Mirkazım Seyidov cəbhədə baş verənlərlə bağlı bəyanat yaydı: - "Ali Baş Komandanın bu haqq işində onun əsgərləriyik”

28 sentyabr, 2020 12:20

Tanınmış ictimai-siyasi xadim, diaspor hərəkatının görkəmli nümayəndələrindən olan Mirkazım Seyidov cəbhə xəttində baş verən döyüşlərlə bağlı bəyanat yayıb. M.Seyidovun cəbhədə baş verənlərlə bağlı yaydığı bəyanatdan bir hissəni təqdim edirik:

“Hazırda Azərbaycan ordusu tarixin qızıl səhifələrini yazır. Dövlətimizin rəşadətli ordusu mənfur düşmənlərimizi darmadağın edərək onları öz ata-baba yurdlarımızdan çıxarır. Artıq bir neçə kənd işğaldan azad edilib və terrorçu Ermənistanın hərbi birləşmələri öz cəzalarını alıblar. Cəbhə xəttində gərgin döyüşlər davam edir, Azərbaycan ordusu inamla irəliləyir. Əbədi və əzəli düşmənlərimiz olan ermənilər yüzlərlə itki verib, onların texnikaları, silah anbarları, artilleriya qurğuları məhv edilib. Ordumuz bir neçə kəndlə bərabər strateji yüksəklikləri də ələ keçirib”.

M.Seyidov qeyd edib ki, Azərbaycan öz haqq işini görür və hazırda Xeyirlə Şər arasında döyüş gedir: “Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı özünü əsgər hesab edir. Cənab Ali Baş Komandan İlham Əliyevin bir işarəsi ilə milyonlarla azərbaycanlı səfərbər olmağa, terrorçu Ermənistanı tamamilə məhv etməyə, 30 illik işğalı sona çatdırmağa hazırdır. Bizim güclü ordumuz var və hazırda Qarabağda bütün erməniləri pərən-pərən salıb. Rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və inanırıq ki, tezliklə Cənab Prezidentin möhkəm iradəsi, əzmkarlığı və əsl liderlik keyfiyyətləri sayəsində torpaqlarımız işğaldan tamamilə azad ediləcək. Biz xoş xəbərlər gözləyirik. Biz Ali Baş Komandanın yanındayıq və bu haqq işində onun əsgərləriyik”.

M.Seyidov onu da qeyd edib ki, hazırda Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif dövlətlərə minnətçi düşərək yalvarır: “Axı bu sərsəm adam bir neçə gün əvvəllə kimi bizi hədələyirdi. İndi döyüşləri dayandırmaq üçün niyə yalvarır? O başa düşməli idi ki, Azərbaycan dövlətinin səbri tükənməz deyil”.

Ermənilərin yerli əhalini atəşə tutmasını qəti şəkildə pislyən M.Seyidov vurğulayıb ki, Azərbaycan ordusu mülki əhalini heç vaxt hədəf seçməyib və bundan sonra da belə olacaq: “Biz Ermənistanın ordusu ilə döyüşürük, mülki əhalini gülləbaran etmək bizim xarakterimizə ziddir. Bu barədə bizim dövlətin müvafiq qurumları rəsmi açıqlamalar da verdi. Amma Ermənistan öz vəhşi xislətini nümayiş etdirərək cəbhə xəttində yaşayan mülki əhalimizi də hədəfə alıb. Bu həm də onu göstərir ki, Ermənistan başını itirib, Azərbaycan ordusunun sarsıdıcı zərbələri onları tamamilə çıxılmaz duruma salıb”.

İnsanları dəqiqləşdirilməmiş, rəsmi təsqdini tapmamış informasiyaları yaymaqdan çəkinməyə çağıran M.Seyidov bildirib ki, belə bir həssas məqamda hər kəs məsuliyyətli olmalı, rəsmi məlumatlara istinad etməli, düşmənlərin informasiya sahəsindəki təxribatlarına uymamalıdır:

“Xüsusilə, sosial şəbəkə istifadəçiləri son dərəcə məsuliyyətli olmalı, əldə etdikləri hər informasiyanı paylaşmamalıdırlar. Azərbaycan ordusu öz işini görür, cəmiyyətimiz döyüşlər barədə məlumatlandırılır. Bu barədə televiziyalar, etibarlılığı şübhə doğurmayan saytlar məlumatlar yayırlar. Yalnız rəsmi xəbərlərə inanmaq lazımdır. Çünki Ermənistan məğlub duruma düşüb və çalışacaq ki, dezinformayalar yayaraq ictimai rəyə təsir etsin. Bir daha Ali Baş Komandanımıza, Ordumuza, xalqımıza növbəti qələbələr arzu edirəm. Bu ağır döyüşlərdə qəhrəmancasına döyüşərək xalqımıza qələbə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb