Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"

25 iyun, 2022 18:51

“G-7 liderlərinin bazar günü Bavariyada bir araya gələcəkləri gözlənilir. Bu görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişatı və onun nəticələri müzakirə olunacaq. Hazırda Ukraynanın şərqində müharibənin davam etdiyi bir vaxtda, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların effektivliyinin artırılması Prezident Bayden və onun Almaniya, Yaponiya, İtaliya, Böyük Britaniya, Kanada və Fransadan olan həmkarlarının daxil olduğu qrup üçün təcili prioritetə çevrilib. Onlar başa düşməlidirlər ki, G-7 ölkələrinin Avropanın Rusiyadan neft idxalını əngəlləmək səyləri qısa müddətdə səmərə vermədiyi üçün, bu qərarda dəyişikliyə getmək çox vacibdir”.

Bunu ABŞ-ın “The Washington Post” nəşri yayımladığı məqələdə bildirib. “The Washington Post” həmin məqalədə bir sıra maraqlı məqamlara toxunub və Rusiyanın artan neft gəlirlərinə diqqət çəkib. Sözügedən məqalənin bir hissəsini oxuculara təqdim edirik:

“Hazırda ABŞ və Kanada Rusiyadan neft idxalına qadağa qoyub. Əslində bu neftlə zəngin olan iki ölkə üçün nisbətən asan bir qərardır. Ancaq xam neft idxalının 29 faizini Rusiyadan alan Avropa İttifaqının 27 üzvü üçün belə bir qərar qəbul etmək olduqca çətindir. Dünya İqtisadi Forumunun məlumatına əsasən, Aİ üzvləri 2021-ci ildə Vladimir Putinin dövlət neft şirkətinə 108 milyard dollar vəsait ödəyiblər. İyunun 3-də Avropa Birliyi Rusiya xam neftinə qadağa qəbul etsə də, bu qərar dəniz yolu daşımalarında dekabrın 5-dən, digər neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən sonra qüvvəyə minəcək.

Hazırda Avropanın alternativ bir variantı yoxdur. Avropa dövlətləri minimum həcmdə olsa belə, Rusiyadan neft idxal etməyə məcburdur. Finlandiyanın Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, müharibənin başladığı 24 fevral tarixindən indiyə qədər Avropa dövlətləri Rusiyadan 33 milyard dollarlıq xam neft idxal edib. Beynəlxalq Enerji Agentliyi qeyd edir ki, Rusiyanın neft gəlirləri son 5 ayda faktiki olaraq 50 faiz artaraq, ayda 20 milyard dollara çatıb. Buna görə də, neftdən gələn qazanc Rusiya iqtisadiyyatına Qərbin sanksiyalarına tab gətirməkdə kömək edir.

ABŞ-ın maliyyə naziri Canet L. Yellen yerli mətbuata açıqlamasında bildirib ki, onlar ABŞ və Ukraynanın digər himayədarlarıyla birlikdə Rusiya neftinin daşınması üzərində Qərbin sığorta və maliyyə nəzarətindən istifadə edərək, Rusiya neftinin real dəyərini bir qədər azaltmağa çalışacaqlar. Bu plan işə yarasa, o zaman Rusiya idxal etdiyi neftdən daha az pul qazanacaq. Hazırda Baydenin G-7 liderlərini bu planın nəticə verəcəyinə inandırması, Ukraynaya kömək edə biləcəyi ən yaxşı yollardan biridir”.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR