Siyavuş Novruzov: "Oğlum o qədər ədalətli adamdır ki, u qədər ədaləti mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm"

08 iyul, 2020 15:15

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu dəfə siyasətdən deyil, oğlu Seymur Novruzovdan danışıb.

Azsiyasət.com xəbər verir ki, S.Novruzov "MediaPost”a müsahibəsində övladı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

- Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi?

- Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın. Oğlum icazə almamış ayaqyoluna belə getmir.

Ali məktəblərə qəbul imtahanları başlayıb. Seymur imtahan verib?

- Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.

- Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir?

- Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına ) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm "paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı bokusçudu.

- Boksçu kimi yarışlarda iştirak edib, qələbə qazanıb?

- Yaxşı döyüşə bilir. Amma heç vaxt yarışlarda iştirak etməyib. Oğlum o qədər ədalətli adamdır ki, bəzən mən ondan dərs götürürəm. Deyir ki, məndən zəifi necə vura bilərəm?! O qədər haqq adamıdır.

- Seymur xasiyyətcə kimə oxşayır?

- (Gülür) Babasına oxşayır. Mənim atama. Atam da elə idi. Övladım bir qarışqanı belə, ayaqlamır. Bu qədər ədaləti mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm.

- İnşallah, Ali məktəbə qəbul olsun, Seymurla bir müsahibə edərik...

- Seymur universitetə qəbul olsa-olmasa da, mənim üçün əhəmiyyəti yoxdur. Əsas odur, indiki dövrdə tərbiyəli övlad böyüdəsən. Sən mənim dostumsan. Bir gün onunla da müsahibə götürüb, danışarsan..

- Allah qorusun, çox sağ olun

- Sağ olun.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb