Azərbaycanlılardan Britaniya parlamentinə və nazirə müraciət

06 avqust, 2022 18:34

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb.

Həmçinin məlumatda, Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilir:

“Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək”.

Qeyd olunub ki, bu təxribat diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxarıb və ev sahibi ölkə beynəlxalq hüquqi öhdəliklərə uyğun olaraq təhlükəsizlik tədbirləri görməlidir:

“Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır”.

Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplaşmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR