Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

04 dekabr, 2020 00:05

Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir.

Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəsinə dair şərhində bildirilib.

Nazirlik qeyd edib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir: "Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edərdi”.

19 yanvar

16:28 - "Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib" - İlham Əliyev15:03 - Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq13:36 - Siyavuş Novruzovdan təhsil haqqını ödəyə bilməyən tələbələrə məsləhət: "Dərsdən sonra işləsinlər"13:12 - "Postsovet ölkələrini qəsdən xaosa və dağıntılara sürükləyirlər ki..." - Oleq Kuznetsov10:38 - Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq - SİYAHI HAZIRLANDI 10:31 - İndi isə şaquli enib-qalxan "Bayraktar"lar gəlir...01:19 - Vəzifəli şəxs İngiltərədə şirkət açıb - FOTOLAR 00:59 - "İndiyədək bunu heç kim etməmişdi" - Paşinyana şok ittiham00:56 - "Azərbaycan və Türkiyə vahid ordu yaratmalıdır" - Sərdar Cəlaloğlu00:45 - Azərbaycanla Türkiyə birgə media layihəsi təsis edir - QANUN LAYİHƏSİ

18 yanvar

17:17 - "Heç bir qonşumuzun torpağında gözümüz yoxdur" - Hülusi Akar16:20 - İlham Əliyev iki zavodun təməlini qoydu - FOTOLAR 15:56 - Kərəm Həsənovun əmisi oğlu öldü - ŞOK TƏFƏRRÜAT 15:36 - Mirkazım Seyidov Lavrovun fikirlərini şərh edir: "Razılaşmadığım məqamlar çoxdur"14:32 - "Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Rusiya XİN rəhbəri14:27 - "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur" - Lavrov13:32 - Bakıda lüks avtomobillə törədilən qəza: iş adamının oğlunun izi, itən kamera görüntüləri, 60 minlik zərər - TƏFƏRRÜAT12:20 - "Həmin qüvvələr sülhməramlı deyil, erməniməramlıdır" - PARTİYA SƏDRİ11:08 - Bayden adminstrasiyasında daha bir erməniyə vəzifə verildi 11:05 - "Azərbaycan və Ermənistan arasında mübarizə hər bir vergül üstündə gedirdi" - Putin noyabr bəyanatından danışdı10:59 - "Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar" - Vahid Əhmədov01:33 - İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər dünyasını dəyişib 00:06 - Putinin sözçüsündən Navalnının həbs edilməsinə reaksiya: "Onu Almaniyada saxlayıblar?"00:02 - Rusiya müxalifətinin lideri Navalnı belə həbs edilib - VİDEO

17 yanvar

15:53 - Azərbaycanda məktəblər nə vaxt açılacaq? - RƏSMİ14:28 - Rektor Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüşüb14:10 - Türkiyə və Azərbaycan birgə təlimlərə hazırlaşır12:18 - Azərbaycanda dələduzlar bank kartlarındakı məlumatları necə ələ keçirirlər?11:43 - "Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar" - Narazılıq artır05:52 - "Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."