Yunanıstandan daha bir təxribat - Beynəlxalq hüquqa zidd olaraq bu adaya əsgərlər yerləşdirib

23 iyun, 2022 01:11

Yunanıstan Bodrum yarımadasının səkkiz kilometr cənub-qərbində yerləşən Keçi adasında (Pserimos) beynəlxalq hüquqa zidd olaraq əsgərlər yerləşdirib və silahlandırma aparıb.

Bununla bağlı görüntülər Anadolu Agentliyi (AA) tərəfindən lentə alınıb.

Egey dənizində Oniki Adalar kimi tanınan Batnoz, Lipsi, İleriye, Kelemez, Kos, İncirli, İstanbulya, İləki, Herke, Kerpe, Çoban, Sömbeki, Rodos və Meisin də olduğu bölgədə statusu müəyyən olunmayan bəzi qayalıq ərazilər və adalar var. Bunlardan biri olan Keçi adası Bodrumun Turqutreis səmtinə ən yaxın adadır.

Beynəlxalq hüquqa görə, məskunlaşma üçün bağlı olan və hərbiləşdirilmənin qadağan edildiyi adalar arasında olan Keçi adası ötən günlərdə Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin səfəri ilə gündəmə gəlib.

Yunan mediasında geniş yer alan bu səfərdə Miçotakis sosial media hesabında adada çəkilmiş Yunanıstan bayrağını “Egenin mavisi bayrağın mavisi ilə birləşir” başlığı ilə paylaşıb.

Keçi adasında yaxından keçən qayıqdan, yaxtalardan və gəmilərdən də rahat görünən helikopter meydançası, ardınca yolu kəsən beton maneə, bir-birinə bənzər dörd ədəd modul tipli obyekt, mühafizə və müşahidə qüllələri, ötürücülər, su çənləri və Günəş enerjisi sistemləri müşahidə olunur.

Adada tikinti aparılan ərazidə, xəndək və ya sığınacaqları xatırladan daş konstruksiyaların ətrafında kamuflyaj geyimdə yunan əsgərlər var. Bəzi əsgərlərin tikililər qarşısında dincəldikləri görünsə də, patrul və növbətçi əsgərlər də diqqət çəkir.

Peykdən çəkilən fotoşəkillər göstərir ki, adanın arxasındakı sahildə başqa bir helikopter meydançası var. Bu əraziyə enən yolun da dəmir çarpaz maneələrlə bağlanması fotoşəkillərdə öz əksini tapıb.

Beynəlxalq müqavilələrə əsasən, Oniki Adaların hüquqi statusundan çıxarılan və məskunlaşmaya bağlı, silahsız qalmalı olan Keçi adasında çəkilmiş Yunanıstan bayrağı da diqqət çəkir. Bayrağın hər iki tərəfində kamuflyajlı səngərlərdə artilleriya batareyaları asanlıqla görünür.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iyunun 3-də İstanköy və İstanbulya adalarında keçirilən proqramlara qatılması, Keçi adasına gedərək oradakı polis bölməsi, sağlamlıq mərkəzi və sahil mühafizə idarəsinə baş çəkməsi xəbərləri yunan mətbuatında dərc olunmuşdu.

Terror və təhlükəsizlik üzrə mütəxəssis, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan qərargah polkovniki Gürsel Tokmakoğlu bölgədən çəkilən görüntülərə münasibət bildirib.

Keçi adasının əsas quru sahədən uzaqlığına görə Lozanna müqaviləsinin 12-ci maddəsinə əsasən, Türkiyəyə aid olduğunu bildirən Tokmakoğlu qeyd edib ki, yunanlar adanı mənimsəyiblər.

“Adamızı mənimsəyiblər. Beynəlxalq hüquqa görə, bu bayraq cinayətdir. “Bayrağı buradan yığışdırın, yoxsa biz nə lazımdırsa, edəcəyik” demək gərəkdir. Bu, çox ciddi bir məsələdir. Burada Lozanna müqaviləsinin suverenlik hüququna dair bəndlərinin pozulduğu görünür. Bu bayraq hər şeyi deyir”, - deyə Tokmakoğlu vurğulayıb.

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?