Qazaxıstana qarşı ərazi iddiası planı hazırlanır - Rus politoloq

21 iyun, 2022 00:57

Rusiya Prezidenti Vladimir Putin həftəsonu Sankt-Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə insidenti müxtəlif çevrələrdə müzakirə edib.

Bunu rusiyalı politoloq Valeri Solovey deyib.

“Cümə axşamından etibarən və ondan sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya Prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və niyə belə bir şeyə layiq olduğunu anlamağa çalışıb. Putin “Şərq mənşəli” Qazaxıstan prezidentini məzəmmət edib. Çünki ənənələrə görə, qonaq ev sahibinə hörmət etməli və aşağılayıcı ifadələrə yol verməməlidir”, – o bildirib.

Solovey qeyd edib ki, Putin möhkəm inciyib və bazar günü Tokayev üçün “hədiyyələr hazırlamağı” əmr edib:

“Hələ ki, ciddi və konkret heç nə ifadə olunmayıb, lakin bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə tapşırıq verilib. Yaxın gələcəkdə mütləq Qazaxıstanın şimal ərazilərinə dair məsələ qaldırıla bilər. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları da sayıq olmalıdırlar, eləcə də qazax sərmayəçiləri. Hələ ki, dəqiq göstəriş yoxdur, amma prezidentin ətrafından səlahiyyətli yoldaşlardan təkliflər daxil olur”.

Qeyd edək ki, iyunun 17-də Qazaxıstanın rəhbəri Qasım-Jomart Tokayev Kremlin nəzarətində olan Luqansk və Donetsk “xalq respublikalarının” “müstəqilliyini” tanımaqdan imtina edərək, “respublikaları” “kvazidövlət əraziləri” adlandırıb. O, ölkədə qış etirazları zamanı Rusiyanın guya Qazaxıstanı “xilas etdiyi” haqda bəyanatı da tənqid edib. Tokayevin sözlərinə görə, bunu Rusiya deyil, KTMT edib.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı