"Hakimiyyət ictimaiyyəti yeni güzəştlərə hazırlayır" - Erməni siyasətçi

03 avqust, 2022 14:53

Ermənistan müxalifətinin nümayəndələri hesab edirlər ki, hakimiyyət mümkün müharibə ilə bağlı danışıqları aktivləşdirməklə ictimaiyyəti yeni güzəştlərə hazırlayır.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin bitdiyini iddia etməsinə baxmayaraq, reallıq bunun əksini sübut edir...

Ötən gün Yunanıstan qəzetinə müsahibəsində xarici işlər naziri Ararat Mirzoyan baş nazir Paşinyanın son onlayn mətbuat konfransında ifadə etdiyi narahatlığı təkrarlayaraq, “Azərbaycan genişmiqyaslı təxribata cəhd edə bilər” deyib.

Ermənistan XİN rəhbəri vurğulayıb ki, dünyanın diqqəti Ukraynaya yönəldiyi zaman Azərbaycan istənilən vaxt genişmiqyaslı təxribata cəhd edə bilər.

Müxalifətin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan burada ictimaiyyətə açıq-aşkar təhqir görür. - "Bu güzəştlər nəyə görədir, hazırda nədən danışılır?"

Bu güzəşt alternativ yol nəticəsində açıq-aydın Azərbaycanın nəzarətinə keçəcək Berdzor, Ağavno və Sus vəb kəndlərdir. İkincisi, şərti regional blokun açılması prosesidir ki, bu proses çərçivəsində Azərbaycan dəhliz ideyasının reallaşmasına nail olmağa çalışır və Ermənistan hakimiyyəti hələ də ən azı açıq şəkildə müqavimət göstərir. Üçüncüsü isə artıq Azərbaycan qoşunlarının sərhədin müxtəlif hissələrində əlverişli mövqelər tutması ilə bağlıdır.

44 günlük müharibədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyası sülh dövrünün açılması gündəmi ilə növbədənkənar parlament seçkilərinə qatılıb.

“Hayastan” fraksiyasının deputatı İşxan Sağatelyan iddia edir ki, Paşinyan seçkiqabağı dövrdə sadəcə olaraq xoş bəyanatlarla vətəndaşlara səs qazandırıb. Onun və komanda yoldaşlarının müharibə ehtimalı ilə bağlı açıqlamaları isə sübut edir ki, “sülh dövrü çöküb”.  “Sülh vədi müharibədən sonrakı ölkədə insanlar üçün çox cazibədar idi və o da bu səbəbdən səs topladı. Bir il keçdi, deyir, ümid etmə, təminat yoxdur. Bir ildir deyirik ki, bu adam yalan danışır, müharibədən sonrakı eyni vəziyyətdəyik, sülh də saxta, süni gündəmdir, çünki sən ancaq öz ölkəni, vətənini qorumağa hazır olanda sülhə nail ola bilərsən. Yəni seçkilər zamanı o, Artsaxa öz müqəddəratını təyin etmək və sülh vəd edib, təkrar seçkidən sonra isə hər ikisindən imtina edib”.

Baş nazir Nikol Paşinyan 3 saatdan çox davam edən onlayn mətbuat konfransında bir neçə dəfə Azərbaycanın müharibəyə başlaya biləcəyindən danışıb, Azərbaycanın qeyri-konstruktivliyini, təklif və görüşlərdən yayındığını vurğulayıb. - “Mənim qiymətləndirməm bir şeydir: bu, Ermənistana qarşı yeni müharibənin legitimliyini formalaşdırmaq üçün edilir”.

Rəsmi deputatlar ümumiyyətlə baş nazirin və xarici işlər nazirinin açıqlamalarını şərh etməkdən imtina edirlər. Yalnız Vigen Xaçatryan qısaca reaksiya verərək bildirib ki, onlar heç vaxt bunun asan olacağını deməyiblər, lakin sülh erası onların gündəmində qalmaqda davam edir. - “Dövrlə bağlı mövqe ifadə edildi ki, fəsadlar ola bilər, güclü əzm və iradə lazımdır. Bütün deyilənlər, yeni heç nəifadə etmir. Sadəcə, müxalifətçilər deyilənləri indi başa düşüblər. Heç bir ziddiyyət yoxdur”.

Müxalifət də müharibə ehtimalını görür. “Ermənistan” fraksiyasının deputatı Sağatelyan isə qeyd edir ki, onlar heç vaxt bunun əksini iddia etməyiblər və ictimaiyyətlə səmimi olublar. “Mənim şərəfim var” dan Tiqran Abrahamyan isə hakimiyyətin bu bəyanatlarından sonra konkret hazırlıq addımlarının atılmasını vacib sayır, hakimiyyət isə bunu görmür. 

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri11:29 - İrandan narkotik gətirmə cəhdi - Qaçaqmalçılar yaxalandı00:34 - Trampa cinayət işi açıla bilərmi?00:31 - Slovakiya səfiri Azərbaycanda yaşayan slavaklardan danışdı - Onlar Bakıda nə ilə məşğul olublar? 00:28 - Çinin hansı istəyi ciddiləşir? - Tayvandan kritik mesaj00:22 - İlham Əliyev və Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edirlər - CANLI YAYIM00:20 - Ərdoğan İlham Əliyevlə görüşdü...