“Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir” - Erməni separatçılarının ilk liderlərindən biri

30 oktyabr, 2020 01:11

Erməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Azsiyasət.com xəbər verir ki, öz “Facebook” hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, erməni xalqının köməyinə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək aciz şəkildə yardım diləyib:

“Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Mediyada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.

Karapetyan müraciətinin davamında əlavə edib ki, onlar özlərini tək qalmış kimi hiss edirlər: “Əgər biz tək qalmışıqsa, deyin bilək, başımıza çarə qılaq, yox əgər erməni xalqı birdirsə, onda bizə kömək edin. Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.

Qeyd edək ki, Arkadi Karapetyan “Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri olub.

04 dekabr

00:05 - Rəsmi Bakıdan Ermənistan XİN başçısına CAVAB

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək02:03 - NATO-nun Baş katibi Qarabağdan danışdı00:53 - İŞİD Əkrəm İmamoğlunu öldürməklə hədələdi

01 dekabr

22:27 - “Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ22:23 - Qazaxın işğal olunmuş 7 kəndi nə vaxt qaytarılacaq? - ŞƏRH21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər