"News York Times" Bərdəyə hücumdan yazdı

29 oktyabr, 2020 14:34

ABŞ-ın nüfuzlu “New York Times” qəzetinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj hazırlayıblar.

Azsiyasət.com xəbər verir ki, onlar hadisə zamanı şəhərin mərkəzi küçəsi ilə hərəkət edirmişlər: “Birinci partlayış bizi avtomobili saxlamağa məcbur edəcək qədər güclü idi, cəld yerə atıldıq və hasarların dibində yerə əyildik. Sonra anladıq ki, dayanmasaydıq, 20 metr aralıda raket bizə tuş gələ bilərdi”.

Yazıda qeyd olunub ki, Bərdə şəhəri cəbhə xəttindən 20 mil (32 km) məsafədə yerləşir və partlayış anınadək burada insanlar gündəlik həyatlarına davam ediblər: “1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda başlayan savaş 1994-cü ilə qədər davam etdi və Ermənistan bir milyona yaxın azərbaycanlını evlərindən didərgin saldı, böyük bir ərazini nəzarəti altına aldı. Lakin müharibə məsələni həll etmədən sona çatdı. İndi yenidən başladı və Azərbaycan itirilmiş əraziləri geri almaq üçün genişmiqyaslı əməliyyatlar təşkil etdi”.

Azərbaycanın bir sıra yaşayış məntəqələrinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığı vurğulanan reportajda yerli sakinlərin də fikirləri yer alıb: “Avtomobillərdən biri hələ də alovlanırdı. Səkidəki şüşə qırıntıları arasında və bir ofisin giriş qapısında qan izləri qalmışdı. Maşına oturub şəhərdən çıxmağa hazırlaşdıq, növbəti yol kəsişməsində başqa bir faciəyə rast gəldik: Dağılmış avtomobillər. Xilasedicilər avtomobilin qapısını dəmir alətlə araladılar. Qadın dizlərini yerə atdı, “balam” deyə hönkürməyə başladı”.

Yazıda 21 nəfərin həlak olduğu, 70 nəfərin yaralandığı və Ermənistanın qadağan olunmuş Rusiya istehsalı kasetli bombalardan istifadə etdiyi vurğulanıb: “Ertəsi gün Bərdənin mərkəzindən bir qədər aralıda yerləşən, başqa bir raket zərbəsinin endirildiyi Qarayusiflini ziyarət etdik. Burada dəfn mərasimi keçirilirdi. 7 yaşlı bir qız da daxil olmaqla, 4 nəfər ölmüş və 10-dan çox insan yaralanmışdı

03 dekabr

21:36 - ATƏT-in Minsk Qrupu həmsədrləri "XORTLADI"21:29 - Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - DETALLAR17:27 - İsrail Qarabağ döyüşlərinin təcrübəsini nəzərə aldı, “Harop”u modernləşdirir16:52 - "Münaqişələrin həllində ATƏT-ə ehtiyac var" - LAVROV 14:31 - Vətən mübaribəsində nə qədər şəhid vermişik? - SAYLAR AÇIQLANDI14:21 - ATƏT sədrindən Qarabağ açıqlaması:  “Substantiv danışıqlar davam etməlidir”14:01 - Ermənistanın muzdlu döyüşçülər siyasəti: iflasa uğrayan plan - Azərbaycanın qazandığı nəticələr... 12:19 - Zakir Həsənov rus sülhməramlıların komandanı ilə görüşdü - FOTO11:18 - Azərbaycan Ordusunun bölmələri Laçın şəhərində10:14 - Ərdoğan Bakıda qələbə paradında iştirak edəcək02:07 - Bu gün Ermənistan müxalifəti özünün yeni "Paşinyan"ını AÇIQLAYACAQ02:04 - Fəxrizadənin qətlində iştirak edən şəxslər müəyyən edilib

02 dekabr

21:24 - Qarabağdakı Rusiya sülhməramlılarına qatarla yenə çoxsaylı texnika gətirildi - VİDEO 21:15 - Qarabağ "müdafiə naziri"nin avtomobilinin vurulmasının yeni təfərrüatları - Tonoyanın adı hallanır... 21:12 - Çavuşoğlu ilə Pompeo arasında MÜBAHİSƏ YAŞANDI16:03 - Putin KTMT və MDB ölkələrini Qarabağdakı humanitar səylərə dəstək verməyə çağırdı 15:59 - Gülər Əhmədova Hafiz Hacıyevin partiyasına ÜZV OLDU13:53 - “Tezliklə Rusiya pasportlarını alacağıq” - Xankəndidəki erməni13:11 - 10 noyabr Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunacaq12:41 - Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb12:13 - İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...11:59 - Mirkazım Seyidovun fikirləri partiya sədrlərinin etirazına səbəb oldu: "Onu kimin və niyə yaratdığı..."11:16 - Xocalı aeroportu fəaliyyətə başlayır - Rusiya Aerokosmik Qüvvələri istifadə edəcək02:03 - NATO-nun Baş katibi Qarabağdan danışdı00:53 - İŞİD Əkrəm İmamoğlunu öldürməklə hədələdi

01 dekabr

22:27 - “Vətən Müharibəsi Qəhrəmanı” adı kimlərə veriləcək? - RƏSMİ22:23 - Qazaxın işğal olunmuş 7 kəndi nə vaxt qaytarılacaq? - ŞƏRH21:58 - İtkin düşmüş hesab olunan hərbi qulluqçularla bağlı - AÇIQLAMA 21:51 - "Moskva dondurulmuş vəziyyəti sevir..." - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər21:45 - “Hər hansı böhrandan söhbət gedə bilməz” - VÜQAR ORUC