Ermənistan Qarabağdan təkcə kənd təsərrüfatı hesabına ildə 100 milyon dollar talayırmış

26 yanvar, 2021 21:15

Qarabağ torpaqlarının “əldən verilməsi” hesabına Ermənistan ildə təkcə kənd təsərrüfatından 100 milyon dollar itirəcək. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Ermənistan aqrar-kəndli ittifaqı” adlı QHT-nin rəhbəri Qraç Bərbəryan jurnalistlərə deyib.

Onun hesablamalarına görə Qarabağdakı müharibənin nəticəsi olaraq 3 min hektar nar, ərik, şaftalı və digər meyvə bağları, 50 min hektarlıq taxıl sahələri, azı 200 hektar soğan əkini sahəsi (ildə 2 min ton soğan yığılırdı) itirilib.

“Qarabağdan Ermənistana ildə 100 min ton buğda daşınırdı. Belə resursun itirilməsi o deməkdir ki, ölkə taxıla əvvəl olduğundan 20-30 milyon dollar çox xərcləməli olacaq”,- Bərbəryan Ermənistanın Azərbaycanın işğal altında saxladığı ərazilərini 30 ilə yaxındır talan etməsini sanki qanuni fəaliyyət kimi təsəvvür edərək bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan rəsmiləri Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasının nəticəsi olaraq işğal altındakı ərazilərdən ucuz elektrik enerjisi əldə edə bilməyəcəklərini deyiblər. Bildirilirdi ki, təkcə bu il Ermənistan Qarabağdan 300 milyon kVt/saat elektrik enerjisi əldə etməyi nəzərdə tuturdu. Bu isə Azərbaycanın daxili bazar qiymətləri ilə 13.5 milyon dollara yaxın dəyərində elektrik enerjisi deməkdir.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, işğal altındakı ərazilərdə törədilmiş dağıntılara, şəhər və kəndlərin yer üzündən silinməsinə, habelə bu ərazilərin yeraltı və yerüstü sərvətlərinin talanmasına görə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə təzminat iddiası qaldırılacaq. Artıq bu yöndə işlər gedir, hesablamalar aparılır. Şübhə yoxdur ki, Ermənistanın münbit Qarabağ torpaqlarında qanunsuz kənd təsərrüfatı fəaliyyəti hesabına apardığı talançılıq da bu iddiada əksini tapacaq.

05 mart

20:04 - "Deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil" - Elmar Vəliyevə nə olub? 16:31 - Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olundu15:37 - "Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil" - Prezident14:18 - Mübariz Mənsimov AZADLIQDA! 14:00 - Erməni polkovnik müharibə haqda sensasion məlumatlar açıqladı: "Bizi arxayın etmişdilər ki..." 13:08 - Əli Əhmədov YAP-da sədr müavini olaraq qaldı13:04 - YAP-ın qurultayı başa çatdı - İdarə Heyətinə 40 nəfər seçildi, Siyasi Şura ləğv edildi 12:58 - Arif Rəhimzadəyə YAP-da yeni vəzifə verildi11:47 - Vasif Talıbov Bakıda özünü Naxçıvandakı kimi hiss edir - FOTOFAKT10:39 - YAP sədri videokonfrans vasitəsilə qurultaya qoşuldu09:26 - YAP-ın qurultayı başlayır00:06 - "Bu halda rus ordusu oradan çıxmalıdır və biz..." - Araz Əlizadə00:04 - Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?

04 mart

22:57 - "Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib" - Prezident17:20 - Türklər Naxçıvan gömrüyündən şikayət edir: "Belə qardaşlıq olarmı?" - VİDEO 17:16 - Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: "Bir iki gün dözəcəklər, sonra Rusiya köməyə gələcək" 17:10 - İmran Xan Azərbaycanı torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib17:03 - Milli Qurtuluş Partiyası YAP-a qoşuldu15:06 - Tenderləri "udmaq" üsulu - Ötən il 1.2 milyardlıq tender kağız üzərində keçirilib14:39 - Gömrükdə "ilişib" qalan bağlamalar: Komitə deyir "bizlik deyil…"14:24 - YAP-ın qurultayı: Kimlər gedəcək, kimlər gələcək? - TƏHLİL11:26 - Siyasi partiyaların bərbad saytları11:18 - "YAP-dakı korrupsionerlər yeyib yağlanıb, pullanıb, villalanıblar..." Sensasion müsahibə01:15 - Azərbaycan vətəndaşları İrana necə gedə bilər? - Səfirlik şərtləri açıqladı01:09 - "Qarabağın Rusiyanın tərkibinə keçməsi fantaziyadır" - Zatulin 00:01 - "Belə getsə, biz qırılacağıq, ancaq varlılar yaşayacaq" - Rəşid Mahmudov

03 mart

21:29 - "ABŞ Suriya sahillərindəki Rusiya gəmilərini batırmağı planlaşdırırdı" - "Fox News" 17:34 - Qarabağın bərpası üçün bir milyard manat xərclənib - Deputat15:58 - Paşinyan Onik Qasparyanı həbs etdirməyə hazırlaşır? - Yerevana qoşun yeridildi 15:54 - Azərbaycanda model, sistem dəyişikliyi olmalıdır ki... - REAL funksioneri