“Fransa 300 ildə 30-dan çox ölkəni işğal edib” - Sərdar Cəlaloğlu

03 oktyabr, 2020 13:16

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa və onun prezidenti Emmanuel Makronun münaqişəyə dair son mövqeyi ciddi etiraz doğurur. Çünki Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləməli olan həmsədr dövlətin başçısı “Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik” bəyanatını verməklə işğalçı Ermənistanı dəstəkləmiş olub.

Maraqlıdır, Fransa Prezidentinin tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına, neytral vasitəçilik missiyasına nə dərəcədə uyğundur?

Azsiyasət.com xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında bildirib:

"Bu, təcrübəsizlikdən deyil, Fransanın öz tarixi təcrübəsindən və ənənəvi türk düşmənçiliyindən qaynaqlanır. Əgər Fransanın tarixinə baxsaq, görərik ki, fransızlar son 300 ildə təxminən 30-dan çox dövləti işğal edib, milyonlarla günahsız insanı öldürüb. İngiltərə ilə 100 il müharibə aparıblar. Təkcə Vyetnam ilə 10 il müharibədə olub. Almanlarla müharibədə 7 gün ərzində bütün Fransa işğal olundu və 4 il fransızlar öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparsalar da,  ciddi nailiyyət əldə etmədilər. Sadəcə müttəfiqlər prosesə qoşulduqdan sonra Fransa işğaldan azad olundu. Fransa Ermənistanı ona görə dəstəkləyir ki, uzun müddət dövlətləri işğal edərək istismar etmə təcrübəsi var. Hələ bu günün özündə də Fransa Almaniyanın müəyyən torpaqlarını işğal edib. Onlar Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini başa düşmürlər. Çünki özləri öz torpaqlarını işğaldan azad edə bilməyiblər. Fransanın cənubunda Korsika var ki, xüsusi statuslu bölgədir. Korsikalılar ya müstəqil olmaq, ya da İtaliyaya birləşmək istəyirdilər. Uzun illər fransızlar onlara hər cür hərbi və siyasi yolla təzyiq göstərdilər və bu prosesə imkan vermədilər. Yəni Makron öz ölkəsinin təcrübəsindən çıxış edərək məlum mövqeyi ortaya qoyur. Əslində, burada təzə heç bir şey yoxdur. Fransadan başqa heç nə gözləmək olmaz”.

Minsk qrupu artıq faktiki olaraq buraxılmışdır

Həmsöhbətimiz vurğulayıb ki, artıq müharibə başladığına görə danışıqlar olmayacaq: “Azərbaycan Prezidenti də deyib ki, biz  ərazilərimiz tam işğaldan azad olunanadək danışıqlara getməyəcəyik. Bu da onu göstərir ki, artıq Minsk qrupunun  fəaliyyətinə ehtiyac yoxdur. Minsk qrupu faktiki olaraq buraxılmışdır. Biz ərazilərimizi azad etməkdə qətiyyətliyik və son erməni bizim ərazimizdən çıxana qədər müharibə davam edəcək. Dağlıq Qarabağı azad etməyimizlə Fransa barışmaya bilər. Bizim onunla xüsusi əlaqələr qurmağa ehtiyacımız yoxdur. Əksinə, Fransa uzun illər Azərbaycanla bağladığı iqtisadi müqavilələrdən milyardlarla pul qazanıb. Bizi əsas maraqlandıran azadlıqsevər xalqların Azərbaycanı necə dəstəkləməsidir. Bu gün Ukraynanın bizi dəstəkləməsi Fransadan min dəfə önəmlidir. Çünki Ukrayna da bizim kimi işğala məruz qalıb, o  ərazilərin işğal olunmasının nə demək olduğunu anlayır.  Həmçinin Gürcüstanın bizi dəstəkləməsi önəmlidir. Çünki Gürcüstan əraziləri də işğal olunub və bizimlə həmrəydirlər. Bu baxımdan bizdən çox-çox uzaq, demək olar ki, özünün də işğalçılıqdan ibarət bir tarixi olan, təcavüzə məruz qaldıqdan sonra öz ölkəsini azad etmək iqtidarına sahib olmayan bir xalqın nümayəndəsinin nə deməsinə əhəmiyyət vermək lazım deyil, əhəmiyyətsizdir”.

Başımızı aşağı salıb torpaqlarımızı azad etməliyik

ADP sədri qeyd edib ki, Azərbaycan Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir: “Minsk qrupu buraxılmalıdır. Azərbaycan müharibə yolu ilə ərazilərini işğaldan azad etmək məsələsində qərarlıdırsa, onda sual olunur ki, bu danışıqlar üçün yaradılmış Minsk qrupunun vasitəçilik missiyasının nə əhəmiyyəti var? Danışıq yoxdursa, bizim üçün de-fakto Minsk qrupu yoxdur. Ona görə də Fransanı həmsədr dövlət kimi yox, ermənilərin dostu kimi təqdim etmək lazımdır. Minsk qrupu Azərbaycanın işğal edilməsinə xidmət edən, uzun illər ölkəmizin əl-qolunu bağlayan və Ermənistanın zəbt etdiyi ərazilərdə möhkəmlənməsi üçün maliyyə dəstəyi göstərən dövlətlərdən təşkil olunub. Ona görə də bunlara əhəmiyyət verməməli, başımızı aşağı salıb torpaqlarımızı azad etməliyik”.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb