"Atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?" - Arutyunyandan Koçaryanın oğluna sual...

20 yanvar, 2021 12:23

Ermənistanda dünən keçmiş president Robert Köçəryanın işi üzrə növbəti məhkəmə iclası keçirilib və bu iclas azsaylı Köçəryan tərəfdarlarının etiraz aksiyası ilə müşaiyət olunub. Etirazçılar arasında Köçəryanın oğlu Levon da yer alırdı.

Ermənistan Xalq Partiyasının sədr müavini Qriqor Arutyunyan həmin aksiyada da səslənən “əgər hakimiyyətdə Köçəryan, yaxud Sərkisyan olsaydı ölkə Qarabağda müharibəni uduzmazdı” məzmunlu fikirlərə münasibət bildirib. Deyib ki, əslində Ermənistan bu müharibədə uduzmayıb, son 25 ildə uduzub, özü də ildən ilə. Və o sual verir: əgər hakimiyyətdə Robert Köçəryan, Serj Sərkisyan və ya Vazgen Manukyan olsaydı Ermənistan uduzmazdı?

Arutyunyan habelə Robert Köçəryanın oğlu, hakimiyyəti tənqid edən Levon Köçəryana sual verir:

“Ey, oğlan, sənin atan şir ovlamağa gedəndə hansı pullarla gedirdi? Nəyə görə biz bu gün uduzmuşuq? Müdafiə xəttindəki səngərlərdən görünür ki, onlar 30 il qabaq tikilmişdi. Nəyə görə Füzuli-Horadiz xəttində müdafiə xətti yox idi? Nəyə görə Köçəryanın oğlu atasına demir ki, şir ovuna getmək əvəzinə ordu üçün bir-iki PUA alardı?”

Qriqoryan deyir ki, yeri gəlmişkən, Qarabağın cənubunda Azərbaycanın nəzarətinə keçən qızıl yatağı da Robert Köçəryana məxsus olub və artıq istismar edilirdi. (Zəngilandakı Vejnəli qızıl yatağı,-red.) . Partiya sədrinin müavini indiki hakimiyyəti də tənqid edib bildirir ki, Paşinyan ordunun əslində nə vəziyyətdə olduğunu ictimaiyyətə çatdırmalı idi. “Araşdırılmalı idi ki, iri hərbi birləşmələrin komandirləri hansı sərvətə malikdirlər və onlar onu necə əldə ediblər. Deyirlər ki, Mehridəki hərbi birləşmənin keçmiş komandiri Qafanda dəbdəbəli motel tikdiribmiş”,-Q.Arutyunyan bildirir.

Yanvarın 11-də Moskvada imzalanan üçtərəfli bəyanata əsasən regionda nəqliyyat və iqtisadi əlaqlərin bərpa ediləcəyini xatırladan Qriqoryan deyir ki, Ermənistan yüklərinin Azərbaycan ərazisindən daşınması ilə bağlı narahatlığa əsas yoxdur. Çünki yükləri Cənubi Qafqaz Dəmiryolları daşıyacaq ki, onun da sahibi Rusiyadır.

virtualaz.org

09 mart

00:31 - Azərbaycanı bu təşkilatdan niyə qovurdular? - Qubad İbadoğludan ittihamlar00:25 - "Qarabağda yeni müharibə başlaya bilər" - Amerikalı hərbi ekspert00:22 - Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

08 mart

20:47 - Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? - FOTO17:28 - "Azərbaycanda maksimum 6 partiya olmalıdır" - "Mojaritar seçki sistemi ləğv etməliyik"17:26 - Kreml Ermənistanda qərbyönümlü siyasi vektorun formalaşmasına imkan verməyəcək - ŞƏRH16:44 - Məşhur siyasətçi Anna Akopyanı öpdü, qalmaqal yarandı - VİDEO 16:36 - Ucar Gənclər Evindən nümunəvi addım... - FOTOLAR 16:29 - Bakıda feministlər aksiya keçirməyə cəhd etdi - VİDEO/FOTOLAR14:04 - Paşinyan bu gün istefa verə bilər - İrəvanda sular durulmur11:21 - 5-ci kolonla mübarizədə Ukrayna nümunəsi: Moskvaya bağlı olan telekanallar bağlandı 11:14 - "Bizimlə kimsə təkəbbürlə danışa bilməz" - Türkiyə prezidentinin sözçüsü10:41 - "Şəhid analarının qarşısında baş əyirəm" - Mehriban Əliyeva10:39 - Qasparyan istefa vermək istəmir, müxalifət mitinqə çıxır - Yeravanda GƏRGİNLİK10:34 - Erməni silahlı birləşmələri Qarabağda hərbi təlimlərə başladı?00:50 - Azərbaycan neftinin qiyməti artıq 70 dollara yaxınlaşır00:45 - Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar00:42 - Prezidentin ayaqqabısı narazılığa səbəb oldu - FOTOLAR 00:34 - "Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq" - Sülhəddin Əkbər00:27 - "Torpaqlarımızı azad etməyə hazırıq" - Ukrayna DİN00:21 - Azərbaycan əsgəri Qafanda - Ermənilər panikaya düşdü - VİDEO 00:18 - Gürcüstanda səsyazısı qalmaqalı - Baş nazirin istefası tələb olunur

07 mart

18:32 - Paşinyan ABŞ Dövlət katibi ilə nə danışıb? - Vaşinqtondan Bakıya zəng gələ bilər10:20 - Rusiya və Ukrayna arasındakı razılaşma əngəlləndi - Kiyev müharibəyə hazırlaşır02:03 - Timsah 8 yaşlı qızı belə uddu - ANBAAN VİDEO02:01 - Rusiya və Fransa arasında gərginlik - Gizli proses üzə çıxdı01:55 - "Ermənistanın türkləşdirilməsi başladı" - Ovannisyan01:47 - "Qurultay sosial məsafə saxlanmaqla, maska taxmaqla keçirildi" - YAP-çı deputatdan ittihamlara cavab01:41 - Ermənilər Qubadlıda ekoloji terror törədiblər - FOTOLAR

06 mart

18:42 - Qarabağın işğaldan azad edilməsi ilə bağlı Ərdoğandan daha bir AÇIQLAMA