“Ermənilərin törətdikləri vəhşiliklər sənədləşdirilib” - Yanğınların, dağıntıların qarşısını necə almaq olar?

22 noyabr, 2020 18:20

Azərbaycan Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verildi. Noyabrın 15-də qaytarılmalı olan, amma boşaldılma prosesi daha 10 gün uzadılan Kəlbəcər rayonunda isə evlər yandırılır, meşələr qırılır.

Bəs yaranmış situasiyada baş verənlər necə önlənə bilər? Bu barədə Azərbaycanda nə düşünürlər?

“Təzminatın ödənilməsi çətin məsələdir”

Məsələ ilə bağlı “Azadliq” radiosuna danışan təhlükəsizlik məsələləri üzrə ekspertİlham İsmayıl deyir ki, beynəlxalq hüquqda təzminat var. Hərçənd, o, Ermənistanın təzminat ödəyəcəyinə şübhəylə yanaşır:

“Təzminatın ödənilməsi çətin məsələdir. Ona görə də Azərbaycan diqqəti daha çox informasiya təbliğatına yönəltməlidir. Adi bir misal, Şuşada kilsəyə bomba düşəndə Ermənistan tərəfi bununla bağlı dünyada hay-küy saldı və Azərbaycana gələn alman və ingilis jurnalistləri dövlət başçısı İlham Əliyevlə müsahibədə 10 dəfə bu məsələyə qayıtdılar.” 

İlham İsmayıl deyir ki, Rusiya sülhməramlıları Kəlbəcərdəki hərəkətlərə nəzarət edə bilmirlər: “Yalnız xəbərdarlıq edirlər ki, çıxın və onların ermənilərin əraziləri tərk etməsinə müdaxilə etməməsi təəssüfləndiricidir. Amma Xankəndində ev qurmasına müdaxilə edirlər, Rusiya Fövqəladə Hallar Nazirliyi ora tikinti materialları göndərib”.

“Kəlbəcər və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır”

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edənlərdən Məlahət Həsənova isə dövlət başçısı İlham Əliyevin noyabrın 20-də xalqa müraciətini xatırladaraq bildirir ki, xarici jurnalistlər azad olunan ərazilərdən çəkilişlər edirlər və bunlar bütün dünyaya yayılacaq: “Biz BMT-nin ayrı-ayrı qurumları başda olmaqla beynəlxalq təşkilatları ölkəmizə dəvət edəcəyik və bu yöndə iş gedir. Xüsusilə Kəlbəcərdə və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır. Bu məsələ dünyanın həmişə diqqətində olub, biz ermənilərin ekosistemə hansı zərəri vurduğunu sənədlərlə müvafiq beynəlxaq təşkilatlara çatdırmalıyıq. Sual yaranır, ərazini tərk edirsiniz, bəs niyə ağacları kəsir, meşələri və evləri yandırısınız, yaxud qəbiristanlıqların dağıdılması...”

“Bu, ikili standartlar deyilmi?”

O, təəssüflə qeyd edib ki, bütün bunlar dünyanın gözü önündə baş verir: “Amma Azərbaycandan insan haqlarını, demokratiyanı tələb edən Avropa Şurası, Avropa Parlamenti susqundurlar. Qarşılığında biz nə görürük, Fransa və Niderland parlamentlərinin, Paris meriyasının Azərbayanın əleyhinə layihələrini və qərarlarını, bu, ikili standartlar deyilmi? Məgər, onlar ermənilərin Kəlbəcərdə törətdiyindən xəbərsizdirlər, inanmıram. Yaxud Cəbrayılın, Ağdamın, Füzulinin dağıdılmış mənzərəsini görmürlərmi?”

“Azərbaycan baş verənləri sənədləşdirib...”

Məlahət Həsənova Respublika Prokurorluğunu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu yöndə sənədlər toplayaraq qəti addımlar atacağını bildirib. Onun vurğulamasına görə, Azərbaycan baş verənləri sənədləşdirib beynəlxalq hüquqi müstəvidə qaldıracaq və adekvat cəza tələb edəcək:

“Əlbəttə, Azərbaycan bununla işini bitmiş saymamalıdır, fikir verin, həmin dağıntıları törədənlər adi insanlardır, demək istəyirəm ki, erməni xalqında azərbaycanlılara qarşı dəhşətli nifrət toxumu səpiblər. Bunun müqabilində prezident Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu və qonşuluq münasibətlərinin inkişafına toxundu. Biz informasiya müharibəsində bu məqamı da qaldırmalıyıq”.

28 noyabr

13:13 - Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTOLAR 12:20 - "Tonayan cinayət əməllərinə görə cavab verməlidir" - Prezidentin köməkçisi12:17 - “Bu sözlərim yaltaqlıq kimi çıxmasın, İlham Əliyevə...“  - Flora Kərimova10:16 - Rusiyada Erməniatanı qalib hesab edənlər KİMLƏRDİR? 10:10 - Səudiyyə Ərəbistanın Türkiyəyə qarşı boykotu RƏSMİLƏŞDİ01:26 - Ukrayna generalları Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini öyrənir00:08 - Paşinyan Moskvaya səfər edəcək

27 noyabr

21:53 - “Fransa Senatının qərarına etiraz əlaməti olaraq etiraz aksiyalar keçirilməlidir” 21:30 - Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA21:18 - İllərlə qət edilən böyük uğurların izi ilə - FOTOLAR21:12 - Türk əsgəri Qarabağa nə vaxt gəlir? 21:09 - İranda nüvə alimi QƏTLƏ YETİRİLDİ17:04 - "Şuşa əməliyyatı göstərdi ki..." - İqor Korotçenko15:05 - “Paşinyan Zəngəzuru Əliyevə verəcək” - Ermənistanın keçmiş naziri13:35 - Ermənistanın ödəyəcəyi təzminat necə hesablanacaq? - ŞƏRH13:28 - Ararikin Moskva səfərinin pərdəarxası... -"Rusiya separatçı rejimi diriltmək istəyir"12:32 - “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” - Moldovalı ombudsman11:39 - Sabiq deputatımız ermənilərə un göndərirmiş? - ŞOK DETALLAR10:45 - Yeni nazir Rusiyanın adamıdır: Bakıda təhsil alıb10:40 - Azad olunmuş ərazilərdə dövlət sərhəddi təcili müəyyənləşməlidir, əks halda...00:30 - Erməni qoşunları Xankəndidəki uşaq bağçalarını MİNALAYIBLAR00:26 - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT00:21 - "Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

26 noyabr

19:50 - Azərbaycan hərbçiləri Sotk qızıl mədənində? 19:45 - Azərbaycan Fransaya NOTA verdi 18:46 - Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO 16:01 - “Paris prosesi pozmağa, gərginlik yaratmağa cəhd edir” - Leonid Kalaşnikov13:47 - Düşmən Kəlbəcərdən sonra Laçında evləri yandırır... - FOTOLAR13:26 - Laçında nə baş verir? - “Hər şeyi son günə buraxdın ki...”12:47 - "Makron qudurub" - Deputat Aqil Abbas