"Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."

24 iyun, 2022 09:48

"Əgər siz Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə, özünüzü manevr hüququndan məhrum edirsiniz”.

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan prezidentinliyinin 100 günü münasibətilə ölkə ictimai televiziyasına müsahibəsində deyib. Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayindələri hökumətin məhz belə bir bəyanat verməsini tələb edirlər.

Onlar hesab edirlər ki, Ermənistan baş naziri Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasına qarşı deyil. Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarını təmin edən istənilən status məqbul sayıla bilər.

Azatutyun yazır ki, hökumət Qarabağ münaqişəsinin hələ də tənzimlənmədiyini bəyan edir, lakin Qarabağ üçün statusun necə ola biləcəyini də açıqlamır. Ermənistan prezidenti Vaaqn Xaçatryan iyunun 23-də Ermənistan ictimai televiziyasına müsahibəsində deyib:

“Əgər siz bunu bəyan edirsinizsə, sadəcə olaraq manevr hüququndan məhrum olursunuz. Biz siyasəti və diplomatiyanı populizm və ictimai bəyanatlardan fərqləndirə bilməliyik. Biz bunu etmirik və bunları qarışdırmırıq. Adamları, xüsusilə də danışıqlar prosesində iştirak edən və ölkəmiz üçün məsuliyyət daşıyan şəxsləri belə imkandan məhrum etmək lazım deyil. Baş nazir bunu açıq demək üçün özündə cəsarət tapıb. Bunun nəyi pisdir? Hər şeyi açıq demək olmur. Bizim müxalifətimiz də bunu çox yaxşı bilir. Çünki müxalifətdə elə adamlar var ki, belə situasiyaya düşüblər. Bu mənada onların davranışları məndə suallar yaradır”.

Ermənistan parlamentindəki iki müxalifət fraksiyası – Hayastan və “Şərəfim var” fraksiyasından olan deputatlar prezident seçkisi ilə bağlı müzakirə və səsverməni boykot etmişdilər. Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Lilit Qalstyan deyib ki, Vaaqn Xaçatryan bu müsahibəsi ilə bir daha heç də bütün ermənilərin yox, hakim “Vətəndaş müqaviləsi” partiyasının prezidenti olduğunu isbat edib:

“Artsax (Qarabağ-red) konteksti yenə də bütünlüklə indiki hakimiyyətin və ya “Vətəndaş müqaviləsi” partiyasının Artsax (Qarabağ-red) siyasətinə uyğunlaşdırılır. Onlar plankanı endiriblər, çünki Artsaxın (Qarabağ-red) öz müqəddaratını təyinetmə hüququnu beynəlxalq səviyyədə müdafiə etməyə sisyasi baxımdan qabil deyillər. Fakt faktlığında qalır. Artsaxın (Qarabağ-red) öz müqəddaratını müəyyən etmək hüququ – beynəlxalq hüquqdur, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının beynəlxalq aləmdə tanınmış 10 mühüm prinsipindən biridir, amma danışıqlar prosesinin çərçivəsindən kənarda qalıb”.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?