"Sarkisyan masada təslim kağızı qoyub getdi" - Paşinyan ittiham etdi

06 oktyabr, 2022 00:54

Ermənistanın baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarkisyanı Qarabağ danışıqları prosesində ona pis miras qoymaqda ittiham edib.

Baş nazir bu barədə parlamentdəki “hökumət saat”ında çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, Ermənistanın keçmiş prezidentləri və xarici işlər nazirləri özləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıblar.

"Serj Sarkisyanın masanın üzərinə qoyub getdiyi danışıqlar sənədi bu göstəricilər və düsturlarla dəyərləndirilsə, təslim sənədi idi. Serj Sarkisyan masada təslim kağızını qoyub getdi", - Paşinyan bildirib.

Çoxlarının indiki iqtidarı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqda ittiham etdiyini qeyd edən Paşinyan yenə də keçmiş hakimiyyətə istinad edib.

"Aydın qeyd etmək istəyirəm, baxmayaraq ki, mən bunu artıq bir neçə dəfə demişəm. Hansısa hökumət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, bu, Vardan Oskanyanın (Robert Köçəryanın hakimiyyəti dövründə xarici işlər naziri-red.) dövründə edilib. Çünki Ermənistan danışıqlar üçün əsas kimi “Madrid prinsipləri”ni qəbul edəndə, o zaman Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı”, - Paşinyan deyib.

O, bu məsələdə təkcə Oskanyan və ikinci prezident Köçəryanı deyil, üçüncü dövlət başçısı Serj Sarkisyanı və keçmiş xarici işlər naziri Edvard Nalbandyanı da ittiham edib.

Paşinyana görə hakimiyyətdə olmuş sabiqlər hər hansı günahı iqtidarın üzərinə atmağa çalışmamalıdırlar.

“Xüsusilə, Dağlıq Qarabağın təslim olması və kapitulyasiya məsələsində”, - baş nazir əlavə edib.

Paşinyan artıq bu mövzuda dəfələrlə çıxış etdiyini xatırladaraq deyib ki, onun ittihamlarına heç bir əsaslı cavab verilməyib.

“İndi isterik bəyanatlar verməyə ehtiyac yoxdur”, - deyən Paşinyan əlavə edib ki, hakimiyyət hazırda bu bəyanatların nəticələrini idarə etməyə çalışır.

Bundan əvvəl eks-xarici işlər naziri Vardan Oskanyan Ermənistan mediasında məqalə yazıb. O, məqaləsində hazırkı hökumətin xüsusilə beynəlxalq münasibətlər və diplomatiya sahəsində elementar biliyə malik olmadığı bildirib. Oskanyanın fikrincə, Ermənistanın məğlubiyyət və itkilərini də məhz bu hal şərtləndirir. O hesab edir ki, baş nazir Nikol Paşinyan 2018-ci ilin mayında hakimiyyətə gəldikdən sonra Qarabağ məsələsində bir sıra ölümcül səhvlərə yol verib.

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...