"Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib" - Ali Baş Komandan

31 oktyabr, 2020 12:53

“Orada qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar”.

Azsiyasət.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı jurnalistin “Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?” sualını belə cavablandırıb:

“Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib.

Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik.

Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”.

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək02:03 - NATO-nun Baş katibi Qarabağdan danışdı00:53 - İŞİD Əkrəm İmamoğlunu öldürməklə hədələdi

01 dekabr

22:27 - “Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ22:23 - Qazaxın işğal olunmuş 7 kəndi nə vaxt qaytarılacaq? - ŞƏRH21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər21:45 - “Hər hansı böhrandan söhbət gedə bilməz” - VÜQAR ORUC