Dörd ayın əsgəri gənc sayılır?

04 avqust, 2022 15:46

Ötən gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Şəhid Anar Kazımovun 4 ayın əsgəri olması sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Belə ki, istifadəçilər dörd ayın əsgərinin hələ hərbi təcrübəsinin az olduğunu, onun Azərbaycan ordusunun ön mövqelərində xidmət aparmalı olmadığını bildirirlər. Bəs görəsən bununla bağlı hərbi ekspertlər nə düşünür? 

Azsiyaset.com xəbər verir ki, qafqazinfo.az məsələ ilə bağlı hərbi ekspertlər Alp Arslan İmamqulu və Şair Ramaldanovun fikirlərini öyrənib.

Alp Arslan İmamqulu qeyd edib ki, hərbi xidmət keçmək haqqında əsasnamədə kimin harada və necə xidmət aparacağına dair hər hansı bir müddəa yoxdur: “Ona görə də xidmətə cəlb olunan şəxslər qanunvericiliyə uyğun olaraq xidmət keçmək üçün müəyyən istiqamətlərə göndərilə bilər. Allah şəhidimizə rəhmət etsin. Şəhidlər daima diridir. Onlar müqəddəsdir. Torpağı vətən edən məhz şəhidlərimizdir. Bu gün hərbi xidmət keçərkən müxtəlif səbəblərdən (qəza nəticəsində, özünəqəsd, ehtiyatsızlıqdan və s.)  dünyasını dəyişənlər olub. Bu gün bizim şəhidimiz bölgədə olan silahlı qruplaşmaların törətdiyi cinayət nəticəsində şəhid olub. Şəhidlik mərtəbəsi çox yüksək və alidir”.

Hərbi analitik vurğulayıb ki, şəhid Anar Kazımovun xidmət keçdiyi yer ön xətt olmayıb: “Azərbaycanın daxili ərazisidir. Bu, bir terror aktıdır. Terror aktı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Bakı və ya Şəkidə - hər yerdə ola bilər. Anarın xidmət keçdiyi bölgədə hazırda qayıdış planı çərçivəsində inşaat işləri gedir, logistika fəaliyyətləri həyata keçirilir. Həmin bölgələrdə Azərbaycan Ordusu ilə yanaşı DİN və digər qurumların hərbi qulluqçuları da xidmət edirlər. Onlar təhlükəsizliyimizin təminatçısı olaraq müqəddəs vəzifəni yerinə yetirirlər”.

Ekspert vurğulayıb ki, bu günlərdə yeni hərbi xidmətə qatılan şəxsin Laçın, Kəlbəcər və digər ərazilərdə xidmət keçməsinə dair müzakirələrin aparılması yanlışdır: “Cəmiyyətdə gənc və ya köhnə əsgərlərə dair çox yanlış müzakirələr aparılır. Hərbi qulluqçuların müəyyən xidmət yolu var və təməl hazırlıqları keçdikdən sonra xidmət yerlərinə göndərilirlər. Yerindən asılı olmayaraq, istənilən ərazimizdə təhlükəsizliyi və asayişi təmin etmək üçün Ordumuz və digər müvafiq qurumlar xidmət aparırlar. Onların cavabdehlik bölgələrində hər hansı bir cinayət və ya terror aktı törədilirsə, mütləqdir ki, qətiyyətli cavabı olacaqdır”.

Hərbi ekspert Şair Ramaldanov isə qeyd edib ki, sosial şəbəkədə bu tip müzakirə aparan şəxslərin özləri bilmir ki, gənc əsgər kimə deyirlər: “Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir. Bu təkcə bizdə deyil, bütün ölkələrdə belədir. Ümumiyyətlə, Azərbaycan Ordusunda əsgərlərimiz üç ay müddətdən sonra öz vəzifələrini icra edirlər. Bu üç ay ərzində onlar gənc əsgər sayıla bilər. Nəzərə alsaq ki, ali məktəbi bitirən çağırışçılarımız bir il hərbi xidmət keçməlidir. Əgər dörd ay ərzində o, gənc əsgərdirsə, onda əsgər nə vaxt olacaq? Yəni bu, bir az məntiqsiz yanaşmadır”.

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri11:29 - İrandan narkotik gətirmə cəhdi - Qaçaqmalçılar yaxalandı00:34 - Trampa cinayət işi açıla bilərmi?00:31 - Slovakiya səfiri Azərbaycanda yaşayan slavaklardan danışdı - Onlar Bakıda nə ilə məşğul olublar? 00:28 - Çinin hansı istəyi ciddiləşir? - Tayvandan kritik mesaj00:22 - İlham Əliyev və Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edirlər - CANLI YAYIM00:20 - Ərdoğan İlham Əliyevlə görüşdü...