“Qış başlamazdan əvvəl cəsədlər tapılmazsa...” - BQXK prezidenti

24 noyabr, 2020 11:50

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki missiyasının tərkibini genişləndirəcək”.

Azsiyasət.com xəbər verir ki, bunu BQXK-nin prezidenti Peter Maurer deyib.

O bildirib ki, artıq büdcənin artırılması ilə bağlı qərar verilib. “Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu rəqəm 45 milyon İsveçrə frankı olacaq. Yəni, biz bunu dörd qat artıracağıq. Orada çox az adamımız var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq”.

P. Maurer qeyd edib ki, BQXK missiyasının vəzifəsi münaqişədən zərər çəkmişlərə kömək etməkdir və digər əsas vəzifələrdən biri də müharibədə həlak olanların cəsədlərinin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsidir.

BQXK prezidentinin sözlərinə görə, indiyədək tərəflərin nəzarəti altında olan və tapılması asan olan meyitlər götürülüb:

“Əsas çətinlik təmas xəttində, minaların olduğu yerdə işləməkdir, orada meyitləri tapmaq çox çətindir. BQXK bu işi maksimum ləyaqətlə həyata keçirmək, meyitlərin şəxsiyyətini müəyyənləşdirmək və qohumlarına təslim etmək üçün ən yaxşı təcrübəyə sahibdir”.

P.Maurer bu işin təxirə salınacağı halda ən xoşagəlməz nəticələrin yarana biləcəyini qeyd edib:

“Torpaq çirklənməsi ola bilər. Qış başlamazdan əvvəl cəsədlər tapılmazsa, daha sonra qurbanların şəxsiyyətini müəyyənləşdirmək çətin ola bilər. Çünki qışda qalıqların çürüməsi ehtimalı var. Keçmiş təcrübəmizdən bilirik ki, tez bir şəkildə hərəkət etməsək, itkin düşmüş insanlarla bağlı gələcək müzakirələr çətinləşəcək”.

apa.az

23 yanvar

11:30 - Putinin sonunun başlanğıcı gəldi: Rusiya çalxalanır02:15 - Müsavat Partiyası Sevinc Osmanqızının ittihamlarına cavab verdi 00:05 - "Başqa məsələlərə burunlarını soxmasınlar..." - Etibar Məmmədov00:01 - Azad Rəhimov komaya düşüb?

22 yanvar

19:08 - "NATO Qafqaza daha çox diqqət ayırmalıdır" - Gürcüstan prezidenti16:47 - Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR16:41 - "Azərbaycan Prezidenti Dağlıq Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb" - XİN Avropa parlamentinə cavab verdi16:32 - "Hökumət daxilində təhlükəli mafiya var..." - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama16:29 - Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı14:28 -  Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir - Nə etməliyik?14:10 - Bakıda “Lotu Quli”nin adamlarının şok əməlləri - YENİ TƏFƏRRÜAT11:55 - Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək - YENİLİK11:29 - Əhmədzadənin kadrları bir gündə milyonluq müqavilələr bağladı - Tender əməliyyatı00:11 - "Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına" - Pənah Hüseyn00:04 - "Ordunu çıxart, talanı dayandır" - Dəməşqin Baydendən gözləntisi

21 yanvar

21:24 - Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq17:32 - Paşinyandan ermənilərə Şuşa ilə bağlı TARİXİ XATIRLATMA 15:40 - Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi:  "Küçə musiqilərini efirlərdən yığışdırın!"14:58 - Azərbaycanla Türkmənistan arasında Xəzərdə "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb14:55 - Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır" yazılmış pul buraxıldı14:18 - "Ukraynaya silah verməyi dəstəkləyirəm" - Yeni Dövlət katibi14:14 - Şuşaya avtobus xətləri açılır - Hələlik üç şəhərdən 13:48 - Türkiyənin ən böyük bankı Şuşada filial açır10:52 - "Lavrovun bəyanatında təhlükəli məqamlar var": "İndi əsas məsələ Ermənistan ordusunun ərazidən çıxarılmasıdır"10:47 - "Bayden və Harrisin ermənilərlə əlaqələri var, amma..." - Qubad İbadoğlu10:41 - Bayden Trampın qərarlarını ləğv etdi - Müsəlman ölkələrinə qadağa qaldırıldı00:21 - Azərbaycan hərbi gücünə görə neçənci yerdədir? - "Global Firepower" açıqladı00:09 - "Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik" - Qüdrət Həsənquliyev

20 yanvar

18:27 - Tramp Ağ Evlə vidalaşdı - VİDEO 17:11 - "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov