"İran Qətərdəkı dünya çempionatına hücuma hazırlaşır" - İsrail kəşfiyyatı

22 noyabr, 2022 00:54

İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Haliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, hazırda Tehranı ildırım sürətli hücumundan çəkindirən yeganə amil dünya çempionatının ev sahiblərinin cavabıdır.

Haliva bildirib ki, İrandakı ümummilli etirazlar vətəndaş üsyanına çevrildiyi üçün ölkənin siyasi rejimi böyük təzyiqlərlə üzləşib.

“Ölənlərin sayı, milli simvollara hücumlar – bu, xüsusilə də sanksiyalar, mövcud beynəlxalq təzyiq və çətin iqtisadi vəziyyətlə birlikdə rejim üçün çox narahatlıq doğurur”, - deyə o vurğulayıb.

İsrailli general hakimiyyətin ölkə daxilindəki vəziyyətdən çox narahat olduğunu və bunu siyasi nizamın mövcudluğuna təhlükə kimi qiymətləndirdiyini qeyd edib. Lakin zabitin sözlərinə görə, hazırda rejimin süqutu ilə bağlı real təhlükə yoxdur.

“İrana təzyiq artdıqca ölkənin cavabı daha aqressiv olur. Ona görə də regionda və dünyada daha aqressiv cavablar gözləməliyik”, - deyə Haliva sözlərini yekunlaşdırıb. (Mənbə: lenta.ru)

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...