"Rusiyanın köməyi olmasaydı, nəticələr çox pis olardı" - Ermənistanın keçmiş MTX rəhbəri

12 yanvar, 2021 23:23

“18 oktyabrda Ermənistan Baş nazirinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi bəyan etdi ki, biz məğlub oluruq, dərhal müharibəni dayandırmaq lazımdır. Amma belə bir qərar qəbul edilmədi”.

Bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş Mlkail Ambarsumyan “5-ci kanal”-a müsahibəsində bildirib.

O, özünün istefası ilə bağlı məqamları açıqlayıb. Ambarsumyan bildirib ki, Müdafiə Nazirliyi ilə birgə problemlər və itikilər barədə gündəlik məruzə ediblər: “Anlamırdım ki, nə üçün müharibə dayanmır? Biz görürdük ki, atəşkəsi saxlamaq olmur. Bəs nəyə görə müharibəni dayandırıb danışıqlara başlamırlar? Bu mənə qaranlıq qalırdı. Hakimiyyətin hədəfinin nə olması mənə aydın olmurdu. Hara gedirik? Nəyə nail olmaq istəyirik? Bütün bunlar məndə qərarımı qətiləşdirdi”.

Ambarsumyanın sözlərinə görə, Baş Qərargah rəisi Onik Qasparyan TŞ-in iclasında tez bir halda müharibənin dayandırılmasının vacibliyini bildirib.

MTX-nin sabiq direktorunun sözlərinə görə, daha sonra məlum olub ki, Rusiya prezidenti Putin də müharibəni dayandırmaq təklifi ilə bağlı Paşinyana müraciət edib: “Putin nə etmək barədə konkret təkliflər vermişdi. Bu, mahiyyətinə görə, “Lavrov planının” həyata keçirilməsi idi. Rus sülhməramlıları Dağlıq Qarabağa girirdi. Biz isə əlavə ərazilər, o cümlədən Hadrutu və Şuşanı itirməzdik. Rusiyanın təklifi nə üçün müzakirə edilməyib? Deyə bilmərəm. Bu təkliflər nə Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı, nə də cəmiyyətə məlumat verildi. Mən bu barədə istefa verdiyim gün-7 noyabrda bildim”.

Ambarsumyanın sözlərinə görə, bu suala yalnız Paşinyan cavab verə bilər.

Sabiq MTX-nin direktoru bildirib ki, Rusiyanın müharibə zamanı yardımı mühüm rol oynayıb: “Əgər Rusiyanın köməyi olmasaydı nəticələr çox pis olardı. Mən vəziyyəti bilən adam kimi bunu deyirəm”.

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb