34 - Qarabağın bərpası üçün bir milyard manat xərclənib - Deputat15:58 - Paşinyan Onik Qasparyanı həbs etdirməyə hazırlaşır? - Yerevana qoşun yeridildi 15:54 - Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki... - REAL funksioneri