Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?

18 avqust, 2022 10:45

İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış Ermənistanın siyasi gündəminə ciddi təsir göstərməkdədir. Belə ki, Ermənistanın hazırkı hakimiyyətinə yaxın media vasitələri hadisənin arxasında Rusiyanın və onun Ermənistandakı əlaltılarının olduğuna dair eyhamlar vururlar. Həmçinin, qeyd edirlər ki, məhz Rusiya və onun himayə etdiyi qüvvələr partlayışın faciəli nəticələrindən istifadə etməyə çalışırlar.

Əslində, Paşinyan hökuməti tərəfdarlarının ittihamlarını əsassız saymaq doğru olmazdı. Ən azından ona görə ki, hələ 44 günlük müharibədən yaxşı tanıdığımız rusiyalı “muzdlu” hərbi jurnalist, Moskvadakı erməni lobbisinin xidmətçisi Semyon Peqov partlayışla bağlı müxtəlif təxribat xarakterli məlumatlar paylaşıb.

O, öncə partlayışın qatı anti-Rusiya mövqeli ekstremist “sasna tsrer” təşkilatı tərəfindən törədildiyini iddia edib. Daha sonra hadisənin miqyasını şişirdərək, partlayış nəticəsində az qala yüzlərlə insanın öldüyünü, onların arasında uşaqların da olduğunu bildirib. Faciədən Ermənistan hakimiyyətini ittiham etmək üçün bəhanə kimi istifadə edən Peqov və onun şəriki Mika Badalyan, eləcə də digər Rusiya təbliğatçıları bununla da əhali arasında panika yaymağa çalışıblar.

Buna paralel olaraq, Ermənistandakı rusiyapərəst siyasi müxalifət də bu faciədən siyasi alət kimi istifadə etməyə çalışır. Burada bir məqam da qeyd olunmalıdır ki, sentyabr ayında İrəvanda şəhər şurasına seçki keçiriləcək və yeni mer müəyyənləşdiriləcək. Bu baxımdan sözügedən partlayış həmin seçkinin nəticələrinə də ciddi təsir göstərə bilər. Hətta hakimiyyət daxilində belə hazırda bu post uğrunda çəkişmə olduğu bildirilir.

Belə ki, Paşinyanın sabiq müavini Tiqran Avinyan mer postuna əsas namizəd sayılır. Lakin partlayış yerinə gələn Avinyan özünü hakim partiyanın namizədi kimi təqdim etməklə, ciddi ittihamlara məruz qalıb və siyasi qalmaqala səbəb olub. Belə ki, müxalif qüvvələr onu bu faciədən öz siyasi reklam kampaniyası üçün istifadə etməkdə günahlandırıblar. Həmçinin, onun bu davranışı hakimiyyət daxilində mer postu uğrunda gedən savaşın təzahürü hesab edilir.

Maraqlıdır ki, Paşinyana yaxın bloqerlər də qarşı tərəfi, xüsusilə birbaşa Rusiyanı ittiham etməkdən çəkinmirlər. Hətta ilk olaraq xəbər yayılıb ki, partlayışdan bir neçə saat əvvəl bəzi Rusiya KİV-lərində artıq həmin partlayışın baş verdiyinə dair məlumatlar yayılıb. Bu isə hadisənin əvvəlcədən planlaşdırıldığına dair qənaət yaradır. Lakin sonradan belə bir məlumatın yayıldığı təkzib olunub. Ancaq istənilən halda, erməni cəmiyyətində son zamanlar Rusiyaya qarşı yaranan mənfi münasibət bu faciə fonunda kəskin şəkildə özünü büruzə verməyə başlayıb. Ermənilər bu hadisədə Rusiyanın əli olduğuna inanmağa daha çox meyllidirlər.

Məşhur “Telegram” kanallarından olan “Baqramyan-26” isə Rusiyanın Ermənistandakı səfirliyini ölkədə aranı qarışdırmaqda, siyasi qarşıdurmanı qızışdırmaqda, bu faciədən istifadə edərək, Paşinyan hakimiyyətini gözdən salmaqda ittiham edib. 

İş o yerə çatıb ki, bütün bunlara cavab olaraq, Rusiya səfirliyi xüsusi etiraz bəyanatı ilə çıxış edib və hətta Ermənistan XİN-ə nota göndərib. Səfirlik “Surmalu”-dakı partlayışda Rusiyanın adının hallandırılmasına etiraz edib və bildirib ki, “bu hadisədən istifadə edən siyasi qüvvələr Rusiya-Ermənistan münasibətlərinin pozulmasına yönələn təxribatlarla məşğuldurlar”.

Təbii ki, “siyasi qüvvələr” deyilərkən Paşinyan hakimiyyəti və ona yaxın dairələr nəzərdə tutulur.

Bir sözlə, avqustun 14-də baş vermiş partlayış təkcə İrəvanı deyil, Ermənistanın daxili siyasi həyatını və ermənilərin Rusiyaya qarşı onsuz da pisləşən münasibətini də silkələyib(azpolitika.info).

06 oktyabr

20:37 - "Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təqdim edib" - Zaxarova20:30 - "2-3 ay ərzində İrəvan Donbas və ya Dəməşqin taleyini təkrarlaya bilər" - Erməni politoloq17:15 - Əliyev, Ərdoğan və Paşinyan bir arada: Tarixi görüş - FOTOLAR 17:14 - Ərdoğan Makronu "Türk Birliyi"nə dəvət etdi - "Səni də "Türk Birliyi"nə alaq17:12 - Praqada Zirvə Toplantısı başladı - FOTOLAR 14:10 - Bu gün sülh müqaviləsi imzalanacaq? - Amerikalı ekspertlər "yox" deyir13:06 - Edilli kəndindəki mənzərəyə Fransa parlamentindən reaksiya...12:15 - Ermənistan parlamenti növbədənkənar sessiya çağırdı10:53 - Praqa görüşü tamamilə fərqli olacaq10:51 - Bu gün Praqada Ərdoğanla Paşinyan görüşəcək - Gözlər Praqada10:48 - İrəvanda ən ağıllı siyasətçi kimdir?00:54 - "Sarkisyan masada təslim kağızı qoyub getdi" - Paşinyan ittiham etdi00:49 - "Tərtər işi" ilə bağlı bəraət almış 18 nəfərin  - Adı və rütbələri

05 oktyabr

15:55 - Ukrayna İran PUA-larını niyə çətinliklə vurur?15:54 - Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədi15:51 - "Biz Minsk qrupunun yenidən canlandırılması səylərini dəstəkləyə bilmərik" - Prezident13:49 - "Ermənistan Azərbaycanı lazımınca qiymətləndirmədi və bunun əvəzini ödədi" - Prezident12:50 - İran narkotacirləri ilə müəyyən dövlət qurumlarındakı əlaqəli şəxslər ifşa olunmalıdırlar - Bakı narkotikdən təmizlənir, bəs bölgələr?12:23 - "Ermənilər Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar" - İlham Əliyev11:26 - "Çin Sibiri ələ keçirə bilər" - "The Hill" nəşri09:47 - Rusiya ilə Qazaxıstan arasında diplomatik qalmaqal - SƏBƏBLƏR09:44 - "Bakı bu məsələdə israr edir, İran hazır olmalıdır" - Hidayəti09:35 - Lotereyada qalib olan şəxsin sevincdən ürəyi getdi: "Güclə ayıltmışıq" - VİDEO 08:12 - "Sülh müqaviləsində "Artsax" sözü olmamalıdır" - Simonyan01:27 - Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən  - AÇIQLAMA

04 oktyabr

16:51 - "Zəngəzur dəhlizi məhz Rusiyaya lazımdır" - Paşinyan ailəsinin qəzeti15:56 - Deputat oğlunun oğurlanmasının yaratdığı şok - Ölkədən aparılan milyonları kimlər "yeyəcək"?15:53 - Pəhləvinin oğlu Rza Pəhləvi: "İrandakı rejim devrildikdən sonra..." - "Yerusəlim Post" nəşri14:02 - Qarabağda hakimiyyətin Ruben Vardanyana ötürülməsi prosesi başlayıb13:58 - Xocavənddə kütləvi məzarlıq - FOTOLAR