"Rusiya indiki Qarabağ müharibəsinə qarışmayacaq, əks halda Azərbaycanı itirəcək..." - Aleksandr İsgəndəryan

30 oktyabr, 2020 21:00

“Vladimir Putin “Valday” Klubunun üzvlərinə Qarabağ nizamlanması ilə bağlı yeni bir şey demədi. İclasda bu problemlə peşəkarlıqla məşğul olan mütəxəssislər, ekspertlər və alimlər iştirak edirdilər. Putin Rusiyanın mövqeyini dilə gətirdi, burada yeni bir şey yoxdur”.

Azsiyasət.com xəbər verir ki, bunu “Qraparak”a verdiyi müsahibəsində Qafqaz İnstitutunun direktoru, tanınmış ekspert Aleksandr İsgəndəryan deyib.

Xatırladaq ki, A.İsgəndəryan V.Putinin Qarabağ problemi ilə bağlı ilk açıqlamasını verdiyi “Valday” Klubunun iclasında iştirak edib.

A. İsgəndəryana görə, Rusiyanın Ermənistana və Azərbaycana münasibətdə siyasəti Moskvanın bu və ya digər ölkənin lehinə seçim etməməsidir. Politoloq Ermənistan cəmiyyətini bu həqiqəti dərk etməyə çağırıb. Rusiyanı Ermənistan kimi, Azərbaycan da maraqlandırır. Müxtəlif cür, fərqli masştablarda, lakin bu ölkələrin hər ikisi onun üçün maraqlıdır. Ölkələrdən birinin lehinə seçim Rusiya üçün başqa bir dövlətin itirilməsi deməkdir. Rusiya son seçimi etsə, hər iki ölkəni itirəcək. Əgər Rusiya açıq şəkildə erməni tərəfinin lehinə seçim edib Ermənistanın tərəfini tutarsa, o zaman Azərbaycan tamamilə Türkiyənin təsirinə düşəcək. Və Rusiya Azərbaycanı əbədi itirəcək.

Mütəxəssisin fikrincə, Türkiyə də Ermənistanı itirmək istəmir․ Strateji olaraq, Türkiyə Ermənistandakı maraqları üçün Rusiya ilə rəqabət aparacaq.

Danışıqlar prosesinin intensivləşmə perspektivini səciyyələndirən A. İsgəndəryan təəssüflə qeyd edib ki, tərəflər humanitar barışığa belə nail ola bilməyiblər. Minsk Qrupu çərçivəsində aparılmış substantiv danışıqlara gəlincə, A. İsgəndəryan hesab edir ki, 2011-ci ildə Kazandan sonra Azərbaycanla Ermənistan arasında danışıqlar həqiqətən dayandırılıb. Politoloq qeyd edib ki, nizamlanma cəhdləri yox idi və indi vəziyyət daha da pisləşib.

Mütəxəssis istənilən halda danışıqlar prosesində vəziyyətin pisləşəcəyini proqnozlaşdırır: "Əgər bunun üçün fürsət yaranarsa, çox şeyi sıfırdan başlamaq lazım gələcək".

Erməni cəmiyyətində Rusiyanın Qarabağ nizamlanmasında rolu ilə bağlı gözləntiləri şərh edən A. İsgəndəryan onları həddən artıq yüksək qiymətləndirir. Rusiya Krımdan Şimali Qafqaza, Liviyadan Zaqafqaziyaya qədər bir çox geopolitik problemi həll edən qlobal bir gücdür. Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinə erməni cəmiyyətinin təsəvvür etdiyindən daha geniş prizmadan yanaşır.

A.İsgəndəryan Rusiyanın münaqişəyə Qarabağ separatçılarının liderinin Vladimir Putinə müraciəti əsasında qarışması ehtimalına da münasibət bildirib: “Rusiya, istənilən digər ölkə kimi, o zaman ciddi addımlar atır ki,  bunun onun öz maraqlarına aid olduğunu düşünür. Rusiya təkcə ona görə reaksiya vermir ki, kimsə ona məktubla müraciət edib. Təsəvvür edin ki, sabah Nikol Paşinyan dünyadakı tanınmamış bir dövlətin başçısından bir məktub alır. Paşinyan buna necə reaksiya verəcək? Ermənistanın maraqlarını əsas götürərək qərar verəcək. Abxaziyada və ya Kosovoda Ermənistanın maraqları varmı?".

A.İsgəndəryan Rusiyanın hazırkı Qarabağ müharibəsinə müdaxilə edəcəyini istisna edib.

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək02:03 - NATO-nun Baş katibi Qarabağdan danışdı00:53 - İŞİD Əkrəm İmamoğlunu öldürməklə hədələdi

01 dekabr

22:27 - “Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ22:23 - Qazaxın işğal olunmuş 7 kəndi nə vaxt qaytarılacaq? - ŞƏRH21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər21:45 - “Hər hansı böhrandan söhbət gedə bilməz” - VÜQAR ORUC