“Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır” - Prezidentin köməkçisi

17 oktyabr, 2020 00:35

Avropanın ictimai-siyasi dairələrində geniş oxucu auditoriyasına malik “Euractiv” portalında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın Azərbaycanın mülki şəxslərinə və həyati əhəmiyyətli infrastrukturlarına qarşı hücumları diqqətdən kənar qalmamalıdır” adlı məqaləsi dərc olunub.

Azsiyasət.com xəbər verir ki, Hikmət Hacıyev məqalədə Ermənistanın 30 ilə yaxındır Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin iyul ayında baş vermiş Tovuz hadisələrindən üç ay keçməmiş - sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı törətdikləri növbəti təxribatlar, eləcə də Azərbaycan Ordusunun Ermənistanın bu təxribatlarını dəf etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları, işğal edilmiş bəzi torpaqların bu əməliyyatlar nəticəsində azad edilməsi barədə məlumat verib.

Prezidentin köməkçisi yazır ki, Ermənistanın Azərbaycanın mülki yaşayış ərazilərinə və həyati əhəmiyyətli infrastrukturuna qarşı hücumları humanitar fəlakətə gətirib çıxara bilər.

Münaqişənin tarixi barədə məlumat verən Hikmət Hacıyev qeyd edir ki, bu problem Ermənistanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın işğal olunmuş digər yeddi rayonundan dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 (822, 853, 874 və 884 saylı) qətnaməyə məhəl qoymaması ucbatından hələ də həll olunmamış qalır. Bu da münaqişəni yenidən alovlandırıb.

Prezidentin köməkçisi oxucuların diqqətinə çatdırır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bəri həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı azad edilib. Azərbaycan Silahlı Qüvvələri döyüşlərin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquqa və 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq mülki hədəfləri deyil, yalnız legitim hərbi obyektləri və hərbçiləri hədəf seçir. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanında qazandığı inamlı qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin nizamsızlığa uğramasına səbəb oldu və Ermənistan tərəfi qəsdən əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərinə və döyüş zonasından tamamilə kənarda yerləşən kəndlərinə hücumlar etməyə başlayıb. Ermənistan oktyabrın 11-də cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış ərazisinə ballistik “SCUD” raketini atıb. Raketin hədəfə aldığı ərazinin yaxınlığında bu hücumu əsaslandıra biləcək hər hansı hərbi obyektin olmaması həmin hücumu hərbi cinayət kimi xarakterizə etməyə əsas verir. Gecə yarısında həyata keçirilən bu dəhşətli hücum nəticəsində yaşayış binası tamamilə dağılıb, 10 mülki şəxs həyatını itirib və 34 nəfər yaralanıb. Bu hücumun ən acınacaqlı nəticələrindən biri də hər iki valideynini itirən iki yaşındakı uşaqla bağlıdır. Oktyabrın 14-nə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin ümumilikdə 1571 ev və çoxmənzilli yaşayış binası, eləcə də 277 mülki obyekt yararsız vəziyyətə düşüb.

Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı hücumlar etməklə Ermənistan mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Bu, həm də Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək və Azərbaycanı sülhə məcburetmə əməliyyatından yayındırmaq üçün edilmiş bir cəhddir. Ermənistan təkcə mülki əhalini deyil, həmçinin Azərbaycanın və onun beynəlxalq tərəfdaşları, eləcə də qitənin enerji təhlükəsizliyi üçün siyasi və iqtisadi əhəmiyyətə malik olan Azərbaycanın həyati əhəmiyyətli enerji infrastrukturunu, neft və qaz boru kəmərlərini hədəf alır.

İndi açıq-aşkar aydındır ki, Ermənistan strateji cəhətdən əhəmiyyət daşıyan Cənubi Qafqaz bölgəsində mülki şəxslərin həyatını və enerji təhlükəsizliyini riskə qoyaraq burada sülhə və sabitliyə açıq-aşkar təhdid yaradır. Beləliklə, Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır.

Azərbaycanın mülki əhalisi və onun həyati əhəmiyyətli enerji infrastrukturları öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın sülhə məcburetmə əməliyyatlarında qazandığı uğurlar qarşısında Ermənistanın yaşadığı məyusluğa görə cəzalanmamalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları bu cür təhlükəli təxribat əməllərinə qarşı daha diqqətli olmalı və onları kəskin şəkildə pisləməlidirlər.

31 oktyabr

12:53 - "Beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib" - Ali Baş Komandan 10:37 - "Müharibəni faktiki olaraq udmuşuq" - Vahid Əhmədov01:18 - Cenevrədə XİN rəhbərlərinin görüşü başa çatdı - Nələr danışılıb? 00:47 - “Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?00:41 - “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...” - Rusiyalı hərbi ekspert

30 oktyabr

23:43 - Fransa faşistlərinin lideri vuruşmaq üçün Qarabağa gəlir - FOTO21:00 - "Rusiya indiki Qarabağ müharibəsinə qarışmayacaq, əks halda Azərbaycanı itirəcək..." - Aleksandr İsgəndəryan17:35 - Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşdülər - FOTO16:29 - Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI 15:53 - Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində... - FOTO15:50 - Putin Təhlükəsizlik Şurası ilə Qarabağ məsələsini müzakirə etdi15:06 - Bu kəndlər də işğaldan azad edildi14:22 - Düşmənin itkiləri 10 minə yaxınlaşır... – Cəbhə erməni leşi ilə doludur12:21 - Təmkinli Əliyev, özgüvənsiz Paşinyan... - Kimin əlləri daha etibarlı görünür?11:23 - Ermənilər ilk qadın batalyonunun döyüşə göndərir - FOTOLAR10:45 - Düşmənin ötən sutka məhv edilən döyüş texnikası - SİYAHI 01:11 - “Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir” - Erməni separatçılarının ilk liderlərindən biri01:07 - Azərbaycana qarşı döyüşməyə gəlmiş erməni keşiş Qarabağda məhv edildi 00:44 - Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşü haqda00:39 - “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO

29 oktyabr

21:49 - "Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır" 21:45 - "Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir" - Arutyunyan18:31 - "Qarabağ münaqişəsinin asan həll yolu yoxdur" - Putin 14:34 - "News York Times" Bərdəyə hücumdan yazdı 12:34 - “Tərtərə gedirik, atırlarsa, atsınlar” - Hikmət Hacıyev 11:01 - Ceyhun Bayramovun İsveçrə səfəri təxirə düşüb10:57 - Düşmənin ordu komandanının müavini, polkovnik Artur Sərkisyan və mayor Artur Qazaryan məhv edildi01:08 - “Bu mövqeyimə görə həyatımı verməyə hazıram” - Kadırovdan Makrona daha bir bir mesaj 01:04 - "Ermənistan meyitlərini qəbul etmir" - "Tapşırıq vermişəm ki, onları soyuq yerlərdə saxlasınlar"01:01 - “Görün, kiminlə vuruşmağa məcburuq, nə şərəf var, nə ləyaqət” - Ali Baş Komandan