Özbəkistanla Anlaşma Memorandumu: Mediamızın qlobal əhəmiyyəti artır - TƏHLİL

22 iyun, 2022 15:58

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı iki ölkənin münasibətlərinin bütün sahələr üzrə strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm sənədlər imzalandı. Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında imzalanan anlaşma memorandumu ilə iki ölkənin media sahəsində də dərin əməkdaşlığının əsası qoyuldu.

Bu sənədin imzalanmasının mühüm amilləri var. Hər şeydən öncə Azərbaycan mediasının fəaliyyət traektoriyası artıq beynəlxalq arenaları əhatə edir. Beləliklə, ölkə daxilində peşəkar medianın inkişafının təşviq edilməsinə paralel olaraq, mediamızın sərhədlərimizdən kənarda da fəaliyyəti genişlənəcək.

Bununla yanaşı, təcrübə mübadiləsi imkanları genişlənəcək, xüsusilə Azərbaycan mediasındakı təcrübənin Özbəkistan mediası tərəfindən öyrənilməsi nüfuz və imicin güclənməsi baxımından əhəmiyyətlidir. Bunu mediamızda həyata keçirilən köklü islahatların qısa zamanda bəhrəsi hesab edə bilərik. 

Vaxtilə xaos vəziyyətin mövcud olduğu mediamız köklü islahatlar nəticəsində qısa müddətdə toparlandı və səsi artıq beynəlxalq arenalardan gəlir.

Azərbaycan və Özbəkistan arasında media sahəsi üzrə anlaşmanın əldə edilməsinin ən mühüm məqamlarından biri türk dünyasının inteqrasiyasıdır.

Bundan öncə Azərbaycan qardaş Türkiyə ilə media sahəsində fəaliyyətini koordinasiya etməyə başlamışdı. Bu ortaq fəaliyyət digər türkdilli ölkələr üçün də nümunəyə çevrildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində Media Koordinasiya Mərkəzinin (MKM) yaradılması ideyası hər gün daha da aktullaşır. 

Media Koordinasiya Mərkəzinin yaradılması ideyası olduqca əhəmiyyətlidir. Bu imkan verəcək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələri media sahəsi üzrə təcrübə mübadiləsi aparsın. O cümlədən, türk dünyasının informasiya məkanında milli maraqların qorunması, informasiya müharibəsində güclərin birləşdirilməsi və ortaq fəaliyyətin qurulması imkanları da var.

44 günlük Vətən Müharibəsində Azərbaycan və Türkiyə mediasının ortaq fəaliyyəti uğurlu presedentlərdəndir. Bura digər türk dövlətlərinin də daxil edilməsi informasiya sahəsində də güclənməyimizə şərait yarada bilər.

Medianın İnkişafı Agentliyinin Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi ilə imzaladığı anlaşma memorandumuna bu kontekstdə də baxa bilərik. Türkiyə mediası ilə koordinasiyalı fəaliyyətini təşkil edən Azərbaycan mediası artıq daha bir türk dövləti ilə analoji addımı atır. Bu, həm Azərbaycanın informasiya sahəsində fəaliyyətinin güclənməsi, həm də türk dünyasının ortaq fəaliyyətinin qurulması üçün tarixi addımlardan biri hesab edilə bilər.

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?