"Başqa məsələlərə burunlarını soxmasınlar..." - Etibar Məmmədov

23 yanvar, 2021 00:05

1990-cı ildə tərkibində muzdlu ermənilərin də olduğu sovet-rus qoşunları tərəfindən törədilmiş 20 Yanvar qətliamından 31 il ötdü. Və həmin faciədən sonra xalqın dərin nifrətini qazanmış bir ordu tərkib və geyim formalarını, texnikalarını xeyli dəyişməklə bu dəfə sülhməramlı adı altında Azərbaycanın paytaxtına yox, digər ərazilərinə qayıtdı.  Cəmiyyətdə belə suallar da yaranır ki, görəsən, o vaxt guya Sovet dövlətini xilas etmək missiyasıyla Bakıya və digər iri şəhərlərimizə yeridilmiş orduyla bu gün sülhyaratma missiyası adı altında gələn Rusiya ordusu arasında Azərbaycana münasibətdə hansısa fərq varmı?    

Azsiyasət.com xəbər verir ki, mövzuyla bağlı moderator.az-ın suallarına 1990-cı il Yanvar qətliamı ərəfəsində Milli Azadlıq hərəkatı çərçivəsində gedən proseslərin bilavasitə fəal iştirakçısı olan AXC liderlərindən biri kimi Kremlin Bakıya göndərdiyi həm siyasi, həm də hərbi emissarlarıyla ünsiyyətdə olmuş və həmin faciədən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən SSRİ DTK tərəfindən həbs olunaraq 9 ay  “KQB”-nin Lefortovo həbsxanasında saxlanılmış Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı deputat Etibar Məmmədov cavab verib.

“Bilirsiz, Azərbaycana münasibəti  Rusiya ordusu  müəyyənləşdirmir. Ordu siyasi qərarlar qəbul olunandan sonra onları icra edir. Söhbət siyasi mənsubiyyəti olan adamların və ümumi təbliğat nəticəsində Rusiyanın daxilində Azərbaycana qarşı yaranmış münasibətindən gedə bilər... 

Məlumdur ki, Rusiya tarixən ermənilərin  himayəçisi missiyasını öz üzərinə götürüb. Və 200 ildən çoxdur ki, həmin missiyasını davam etdirir. Hələ də o missiyadan əl çəkməyib. Çünki Rusiyanın Qafqazda mövcudluğunun dayağı və onun buradakı nümayəndəliyi Ermənistanla bağlıdır. Bir sözlə, Rusiya Kremldə kimin hakimiyyətdə olmasına rəğmən ermənilərlə tarixi-siyasi müttəfiqdir və həmin müttəfiqlik bu günədək davam edir. Odur ki, Moskvaya heç vaxt inanmaq və etibar etmək olmaz.  Rusiya tarixən də öz verdiyi sözü tutmayan dövlət kimi yaddaşlarda qalıb. Onun imzaladığı heç bir müqaviləyə də, verdiyi sözə də, vədlərə də inanmaq olmaz.  Bu gün isə mövcud geostrateji duruma uyğun yaranmış vəziyyətdə hər şey Azərbaycanın gücündən və maraqların toqquşmasından asılıdır. Və siyasi rəhbərlikdən tələb olunan odur ki, həmin siyasi maraqları elə istiqamətə yönəltsin ki, Rusiya Azərbaycana daha az ziyan vura bilsin. Azərbaycan isə bundan öz milli maraqlarını həyata keçirmək üçün yararlana bilsin...”

“Axı dövlət rəhbərliyinin apardığı daxili və xarici siyasət ordunun ideoloji yönləndirilməsinə də sirayət edir. 1990-cı ildə Bakıya gələn ordu “yerli hakimiyyəti devirməyə çalışan, milli azlıqlara qarşı talanlar törədən  ekstremist ünsürlərə” nifrət ideologiyasıyla köklənmişdi. Bəs bu gün Qarabağa gələn rus ordusu hansı ideologiya ilə köklənib?” sualını isə istiqlalçı deputat belə cavablandırıb. 

“İndi də onları ermənilərin xilası missiyasıyla göndəriblər. Onların qarşısına Qarabağdakı erməniləri xilas etmək vəzifəsi qoyulub. Və gördüyünüz kimi, rus hərbçilər faktiki olaraq sülhməramlı yox, ermənilərin xilasedicisi missiyasını həyata keçirir. Ermənilər üçün infrastruktur yaradır, evlər tikirlər, köçürtmə, məskunlaşdırma ilə məşğuldurlar. Buna qarşı isə hələlik bir  dəfə Prezident tərəfindən edilən etiraz istisna olmaqla Azərbaycan tərəfindən kəskin rəsmi münasibət bildirilməyib. Ancaq fikrimcə, hazırda torpaqlarımızda olan Rusiya kontingenti barədə sərt mövqe nümayiş etdirilməlidir ki, onların missiyası dəqiq müəyyənləşsin. Onların davranışları lazımi çərçivəyə salınsın ki, yalnız sülhyaratma  missiyasına aid  işlər görsünlər və başqa məsələlərə burunlarını soxmasınlar...”  

02 mart

11:34 - 10 noyabr bəyanatını pozmaq Ermənistana baha başa gələcək - MÜHARİBƏ HƏR AN BAŞLAYA BİLƏR09:16 - "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək" - Eldar Namazov09:07 - YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq00:17 - Əfqan Nağıyevin qardaşına yenidən cinayət işi açıldı

01 mart

22:34 - Proses nəzarətdən çıxır: "Ermənistan Rusiyaya birləşdirilə bilər" - MÜSAHİBƏ19:51 - Paşinyan üzr istədi 16:45 - "Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər" - Savaş Eğilmez XƏBƏRDARLIQ ETDİ 16:36 - 55 tülkü dərisindən hazırlanmış kürkünə görə tənqid edildi - FOTO 15:13 - ""İsgəndər"lə bağlı mənə yanlış məlumat veriblər" - PAŞİNYAN13:27 - Məşhur YAP-çıdan sərt sözlər: - "İstəyirlər ki, Azərbaycanda ağıllı adam az olsun" 12:03 - "Terrorçular İran sərhədlərinə yaxınlaşarsa..." - İranda Qarabağ konfransı11:57 - Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur? - FOTO11:10 - Moskvadan baxış: İrəvan küçələrində türk komandoslar...09:56 - Bu vaxta qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI09:46 - Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ucar sakini ölkə rəhbərliyinə müraciət etdi09:42 - Vilayət Eyvazov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi 01:13 - Türkiyə hərbi sənayesinin daha bir möhtəşəm uğuru: Sınaq görüntüləri - VİDEO 01:07 - Erməni general Paşinyanın istefasını TƏLƏB ETDİ 01:03 - Şuşanın azad edildiyi gün çəkilən  FOTO

28 fevral

15:39 - İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb - ŞOK İDDİA11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO