“Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova

28 noyabr, 2020 12:17

“Bizim Prezidentimiz üçün çox çətindir, çünki ağız bir deyil, beş deyil, iki əllə neçə ağız yummaq olar?”

Azsiyasət.com xəbər verir ki, bu sözləri yenisabah.az-a Xalq artisti Flora Kərimova deyib.

Sənətçi xaricdə yaşayıb Azərbaycana böhran atmağa cəhd edənləri sərt tənqid edib: 

“Hərdən görürsən ki, onun səylərinə kütlə qiymət vermir. Bəzən gedib xaricdə oturub oradan donquldanırlar. Bilirsiniz, kimin gücü vətəndaş olmağa çatıbsa burada qalıb, kimin vicdanı çatıbsa buradadır. Gedirlər başqa ölkədə otururlar, ağızlarını qoyurlar Allah yoluna! Bizi idarə edən elə bir insandır ki, bircə qarışı belə başqalarına bağışlamaz. İstəyirəm ki, millətim ona inansın. Bir millət ki, höküməti ilə birlikdir, ona kim bata bilər? Nadir hallarda millət kiməsə “oğlum” deyir. Ən böyük rütbə millətə oğul olmaqdır. Bax, o yüksəkliyi İ.Əliyev qazandı, övlad kimi, oğul kimi qazandı”.

Xanım sənətçi bundan sonra ən böyük arzusunun Şuşaya getmək olduğunu, bunun üçün Allahdan möhlət istədiyini qeyd edib:

“Bir dəfə Azərbaycanın əziyyətli, gərgin vaxtlarında televiziyada onu gördüm. Arıqlamışdı, ancaq gözündəki alov itməmişdi, yumruğunu masaya vurub “Qarabağ bizimdir” dedi. Bu sözlərim yaltaqlıq kimi çıxmasın, mənim artıq 80 yaşım var və kimdənsə asılılığım yoxdur. Sadəcə ona minnətdaram, gözüyaşlı ana kimi çox sağ ol deyirəm. Sağ  olsun ki, mənim ünümü Şuşaya yetirdi. Artıq mənim imkanım var ki, Şuşaya gedib oranın daşlarını öpüm, orada can verim. Heç kim məni başa düşməz! Mən indiyə qədər həyatın bütün sınaqlarından başı uca keçdim, heç kim mənim qürurumu sındıra bilmədi, amma məni gözyaşlarım Qarabağa görə qurumurdu. İndi isə deyə bilirəm ki, Qarabağ bizimdir. Allaha dua edirəm ki, mənə bir az möhlət versin, o yerlərə gedə bilim. Şuşaya gedən yolda Allah canımı alsa belə, arzuma çatmış olaram”.

23 yanvar

11:54 - Məktəblər açılır, metronun fəaliyyəti bərpa oluna bilərmi? - AÇIQLAMA11:30 - Putinin sonunun başlanğıcı gəldi: Rusiya çalxalanır02:15 - Müsavat Partiyası Sevinc Osmanqızının ittihamlarına cavab verdi 00:05 - "Başqa məsələlərə burunlarını soxmasınlar..." - Etibar Məmmədov00:01 - Azad Rəhimov komaya düşüb?

22 yanvar

19:08 - "NATO Qafqaza daha çox diqqət ayırmalıdır" - Gürcüstan prezidenti16:47 - Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR16:41 - "Azərbaycan Prezidenti Dağlıq Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb" - XİN Avropa parlamentinə cavab verdi16:32 - "Hökumət daxilində təhlükəli mafiya var..." - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama16:29 - Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı14:28 -  Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir - Nə etməliyik?14:10 - Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT11:55 - Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək - YENİLİK11:29 - Əhmədzadənin kadrları bir gündə milyonluq müqavilələr bağladı - Tender əməliyyatı00:11 - "Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına" - Pənah Hüseyn00:04 - "Ordunu çıxart, talanı dayandır" - Dəməşqin Baydendən gözləntisi

21 yanvar

21:24 - Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq17:32 - Paşinyandan ermənilərə Şuşa ilə bağlı TARİXİ XATIRLATMA 15:40 - Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi:  "Küçə musiqilərini efirlərdən yığışdırın!"14:58 - Azərbaycanla Türkmənistan arasında Xəzərdə "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb14:55 - Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır" yazılmış pul buraxıldı14:18 - "Ukraynaya silah verməyi dəstəkləyirəm" - Yeni Dövlət katibi14:14 - Şuşaya avtobus xətləri açılır - Hələlik üç şəhərdən 13:48 - Türkiyənin ən böyük bankı Şuşada filial açır10:52 - "Lavrovun bəyanatında təhlükəli məqamlar var": "İndi əsas məsələ Ermənistan ordusunun ərazidən çıxarılmasıdır"10:47 - "Bayden və Harrisin ermənilərlə əlaqələri var, amma..." - Qubad İbadoğlu10:41 - Bayden Trampın qərarlarını ləğv etdi - Müsəlman ölkələrinə qadağa qaldırıldı00:21 - Azərbaycan hərbi gücünə görə neçənci yerdədir? - "Global Firepower" açıqladı00:09 - "Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik" - Qüdrət Həsənquliyev

20 yanvar

18:27 - Tramp Ağ Evlə vidalaşdı - VİDEO