Rusiyaya casusluq edən deputat ifşa olundu

24 iyun, 2022 16:47

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyat şəbəkəsi ilə əməkdaşlıq edən deputat ifşa edilib. Şəbəkəyə cəlb edilənlər arasında Ukraynanın xalq deputatı Andrey Derkaçın olması ölkədə ciddi rezonans doğurub. O, Ukraynanın ələ keçirilməsində düşmənə kömək etməliymiş.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.

QRU-nun agent şəbəkəsinə cəlb olunan deputat Andrey Derkaç barəsində ibtidai istintaq başlayıb.

Məlumata görə, deputatın keçmiş köməkçisi İqor Kolesnikov artıq saxlanılıb. O, Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə deputat arasında vasitəçi və maliyyə kuryeri imiş.

Kolesnikov istintaqa bildirib ki, deputat Andrey Derkaç 2016-cı ildə Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınıb. QRU-nun yüksək rəhbərliyi - şöbə müdiri İqor Kostyukov və birinci müavini Vladimir Alekseyev şəxsən ukraynalı deputatla işləyirmiş.

Məlumata görə, Andrey Derkaç Rusiya Baş Kəşfiyyat İdarəsindən şəxsi təhlükəsizlik strukturlarının yaradılması üçün külli miqdarda vəsait alıb. Planlarını həyata keçirmək üçün QRU bir neçə aydan bir ona 3-4 milyon ABŞ dolları ayırırmış, bu vəsaitin əhəmiyyətli hissəsi isə Derkaçın cibinə gedib.

Kolesnikov istintaqa bildirib ki, plana görə, Rusiya qoşunlar Ukrayna şəhərlərinə daxil olanda Andrey Derkaçın yaratdığı özəl mühafizə şirkətlərinin əməkdaşları Rusiya bayraqları ilə zirehli maşınlara oturmalı və hərbi texnikanın maneəsiz keçidini təmin etməliymiş.

Onun sözlərinə görə, Kiyevin ələ keçirilməsi zamanı QRU Belarus ərazisindən gələn iki xüsusi təyinatlı və xüsusi əməliyyat qüvvələri briqadasından istifadə etməyi planlaşdırıb. Oradan sürətlə Kiyevə doğru irəliləyib, hökumət məhəlləsini ələ keçirmək və Ali Radada yeni hökumətin yaradılmasına səs verəcək toplantı çağırmaq planlaşdırılıb. Xoşbəxtlikdən ukraynalı müdafiəçilər bu planları alt-üst ediblər.

Bu agent şəbəkəsində əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaq hərəkətləri davam etdirilir.

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR