“Paşinyan dedi ki, etirazçıların hamısını öldürün” - SENSASİON İTTİHAM

21 noyabr, 2020 22:43

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, "Vətən" partiyasının lideri Artur Vanetsyan baş nazir Nikol Paşinyanla bağlı sensasion iddia irəli sürüb. 

O, bu gün Azadlıq meydanındakı mitinq zamanı Nikolun etirazçılara qarşı ağır cinayətlər törətməyi təklif etdiyini deyib:

“Nikol Paşinyan hakimiyyətini qorumaq üçün son günlər yalan iddialarla gündəmə gəlir. Meydana toplaşan insanların sırf hakimiyyət uğrunda mübarizə apardıqlarını söyləyir. Belə bir şey yoxdur, vətənimizin qurtuluşu üçün mübarizə aparırıq. Bu sırf siyasi mübarizə deyil, gələcəyimiz üçün mübarizədir. Önümüzdəki günlərdə bu eyforiya keçəndə acı bir həqiqətlə qarşılaşacağıq. Humanitar, sağlamlıq, iqtisadi və sosial sahədə ciddi problemlərimiz var. 2 il yarımdır ki, bütün istiqamətlərdə uğursuzluqla üzləşən Nikol Paşinyan bu problemləri həll edə biləcəkmi? Əlbəttə ki, yox”.

Vanetsyan bildirib ki, onlar hazırkı məğlub durumdan istifadə edib istefa tələbini ortaya qoymurlar:

“Mən hələ yanvar ayında Nikol Paşinyanın istefasını tələb etdim. Bundan sonra demək olar ki, bütün siyasi qüvvələr – “Daşnaksütyun” və "Çiçəklənən Ermənistan" partiyası eyni tələbi irəli sürdü. Nikol Paşinyanın iki böyük yalanı var. Biri xarici auditoriya üçün hesablanmış yalandır. Deyir ki, Ermənistanın siyasi qüvvələri mənim istefama nail olsalar, imzalanan məlum bəyanat ləğv ediləcək və müharibə yenidən başlayacaq. Rəsmi olaraq bildirirəm ki, müharibəni bərpa etmək niyyətimiz yoxdur. Əlbəttə, biz müharibə istəmirik. Müharibəyə səriştəsiz xarici siyasət nəticəsində Nikol Paşinyan tərəfindən təhrik edildi. İkinci yalan isə daxili auditoriya üçündür. Biz gələcəyik, yeni simalar, yeni düşüncələr və yeni baxışla gəlirik”.

Vanetsyan, dünən etirazçıları dağıdan naməlum qruplar haqqında da danışıb: "Bir gün mənşəyi bilinməyən forma geyinən bu uşaqların kim olduğunu öyrənəcəyik". Daha sonra Vanetsyan aksiyanı zorla dağıdan bu qara maskalıların hərəkətlərini xatırladan bir hadisədən söz açıb:

“Nikol Paşinyan niyə dinc insanlara qarşı güc tətbiq edir? Çünki xalqımızı sevmir, yalançıdır. Yəqin xatırlayırsınız, 2 il əvvəl İcevanda etiraz aksiyaları keçirilirdi, xalq meşədən ağac kəsənlərə etiraz edirdi. O vaxt vəzifədə idim və hadisə yerinə getmişdim. Çox məntiqli bir sual ortaya çıxır - Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin İcevandakı etirazçılarla nə əlaqəsi var? Çox sadə bir cavab var. Xeyli sayda insanın küçələrə çıxdığını və etiraz etdiyini görən Nikol Paşinyan dostum, o vaxtkı polis rəisi Valeri Osipyanı və məni çağırıb "qan çaylarını görmək istəyirəm, hamını öldürün" dedi. 

İndi demək istəyirəm ki, Nikol Paşinyan hamınızı sevirəm deyəndə hamınıza yalan danışır, hamınıza nifrət edir. Yalnız vəzifəsini sevir və bütün addımları gücünü qorumağa yönəldilib. Bu hekayə polisin niyə kobud davrandığını, güc tətbiq etdiyini göstərir. Baş nazir postunu tutan adama "qanunsuz əmrlərinizi yerinə yetirmirəm" demək o qədər də asan deyil".

Partiya sədri fikirlərinə əlavə edib ki, özü, Valeri Osipyan və Mikael Hambardzumyan, Nikol Paşinyanın hüquq-mühafizə sisteminin işinə mane olduğunu, məsuliyyətlərini bilmədiyini, qanunsuz əmrlər verdiyini bildiriblər. Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin son rəhbəri Mikael Hambrdzumyanın istefasının səbəbinin Nikol Paşinyanın Vazgen Manukyana qarşı əsassız cinayət işinə başlaması barədə verdiyi göstəriş olduğunu söyləyib.

04 dekabr

16:45 - "Qardaşım Əliyevin fransızlara verdiyi tövsiyələrə qatılıram": Ərdoğan - VİDEO 15:56 - Deputat Rasim Musabəyovun anti-türk açıqlaması etirazlara səbəb oldu15:24 - Musabəyovlar şəcərəsi: Tarixi xəyanətin İZİ ilə...14:38 - “Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“  - Tiqran Abrahamyan13:06 - “Ermənistan özünü tələyə saldı” - FƏRİD ŞƏFİYEV 12:03 - Prezident və Birinci xanım Şəhidlər Xiyabanında...11:56 - “Fransa hökuməti parlamentinin müstəqilliyini tanıyır” - SƏFİR 10:45 - Bir manatlıq böyük şirkət: İcra hakimiyyətlərinin sevimli Abıyevi 10:41 - "Koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur" - Prezident00:05 - Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb