Paşinyan Moskvadan ermənilərə mesaj yolladı - Moskva görüşünə ŞƏRH

12 yanvar, 2021 00:39

“Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imazalanmadı. Moskvada yalnız əməkdaşlıqla bağlı ümumi bəyanat imzalandı. 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək”.


Azsiyasət.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvada imzaladıqları Bəyanatı şərh edərkən deyib.


E.Şahinoğlunun sözlərinə görə, işçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. “Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir”. Politoloq deyib ki, bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perpektivi dumanlıdır.
E.Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada liderlərin ortaq mətbuat konfransında narazılığını səsləndirməkdən çəkinmədiyinə də diqqət çəkib: “Paşinyan “təəssüf ki, bugünkü görüşdə humanitar məsələləri həll edə bilmədik, Dağlıq Qarabağın status məsələsi də açıq qalır” deyə bildirdi.
Birincisi, bizim üçün status məsələsi bitib, bu müzakirə predmeti deyil, ikincisi Azərbaycan prezidenti bir neçə dəfə vurğulayıb ki, 10 noyabrdan sonra Dağlıq Qarabağda ələ keçirilən silahlı separatçılar Ermənistana təhvil verilməyəcək, onlar terrorçudurlar və törətdikləri əməllərə görə cavab verəcəklər. Paşinyan “status və əsirlərlə” bağlı iradını ortaq mətbuat konfransında həm də ona görə səsləndirdi ki, geri qayıdanda onu bu mövzuları qaldırmadığına görə daş-qalaq etməsinlər. O, Moskvadan ermənilərə mesajını yolladı, ancaq nə status, nə də əsirlər məsələsində irəliləyiş əldə etdi”.

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb